Gündəm

Bakının antikafeləri: vaxtdan başqa hər şey limitsiz və havayı - QİYMƏT + TƏKLİFLƏR | FED.az
14:4624 Dek 2019

Burada yalnız vaxta görə ödəniş edirsiniz

Gənclərin sevimli istirahət guşəsi olan antikafelərdə nəsə sifariş etmək lazım deyil. Burada vaxta görə simvolik bir ödəniş edirsən və istədiyin qədər divanda oturub, peçenye ilə çay içə, oyunlar oynaya bilirsən. Antikafedə menyu olmur, çay, kofe, kola, şirniyyatlar limitsiz və pulsuz verilir. siz burada yalnız zamana görə ödəniş edirsiniz.

FED.az  BakuCity.az-a istinadən Bakıda fəaliyyət göstərən 5 antikafenin müştərilərinə təklif etdiyi xidmət və qiymətləri təqdim edir:

Eləcə də bax: Azərbaycanda restoranların ən çox - PUL QAZANDIĞI RAYONLAR – SİYAHI

"Tik Talk”

"Tik Talk” paytaxtda ilk və populyar antikafelərdən biridir. Burada müxtəlif janrlarda, həm uşaqları sevindirəcək, həm də böyüklərdə maraq doğuracaq, iki nəfərlik, eləcə də kollektiv üçün 200-dən artıq stolüstü oyun mövcuddur. Bilmədiyiniz oyunları məkanın əməkdaşlarından öyrənə bilərsiniz. Burada, həmçinin müasir və klassik ədəbiyyatı özündə cəmləşdirən böyük kitabxana, müxtəlif çaylar və şirniyyatlar pulsuz və limitsiz (yalnız vaxta görə ödəniş) təklif olunur.

Antikafedə bir çox maraqlı tədbirlər keçirilir: oyun turnirləri, danışıq klubları, tamaşalar, musiqi axşamları və s. Bu tədbirlərin iştirakçısı olmaq üçün öncədən qeydiyyatdan keçmək lazımdır.

Məkanda dekabrın 30-dan 31-ə keçən gecə Yeni il şənliyinə təşkil olunacaq. Gecədə İşveç masası (evdə hazırlanmış salatlar, qəlyanaltılar, desertlər), Qlintveyn, limitsiz sərinləşdirici içkilər, çay və qəhvə, əyləncəli müsabiqələr və hədiyyələr, stolüstü oyunlar, limitsiz şirniyyatlar, musiqi və rəqs olacaq. Bütün bunlar isə 40 AZN təşkil edir.

Adi günlərin qiymətlərinə gəlincə, burada gün ərzində bir nəfər üçün ən çox 12 manat ödənilir.

Qiymət cədvəli:

Zona

Qiymət

Uşaq tarifləri

Qiymət

İlk 1 saat (1 nəfər)

Növbəti 10 dəq

4 AZN

0,40 AZN

6 yaş

Pulsuz

7-12 yaş

50% endirim

13-17 yaş

25% endirim

Ünvan: Nizami küçəsi, 48

"Second Home Baku”

Antikafe ikimərtəbəli, ev ab-havasına malik məkandır. Burada çoxsaylı maraqlı stolüstü oyunlar və "PlayStation 3” oynamaq olar ki, bunlardan da ödənişsiz istifadə edəcəksiniz. Məkanda dostlarınız, yaxınlarınızla səmərəli vaxt, ad günü və müxtəlif tədbirlər keçirmək imkanı var. Buraya özünüzlə tort və "fast food” da gətirə bilərsiniz.

Məkanın bütün otaqlarında qiymət eynidir.

Qiymət cədvəli:

Bütün otaqlar

Qiymət

İlk 1 saat (1 nəfər)

Digər saatlara görə

4 AZN

+2 AZN-dən

Ünvan: Məhəmmədəmin Rəsulzadə, 6

"Apartment 9"

Bu antikafenin ümumilikdə 6 zonası (otağı) var – Ümumi zal, "Co-working” (Sakit zona), Kinoteatr, Oyun otağı, Siqaret otağı, Mətbəx-bar.

Ümumi zalda ad günlərini qeyd edə, stolüstü oyunlar oynaya, dostlarla çay və qəhvə içə bilərsiniz. Otaqda 30-dan çox oyunu olan "PlayStation 3 də var.

"Co-working”də iş planlaşdırmaları apara, yarımçıq işinizi tamamlaya və ya kitab oxuya bilərsiniz.

10-15 nəfərlik tutumu olan kinoteatrda rezervasiya pulsuzdur.

Oyun otağında müxtəlif stolüstü oyunlarla yanaşı, ad günlərini qeyd edə, TV izləyə, gitara çala, istənilən mövzuları müzakirə edə bilərsiniz.

İstəkdən asılı olaraq Siqaret otağını da bron etmək mümkündür. Belə olduğu halda müştəri 10 nəfər üçün ödəniş, yəni 20 manat ödəməlidir.

Mətbəx-barda isə pulsuz çay, qəhvə içə, müxtəlif şirniyyatlardan ləzzət ala bilərsiniz.

Qiymət cədvəli:

Zona

Qiymət

Ümumi zal, "Co-working” və Siqaret otağı

İlk 1 saat 4 AZN, 2-ci saat +4 AZN və növbəti saatlar üçün 2 AZN (hər saat üçün)

Oyun otağı və kinoteatr

İlk 1 saat – 10 nəfər üçün 15 AZN, 2-ci saat +15 AZN və növbəti saatlar – hər saatı 8 AZN. 10 nəfərdən artıq adam olarsa, hər bir nəfər üçün +2 AZN

Siqaret otağı

1 saat 20 AZN, 10 nəfərdən artıq, hər gələn qonaq üçün +2 AZN

Ünvan: Afiyəddin Cəlilov, 26

"Concept Anti Cafe”

Məkanın paytaxtda iki filialı – "Concept Anti Cafe Vintage” və "Concept Anti Cafe Bohem” fəaliyyət göstərir.

Yeni il şənliklərini dostları ilə antikafe şəraitində keçirmək istəyənlər üçün bu məkanlar limitsiz çay və kofe, 6-10 növ şirniyyat, 40 növ stolüstü oyun, "PlayStation 3”, "PlayStation 4”, Karaoke və Kino otağı, həmçinin kənardan yemək və içki gətirmək imkanı təklif edir.

"Concept Anti Cafe”də antikafe üçün tələb olunan hər şey – "wi-fi”, çoxlu sayda stolüstü oyunlar, projektor və hətta video konsollar mövcuddur. Burada hətta aylıq üzvlük də əldə etmək olur.

Hər iki filialın Ümumi zalında təşkil olunan "Saatı 2 manat” kampaniyasından qışboyu yararlana biləcəksiniz. Buraya çay, kofe və şirniyyatlar daxil deyil, yalnız stolüstü oyunlar oynamaq imkanınız var.

Məkan müştərilərinə ödənişli şərtlərlə hər növ pizza və əlavə yeməklər də təklif edir. Pizzaların qiyməti 8.90 - 25 manat arasında dəyişir.

Məkanların qiymət cədvəli:

Zona

Qiymət (standart)

Ümumi zal

İlk 1 saatı 5 AZN, 2-ci saatı +4 AZN, 3-cü saatı +3 AZN, 4-cü saatı +2 AZN, 5-ci saatı isə +1 AZN

Qiymətə daxildir: çay, kofe, şirniyyat, mürəbbə və stolüstü oyunlar


PS3,Karaoke və Kino otağı

İlk 1 saat 2 nəfər üçün 15 AZN, sonrakı saatlar 10 AZN

İlk 1 saat 3-5 nəfər üçün 20 AZN, sonrakı saatlar 15 AZN

İlk 1 saat 6-10 nəfər üçün 25 AZN, sonrakı saatlar 20 AZN

PS4 və karaoke

2 nəfər üçün 1 saatı 15 AZN

3-5 nəfər üçün 1 saatı 20 AZN

6-10 nəfər üçün 1 saatı 25 AZN


Son xəbərlər

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bütün xəbərlər