Gündəm

Əhaliyə şad xəbər: Gələn ildən bu işlərə başlanacaq

“2023-cü il Azərbaycan üçün uğurlarla yadda qalıb. Azərbaycan 2023-cü ilin aprelində ərazi bütövlüyünü tam təmin etdi, 19-20 sentyabrda həyata keçirilən antiterror tədbirləri nəticəsində isə suverenliyini bərpa etdi. Bu, ən öməli məsələdir. Azərbaycan son 200 ildən sonra torpaq itkisinə yox, itirdikərini geri almaqla suverenliyini bərpa edib qələbəyə imza atdı”.

"MUMtv.az" bildirir ki, bunu Ölkə.Az-a açıqlamasında deputat Vahid Əhmədov deyib. O həm gələn il görüləcək işlərdən danışıb və səhhəti ilə bağlı suala cavab verib.

Millət vəkili əlavə edib ki, bütün çətinliklərə, problemlərə dözmək olar, amma ərazi bütövlüyünün pozulması ən ciddi problemdir: “Ərazi bütövlüyünün pozulması, ölkəmizin müstəqilliyini, təhlükəsizliyini daim təhdid edən əsas problem idi. 2023-cü ildə bu məsələ öz həllini tapdı”.

Sülh danışıqlarına toxunan deputat bildirib ki, real nəticə əldə olmasa da, danışıqlar davam edir və növbəti ildə buna nail olmaq olar: “Və bu, istisna deyil”.

Ölkədəki sosial-iqtisadi vəziyyəti dəyərləndirən deputat bildirib ki, dünyadakı qlobal böhranlar nəticəsində ölkədə iqisadi sahədə müəyyən çətinliklər olub: “Bu, əsasən, neft hasilatının kəskin aşağı düşməsi və qazın qiymətinin dünya bazarındakı qiyməti ilə bağlı olub. Bu da öz növbəsində təsirini ölkə iqtisadiyyatına göstərib. Buna baxmayaraq, 2023-cü ildə qeyri-neft sektoru inkişaf edib və bu sahədə 13 faiz inkişaf qeydə alınıb. Amma bu ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmək üçün yetərli deyil və biz gələcək illərdə bu sahəni daha da inkişaf etdirib genişlənməsinə nail olmalıyıq. Qeyri-neft sektorunu inkişaf etdirməklə ölkə iqtisadiyyatının neft və qazdan asılılığını aradan qaldırmalıyıq ki, iqtisadiyyatımızda hər hansı problem yaşanmasın.

Sosial problemlərin həllinə gəldikdə isə bu sahədə müəyyən işlər görülüb, lakin müəyyən problemlər qalmaqdadır. Azərbaycanda ilk növbədə ehtiyac meyarının həddi yaşayış minimumuna çatdırıldı. Uzun müddət idi ki, bu məsələ qarşımızda dururdu və buna da nail olduq. Artıq ehtiyac meyarı anlayışı yoxdur.

Əməkhaqqına gəldikdə isə cari ildə orta ayılıq əməkhaqqı 936 manat olsa da, müəyyən qisim əhalinin aylıq maaşı 300-400 manat civarındadır. Hesab edirəm ki, 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra əsas diqqət ölkədə sosial-iqtisadi vəziyyətin dirçəldilməsinə yönəldiləcək. Çünki indiyədək əsas diqqət ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasına yönəlmişdi. Bu məsələ də həllini tapıb. Bundan sonra daha çox əhalinin sosial rifah halının yaxşılaşmasına yönələcək”.

Növbədənkənar prezident seçkiləri haqqında mövqeyini açıqlayan deputat bildirib ki, seçkilərin əsas favoriti cənab İlham Əliyevdir: “Məhz onun rəhbərliyi altında Azərbaycan son iki yüz ildən artıq müddətdən sonra qələbə çaldı, torpaqlarımız işğaldan azad edildi. Prezident kifayət qədər müstəqil siyasət yürüdür ki, bu da bəzi güclər tərəfindən təzyiqlə qarşılanır. Bu gün Fransa ilə yaşanan problem də bundan qaynaqlanır. Təkcə Fransa deyil, bir sıra ölkələr də Azərbaycanın əldə etdiyi bu qələbələri həzm edə bilmirlər. Bütün bunlara baxmayaraq cənab İlham Əliyev bu çətinliklərə ciddi müqavimət göstərib müstəqil və cəsarəli, qətiyyətli siyasətini davam etdirir. Əminəm ki, bu çətinliklər də tezliklə geri də qalacaq və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoyacaq. Sosial-iqtisadi məsələlərlə bağlı çətinliklər həllini tapacaq. Odur ki, gələcəyə inamla baxmalıyıq”.

Vahid Əhmədov səhhəti ilə bağlı suala cavab verərkən isə vəziyyətinin yaxşı olduğunu, müəyyən zamanlarda həkim müayinəsindən keçdiyini söyləyib.


Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər