Gündəm

AQTA-nın Bərdədəki işçiləri NƏ İŞ GÖRÜR? - İTTİHAM VAR...

MUMtv.az: - Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradılanda biz çox sevinmişdik.

Fikirləşdik ki, alıcının,istehlakçının tərəfində olan bir dövlət təşkilatımız var.

Amma çox əfsus. 2017-ci ildən fəaliyyət göstərən AQTA-nın nəsə bir dəyişiklik etdiyini görmədik.

Çünki başları başqa məsələlərə qarışıb.

Məsələn,deyirlər,Qida Təhlükəsizliyi Agentliyi Qarabağ bölməsinin Bərdə idarəsinin nümayənləri obyektlərə girib öz bildikləri kimi cərimələr yazırlar.
Səbəbli-səbəbsiz. Dedik bunlar məhsulun keyfiyyətinə nəzarət edərlər.

Amma reallıqda başqa şeylər görürük.Əgər cərimələrdən sonra heç nə dəyişmirsə,deməli bu kimlərinsə cibini doldurmaq üçün bir oyundur.
Elə bu oyunların nəticəsidir ki, 2021-ci ildə Bərdədə AQTA-nın yerli bölməsinin rəisi Rauf Həsənov həbs edilib,cəzasını çəkir.

Yəqin onun yerini tutanlar ibrət almayıblar,əməllərini davam etdirirlər.Ətin kilosu 15-17 manatdır,ancaq kolbasalar var 5 manata satılır.
Məlumdur tərkibi necə ola bilər.Vaxtaşırı bu kolbasaların hazırlandığı sexləri cərimələyirlər.

Düz edirlər.Amma bir müddət sonra bazar-dükanda həmin məhsulları görəndə,yoldan keçəndə həmin sexləri elə o cür görəndə cərimələrin mahiyyəti məlum olur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin hörmətli sədri cənab Qoşqar Təhməzli,əməkdaşlarınızın bu hərəkətləri birbaşa əhalidə dövlətə inamı sarsıdır.

Çünki AQTA bir dövlət təşkilatıdır.Sizin bəzi işçiləriniz necə deyərlər,qaş düzəltmək əvəzinə vurub gözü də çıxardırlar.

Elə olmasaydı,AQTA-nın yaradıldığı 7 il ərzində çox şey dəyişərdi.

Amma demək olar ki heç nə dəyişməyib.Dəyişən yalnız bahalaşmaya verdiyiniz töhfədir.

Az idi iş adamının başının üstünü kəsdirən biri də şərik oldu.

Yəni bəzi işçiləriniz.İş adamı kimlərinsə cibini doldurmağa məcbur olursa,təbii ki bunun yerini alıcının cibindən götürür.

Malının qiymətini artırmağa məcbur olur.Heç Bərdəyə və ya başqa rayona gedib baxmağa ehtiyac yoxdur.

Hərdən elə paytaxt Bakının küçə ticarətinə,qanunsuz işləyən,qanunu pozmaqla işləyən müəssisələrinə baxın.Yuxarıda kolbasa sexlərindən danışmışam.

5-6 manata satılan kolbasanın maya dəyəri daha ucuz olur.İndi təsəvvür edin onun içində ətdən başqa nələr ola bilər.

Sizin əməkdaşlarınızın məsuliyyətsizliyinə,rüşvətxorluğuna görə belə yerlər hələ də işləyir.Biz isə sağlamlığızı təhlükəyə qoyuruq.

Dövlət sizə kifayət qədər geniş səlahiyyət verib. Amma görünən odur ki işçiləriniz qayda-qanunu özləri pozur.

Axı cənab Prezident dəfələrlə deyib ki sahibkarlara maneələr yaradılmasın,dövlət təşkilatları səbəbsiz yoxlamalarla iş adamlarını bezdirməsinlər.//siam.az


Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər