Gündəm

Mişa hakimiyyətin də müxalifətin də “baş ağrısı” oldu - “Saakaşvili kökəlsə də...”

MUMtv.az: - Sabiq dövlət başçısı ətrafında qalmaqal: “Gürcüstan Naminə” “Gürcü Arzusu”nu sabiq Prezidenti “bitməyə” qoymamaqda ittiham edir
Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvilinin səhhətində problemlər qalmaqdadır. Bu gün İctimai Müdafiə Şurasının üzvləri Mixail Saakaşvilini müalicə olunduğu “Vivamed” klinikasında ziyarət ediblər.
Şuranın üzvü, nevroloq Tengiz Tsuladzenin klinikadan çıxdıqdan sonra mediaya verdiyi məlumata görə, Saakaşvili kilo almağa başlayıb, amma nevroloji nöqteyi-nəzərdən onun vəziyyəti demək olar ki, dəyişməz qalıb. Həkim deyib ki, sabiq Prezidentin həbsxanaya köçürülməsindən danışmaq tezdir.
“Saakaşvilinin narahatlığı var, əsəbidir, sağlıq vəziyyəti dəyişməyib”
“Neyropatiya, köhnə nəticələrdə olduğu kimi, tarazlığın itirilməsi hələ də eynidir. O ki qaldı Saakaşvilinin psixoloji duruma, hesab edirəm ki, onun psixoloji vəziyyəti qeyri-sabitdir və dəyişiklik yoxdur. Məncə, depressiya var, narahatlıq da qalır. Hesab edirəm ki, onun həbsxanaya transferi barədə danışmaq hələ tezdir. Çünki Saakaşvili həbsxanaya köçürülərsə, bir neçə həftədən sonra, hətta bir neçə gündən sonra geri qaytarılmalı olacaq. Xəstənin vəziyyətinin stabil və yaxşılaşması tibb işçilərinin ləyaqətindən və dövlətin tövsiyələri nəzərə almasından asılıdır”, - Tsuladze bildirib.

Bundan əlavə, anestezioloq-reanimatoloq Georgiy Qriqoliyin sözlərinə görə, hazırda Saakaşvilinin çəkisi 77 kiloqramdır: “Tibbi nöqteyi-nəzərdən iştahsızlıq və kaxeksiya fenomenləri buradakı həkimlər tərəfindən yavaş-yavaş aradan qaldırılır. Təəssüf ki, psixonevrologiya praktiki olaraq eyni səviyyədə qalır. Saakaşvilinin narahatlığı var, əsəbidir. Bir sözlə, sağlıq vəziyyəti dəyişməyib. Tibbi xidmətdən başqa, bu mühitin cəzaçəkmə müəssisəsindən heç bir fərqi yoxdur”.
“Bu, beynəlxalq nəticədə deyilənlərdir ki, əgər mühit dəyişdirilməsə, onun tam reabilitasiyası psixonevroloji vəziyyətini bərpa etməyəcək. Ən vacib olan odur ki, bu, somatik pozğunluqlara səbəb ola bilər. Onun çəkisi 77 kiloqram 400 qramdır”, - Georgi Qriqoliya söyləyib.
“Saakaşvili xəstəxananın palatasından özünün rəhbəri olduğu Milli Hərəkat Partiyasının “partiya iclaslarına” rəhbərlik edir”
Həkimlərin xəstəxanaya ziyarəti Gürcüstanda Mişa ləqəbli Saakaşvilinin həbsxanaya köçürülməsi müzakirələrinin getdiyi zaman baş verib. Ötən ilin sonlarından eks-Prezidentin vəziyyətinin yaxşı olduğu halda niyə cəzasını həbsxanada çəkməməsi sualları ətrafında müzakirələr başlayıb. Ötən ilin sonlarında məhkəmə proseslərində Saakaşvilinin xəstəxanadan birbaşa şərhindən sonra Gürcüstan müxalifətinin bəzi nümayəndələri sabiq Prezidentin xəstəxanadan həbsxanaya qaytarılmasının lehinə çıxış edirlər. Gürcü müxalifətinin fikrincə, Saakaşvilinin sağlamlıq vəziyyəti qənaətbəxşdir. Bununla da onlar Saakaşvilinin bütün digər məhkumlar kimi cəzasını birbaşa həbsxanada çəkməsini tələb etməyə başladılar.

Mişa hakimiyyətin də müxalifətin də “baş ağrısı” oldu - “Saakaşvili kökəlsə də...”

Üstəlik, müxalifətin “Gürcüstan Naminə” Partiyası hesab edir ki, məhkəmə iclası zamanı Saakaşvili xəstəxananın palatasından özünün rəhbəri olduğu Milli Hərəkat Partiyasının “partiya iclaslarına” rəhbərlik edir, “cinayət işinə aidiyyəti olmayan” hallardan danışır və bütün bunlar hakim “Gürcü Arzusu” Partiyası tərəfindən təşkil olunur.
Xüsusilə, bəzi müxalifətçilər iddia edirlər ki, hakim qüvvə Saakaşvilinin reytinqi, sorğulara görə, kəskin şəkildə aşağı düşmüş Vahid Milli Hərəkat Partiyasının süqutunu həqiqətən istəmir. “Gürcüstan Naminə” Partiyasının deputatları əmindirlər ki, “Gürcü Arzusu” öz seçki kampaniyasını hakimiyyəti dövründə mütərəqqi islahatlarla yanaşı, insan hüquqlarının da kütləvi şəkildə pozmuş Saakaşvilinin partiyasının hakimiyyətə qayıdışı təhlükəsi ilə əhalini qorxutmaq siyasəti həyata keçirir.
“Xəstəxana palatasında həbs həyatı yaşayan əcnəbi vətəndaş qanunla qadağan edilən, lakin xəyalın qadağan etmədiyi milli siyasi proseslərdə tam iştirak edir. Üstəlik, ona bu hüquq tanınır. Bu, ilk belə hal deyil”, - deyə müxalifətçi deputat Mixail Dauşvili bildirib.
“Gürcü Arzusu” isə bu ittihamları rədd edir. Partiyanın sədri İrakli Kobaxidze qeyd edib ki, hakim təşkilatın Saakaşvilinin partiyası ilə əməkdaşlığı mümkün deyil: “Belə iddialar gülüncdür”.

Eyni zamanda, “Gürcü Arzusu” eks-Prezidentin “sağlam” olması və “Saakaşvili həbsdə olmalıdır” fikrini bölüşür. Lakin Kobaxidze bildirir ki, bu barədə qərar müvafiq idarələrin səlahiyyətindədir.
Xatırladaq ki, Saakaşvilinin vəkilləri və yaxınları uzun müddətdir ki, onun səhhətinin kəskin pisləşməsindən şikayətlənir və xaricdə müalicəsini davam etdirmək üçün hakimiyyəti vaxtından əvvəl azadlığa buraxmağa çağırırlar. Lakin Gürcüstan məhkəməsi Saakaşvilinin cəzasının təxirə salınması tələbini təmin etməyib. Bundan sonra vəkilləri Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət ediblər.
AİHM Gürcüstanın eks-Prezidentinin müalicə üçün Varşavaya köçürülməsi tələbini də təmin etməyib və dövlətə onun ölkə daxilində başqa tibb müəssisəsinə köçürülməsini tapşırıb.
“Dünyada heç kim mənim Putinin qondarma ittihamlarla məhbusu olduğuma şübhə etmir”
Məhkumluğunu xeyli müddətdir ki, xəstəxana divarları arasında yaşayan sabiq Prezident isə iddia edir ki, onu həbs etdirən Rusiya və şəxsən Rusiya Prezidenti Vladimir Putindir. Saakaşvili son açıqlamasında qeyd edib ki, Moskva Gürcüstan hakimiyyətinə və müxalifətinin bir hissəsinə rəhbərlik edir. Gürcüstanın sabiq lideri hesab edir ki, onun müalicə olunduğu xəstəxanadan həbsxanaya köçürülməsini tələb edən gürcü siyasətçiləri “rus məktəbi”nin ənənələrinə uyğun hərəkət edirlər.

Mişa hakimiyyətin də müxalifətin də “baş ağrısı” oldu - “Saakaşvili kökəlsə də...”

“Dünyada heç kim mənim Putinin qondarma ittihamlarla məhbusu olduğuma şübhə etmir. Gürcülər də bunu yaxşı bilirlər. Buna görə də rus agentləri və onların kuratorlarının şəksiz kimliyini müəyyən etmək üçün ən sadə sınaqlardan biri məni həbsxanada və ən çətin şəraitdə buraxmağı xahiş edənlərdir”, - Saakaşvili “Facebook”da yazıb.
Eks-Prezidentin sözlərinə görə, Moskvanın başçılıq etdiyi bu kampaniyanın məqsədi onun Ukraynaya dəstək səsini boğmaqdır: “Onlar mənim bu gün Ukraynaya nə qədər effektiv kömək edə biləcəyimi yaxşı bilirlər”.
Xatırladaq ki, axtarışda olan Mixail Saakaşvili 2021-ci il sentyabrın 29-da gizli şəkildə Gürcüstana gəlib və bir neçə gün sonra, oktyabrın 1-də həbs edilib. Bundan əvvəl Tbilisi Məhkəməsi eks-Prezidenti vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edərək qiyabi hökm çıxarmışdı. Saakaşvili ona qarşı irəli sürülən bütün ittihamların siyasi motivli olduğunu və onun “Putinin məhbusu” olduğunu iddia edir.//siam.az


Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər