Gündəm
Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial
İlanbalığı kəskin bahalaşdı
Azərbaycanda ilanbalığının qiyməti kəskin bahalaşıb.
"MUMtv.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, hazırda ilanbalığının bir ədədinin topdansatış qiyməti 2 manat 20 qəpiyə təklif olunur. Bazarlarda isə bir ədədi 3 manata satılır.
Ötən il ilanbalığının bir ədədi 1,5-2 manat arasında olub. Satıcılar bunun səbəbini günbəgün artan bahalaşma ilə əlaqələndirib. Bundan əlavə satıcılar bu ilki ilanbalıqlarının ölçüsünün də əvvəlki illərə nisbətən kiçik olduğunu deyirlər.