Sosial

Azərbaycan otellərinin "əl yandıran" Yeni il qiymətləri - 3, 4, yoxsa, 5 min?
 
 
 
 
 
 
 
 
 
 
2020-ci ilin gəlməsinə sayılı günlər qalıb. Artıq şəhərdə, mağazalarda Yeni il ab-havası hiss edilməyə başlayıb. Eyni zamanda şou-biznes nümayəndələrinin də bayram gecəsi hansı restoranda, oteldə çıxış edəcəyi bəlli olub.

MUMTV.az ölkədə fəaliyyət göstərən dəbdəbəli otellər arasında araşdırma apararaq, bayram gününə olan qiymətləri öyrənib.

 

Ən maraqlısı isə odur ki, otellərin bəzisində bayram gecəsinə boş yer qalmayıb, bəziləri isə sadəcə üç-dörd boş otaq olduğunu deyib. "Od tutub yanan" həmin məbləğləri sizə təqdim edirik:

Şəkidə yerləşən beşulduzlu "Marxal Resort & SPA"da qiymətlər ürəkaçan deyil. 3 gün 2 gecə burada standard otaqda qalmaq 1 nəfər üçün 1610, 2 nəfər üçün isə 2035 manatdır. Əgər eyvansız otaq seçsəniz, 1560-2110 manat ödəyə bilərsiniz. "Deluxe Suite" otaq 1780 manatdır. "Corner Suite" 1830, 2 nəfərlik villa 1830, standard villa (4 nəfər) 3220, orta ölçülü villa (6 nəfər) 4700, böyük ölçülü villa (8 nəfər) 5990 manat təşkil edir. Əgər uşağınızın 4-12 yaşı varsa, 272 manat əlavə ödəyəcəksiniz. 12 yaşdan yuxarıdırsa 545 manat ödəməniz tələb ediləcək. Qiymətə gündə 3 dəfə qidalanma və bayram gecəsi olacaq şou-proqram daxildir.

"Şamaxı palace" da qiymətlərdə Şəkidən geri qalmır. Burada dekabrın 31-dən yanvarın 2-nə kimi qalmaq 1280 manatdır. Qiymətə qidalanma daxildir.

"Qafqaz Tufandağ Hotel" bayram ərəfəsində 3 gün 2 gecə üçün müştərilərdən 1650 manat tələb edir. Bura yalnız səhər yeməyi yemək mümkün olacaq.

"Quba Palace Hotel"də yeni il günü xüsusi paketlər hazırlayıb. "Deluxe" dağ mənzərəli otaq (2 nəfərlik) 1500, "Deluxe" göl mənzərəli 1600, "Junior Suite" (2 nəfərlik) 1700, "Family Suite" (4 nəfərlik) 2700, "Midiya villa" 4000, "Urmiya villa" 4500, "Atropatena villa" 4500 manatdır. Qiymətlərə gündə cəmi iki dəfə yemək daxildir. Bildirilir ki, əgər sonradan otağı ləğv etsəniz, sizə heç bir məbləğ geri qaytarılmayacaq. Bu qiymətlər sadəcə dekabrın 1-nə kimi keçərlidir, ondan sonra bahalaşma halı ola bilər.

"Qafqaz Karvansaray Hotel" bir az insaflı davranıb. Burada bir gecəlik qiymət 133 manatdır. Amma siz bayram gecəsi 188 manat əlavə ödəmək məcburiyyətindəsiniz. Qiymətə yalnız səhər yeməyi daxildir.

"Macara Lake Park Quba" 2 gecə 3 gün üçün 320 manat ödəyəcəksiniz. Qidalanma daxil olsa da, 2-5 yaşa qədər uşaqlara 100, 5-12 yaşa qədər olanlara 150 manat əlavə ödəniş istənilir.

"Lankaran Springs Resort" dekabrın 31-dən yanvarın 2-nə kimi istirahət paketi təqdim edir. Qiymət dəhər yeməyi daxil 830 manatdır. Eyvanlı otağın dəyəri isə 990 manat təşkil edir.

Bayram günü spirtli içki istəsəniz, bunun hesabını da əlavə ödəyəcəksiniz. Yəni, verdiyiniz min, 2 min və ya 3 min manat pula içki daxil edilmir./Axşam.az



Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər