Gündəm

AQTA ictimai iaşə müəssisələrinə xəbərdarlıq edib

Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması, istehlakçı hüquqlarının və sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən paytaxt Bakı və respublikamızın digər bölgələrində fəaliyyət göstərən ictimai iaşə müəssisələrində mütəmadi olaraq monitorinqlər davam etdirilməkdədir.

Mumtv/az AQTA-dan APA-ya verilən məlumata əsasən bildirir ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin xüsusi karantin rejiminə, eləcə də Agentliyin bu sahədə hazırladığı metodiki göstərişlərə əməl olunması ilə bağlı vəziyyət yerində öyrənilir, həmçinin mövcud  qaydaların tələblərinə əməl etməyən sahibkarlıq subyektləri ilə bağlı inzibati tədbirlər həyata keçirilir.

Məlum olduğu kimi, pandemiya dövründə ictimai iaşə müəssisələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 6 iyul 2020-ci il tarixli, 237 nömrəli qərarına uyğun olaraq öz fəaliyyətlərini həyata keçirməlidirlər. Həmin qərara əsasən, pandemiya dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu 2 dəfə azaldılmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə 2 qat artırılmalıdır. Eyni zamanda, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.

Xüsusilə qeyd etmək lazımdır ki, hər bir ictimai iaşə müəssisəsinin qarşısında həmin müəssisənin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin aydın şəkildə görə biləcəyi lövhələrdə əks olunmalıdır. Qeyd edək ki, bugünədək 1366 ictimai iaşə müəssisəsinin qarşısında bu cür lövhələrin quraşdırılması təmin olunub.

İctimai iaşə müəssisələri fəaliyyətə başladıqdan sonra AQTA əməkdaşları tərəfindən keçirilən reydlər zamanı müvafiq qərarın tələblərinə uyğun olaraq qida qəbulu, oturacaq yerləri, masalar və adambaşına müəyyən edilən sıxlıq normaları ilə bağlı zəruri məlumatların girişdə hər kəsin görə biləcəyi yerdə xüsusi lövhələrdə yerləşdirilmədiyi halları aşkar olunarsa, həmin müəssisələrlə bağlı qanunvericilik çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək.

AQTA bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini və istehlakçıları pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl etməyə, özünün və yaxınlarının sağlamlığını və təhlükəsizliyini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət etməyə çağırır.


Son xəbərlər

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bütün xəbərlər