Gündəm

Saakaşvili azərbaycanlı gəncləri evində qonaq etdi - FOTOLAR
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

"Biz Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin dəvəti ilə onun evinə qonaq gəlmişik. Öncə "Yeni Liderlərin Təşəbbüsü” layihəsi çərçivəsində Ukraynanın Odessa bölgəsinə gəldik və burada Mixail Saakaşvili ilə rəsmi görüşümüz baş tutdu. Daha sonra isə o bizi Ukraynanın paytaxtı Kiyevdəki evinə dəvət edi. Burada onunla gələcək siyası planları haqqında danışdıq”.

 

Bu sözləri 24News.ge xəbər portalına Ukraynada Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin evində qonaq olan fəal gənclərdən Novruz Mehdiyev və Naşir Orduxanov bildiriblər.


N.Mehdiyevin sözlərinə görə, M.Saakaşvilinin qeyri gürcülər üçün möhtəşəm planları var: "Saakaşvilinin planları xüsusən təhsil və qeyri gürcü millətlərinin cəmiyyətə inteqrasiyasıdır. Saakaşvili bizlə söhbəti zamanı 1+4 proqramından söz açaraq qeyd etdi ki, ‘Gürcüstana qayıtdığımda qeyri gürcülər üçün məktəblərdə dəyişiklik proqramları həyata keçirəcəm. Hansılar ki, şagirdlər daha effektiv və daha asan yolla dövlət dilini öyrənəcəklər’ ”.

 

N.Mehdiyev: Burada sabiq prezidentə sualım oldu, 1+4 proqrami çox effektivdir ve bunu siz həyata keçirmisiniz: amma təəssüf ki, sizdən sonra bu kimi proqramlar həyata keçirilməyib, siz necə düşünürsüzünüz yeni fərqli proqramlar lazimdır, yoxsa köhnə sistem kifayətdirmi?

 

"1+4 proqramından savayı Gürcüstanda yaşayan qeyri gürcülər üçün daha effektiv proqramlar hələ ki gerçəkləştirilməyib. Belə proqramlara isə ehtiyac duyulur. Siz buraya ‘Yeni Liderlərin Təşəbbüsü’ adlı layihə çərçivəsində gəlmisiniz. Hansı ki, yeni liderlər yetişdirib gələcəyi idarə etməkdə böyük rolları nəzərdə tutur. Bu gün buraya 40 nəfər gənc gəlib hansı ki, minlərlə gənclər arasından seçilib. Sizsiniz Gürcüstanın gələcəyi və sizi buraya yığmaqda məqsədimiz yeni simalar yaradıb hakimiyyəti sizlərə birlikdə idarə etməkdir. Qeyd edim ki, mən hakimiyyətə qayıdanda köhnə simaları öz kabinetlərinə qaytarmaq fikirim yoxdur. Onların yerinə siz - gənclər gələcəksiniz”,-deyə M.Saakaşvili cavalayıb.

 

Naşir Orduxanov isə bildirib ki, biz "Yeni Liderlər Təşəbbüsü” layihəsi çərçivəsində təqribən 1000 nəfər gəncin arasından seçilərək 40 nəfər olaraq bu layihədə iştirak etmək hüququ qazandıq: "Layihənin növbəti mərhələsində biz Ukraynada ölkəmizin üçüncü prezidenti cənab Mixeil Saakaşvili ilə görüşdük və onun məsləhətlərini dinlədik. Daha sonra isə cənab sabiq prezident bizi Kiyevdəki şəxsi evinə qonaq dəvət edi.”

 

N.Orduxanovun qeyd edib ki, M.Saakaşvili Gürcüstanda milli azlıqlarla bağlı inteqrasiya prosesinin düzgün formada işləmədiyini vurğulayıb: "Mövcud hakimiyyət bu prosesi inkişaf etdirmir, tam əksinə ləngidir. Saakaşvili Gürcüstana qayıtdıqda daha çox ölkədə yaşayan azərbaycanlıların ali təhsil almalarına təkan verəcəyini bildirib.

 

Qeyd edək ki, "Yeni Liderlər Təşəbbüsü" layihəsi 5 sessiyadan ibarət olaraq təxminən 1 ay davam edib. Təlimlərdə 600-yə yaxın iştirakçı, 5000-dən çox müraciət edən olub. Təlimlər və Saakaşvili ilə görüş "Yeni Liderlər Təşəbbüsü" qeyri-hökümət təşkilatının direktoru Kristina Puşau tərəfindən təşkil olunub. Təşkilatın azərbaycanlılar üzrə koordinatoru, həmçinin təlimlərdə mühazirə söyləyən Ziyəddin İsmayılovdur. (BakuPost.az)


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər