Gündəm

Bu müəssisələr keyfiyyətsiz qənd istehsal edir - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması istiqamətində monitorinqlər davam etdirilir.

AQTA-dan "MUMtv.az"a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində qənd istehsalı müəssisələrində aparılan monitorinqlər zamanı ticarət şəbəkələrində satışı həyata keçirilən qənd məhsullarından nümunələr götürülərək müayinələrə cəlb olunub və bir sıra məhsullarda kükürd-dioksidin (SO2) kütlə payının normativ sənəddə göstərilən həddən yüksək olduğu aşkar edilib.

Müəyyənləşdirilmiş faktlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, həmin məhsulların satışdan çıxarılması ilə bağlı müvafiq qərarlar qəbul edilib, həmçinin tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyə məlumat verilməsi üçün istehsalçı şirkətlərə müraciət olunub.

Yoxlamalar nəticəsində tərkibindəki kükürd-dioksidin kütlə payının normadan artıq olduğu müəyyən edilmiş əmtəə nişanları və istehsal müəssisələrinin siyahısı:

Məhsulun istehsalçısıMəhsulun əmtəə nişanıMəhsulun istehsal tarixiQablaşdırmanın həcmi
1“Şüvəlan şirniyyat” ASC“Qidam” ağ qənd01.03.2021700 qr
“Abşeron” ağ qənd19.11.2021600 qr
“Bol” ağ qənd27.01.2022700 qr
“Yek dad” ağ qənd21.02.2022700 qr
“Bolqənd” xırda qənd10.11.2021150 qr
“Yek dad” xırda qənd16.08.2021150 qr
“Yek dad sweet as honey” qənd01.11.2021700 qr
“Yek dad sweet as honey” qənd02.03.20221700 qr
“Bol qənd” kəllə qənd21.02.2022700 qr
“Abşeron qənd”
kəllə qənd
21.02.2022100 qr
2“Bolluq” MMC“Bolluq” ağ qənd23.12.2021500 qr
“Bəyaz” ağ qənd10.03.2022600 qr
3f/ş Nadirov Tofiq Həmid oğlu“Əsl tam”
əla növ kəllə qənd
01.02.2022700 qr
4f/ş Kərimov Əfqan Bəhriş oğlu“Dişləmə” kəllə qənd24.12.2021700 qr
17.06.2022
09.02.2022500 qr
18.06.2022
5“Aysu Qida Sənaye LTD” MMC“Umelaya xozyayka” qənd13.01.2022500 qr
6“ŞAM-Fİ İnternational Trading Company” MMC“Bizim aşçı” ağ qənd21.02.2022750 qr
7“Əmin qida sənaye” MMC“İlğım” ağ qənd01.06.2021800 qr
8f/ş Qəmbərov Rauf Rəfi oğlu“Kral” kəllə qənd20.02.20225 kq
9f/ş Rəhmanov Pənah Güləhməd oğlu“Şipşirin” qənd09.03.2022700 qr
10f/ş Novruzov Əbdulla Əmir oğlu“Skazoçnaya tayqa” qənd21.08.20215 kq
11f/ş Babayev Nazim Səyyaf oğlu“Əla keyfiyyətli” kəllə qənd02.03.2022150 qr
12f/ş Bayramov T.“Göyçə” qənd08.02.2021150 qr

AQTA istehsalçı şirkətləri qeyd olunan məhsul partiyalarını satış şəbəkələrindən dərhal geri çağırmağa, istehlakçıları isə bu məhsullardan istifadə etməməyə çağırır, istehlakçılar tərəfindən həmin məhsullar satış şəbəkələrində aşkar edildikdə AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə məlumat verilməsini xahiş edir.

Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər