Gündəm

"Azərbaycan sülh müqaviləsinin bu ilin sonuna kimi bağlanacağına ümid edir" - Prezidentin köməkçisi

"Azərbaycan bu ilin sonuna kimi Ermənistanla sülh müqaviləsinin bağlanacağına ümid edir".

"MUMtv.az" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan rəsmi İrəvanla Bakı arasında münasibətlərin nizamlanması üçün beynəlxalq vasitəçilərin töhfəsini yüksək qiymətləndirir: "Beynəlxalq vasitəçilərin fəaliyyətinə gəlincə, biz onların Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına verdiyi töhfəni yüksək qiymətləndiririk. Azərbaycan hələ də cari ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına ümid edir və Ermənistanın siyasi rəhbərliyini əsas addımı atmağa çağırırıq. Ermənistan sülh müqaviləsinə imza ataraq Azərbaycanın ərazi bütövlüyünü, ölkəmizin Qarabağ iqtisadi rayonu da daxil olmaqla, rəsmi şəkildə tanısın, gələcəkdə Azərbaycanın daxili işlərinə qarışmaqdan çəkinmək barədə üzərinə öhdəlik götürsün”.

Prezidentin köməkçisi bildirib ki, Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşları ilə qarşılıqlı təmas daxili məsələdir, həmin əhali qrupunun hüquq və təhlükəsizliyinin təmin edilməsi bəhanəsi altında, Ermənistanın beynəlxalq platformalara çıxarmaq cəhdləri də ölkəmizin daxili işlərinə qarışmaqdır: "Onlar bizim vətəndaşlarımızdır və onların hüquqlarını, təhlükəsizliyini Azərbaycan Respublikasının Konstitusiyası təmin edəcək”.

H.Hacıyev qeyd edib ki, Ermənistan Azərbaycan ərazisindəki separatçı rejimi maliyyələşdirmək siyasətindən əl çəkməlidir.

Hikmət Hacıyev Rusiyanın fəal vasitəçiliyi ilə 2020-ci ilin noyabr ayında genişmiqyaslı hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanatın imzalanmasının təmin edilməsi prosesində rəsmi Moskvanın rolunu son dərəcə vacib adlandırıb və əlavə edib ki, Avropa İttifaqı (Aİ) ilə ABŞ da danışıqlar prosesinə öz töhfələrini verirlər: “Danışıqların hər bir forması ümumilikdə özünəməxsus şəkildə unikaldır və Bakı ilə İrəvan arasında ən problemli məsələlər üzrə dialoqların aparılmasına kömək edir”.

Son xəbərlər

Sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq

Ermənistanda Azərbaycanla sərhəddə Rusiya hərbi və sərhəd postları yığışdırılacaq

Baş müstəntiq rəis müavini təyin edildi

Naxçıvanın incəsənət xadimlərini təltif olundu

Ukraynada məhkumlar səfərbərliyə cəlb ediləcək

Anar Kərimovun qaynının şirkətindən nazirliyə transfer - Sahil Babayev müşavir təyin etdi - FOTO

Bakının bu küçələri bağlı olacaq - Sürücülərin nəzərinə

NATO Ukraynaya qoşun göndərməyəcək

Sabah Bakıda 23 dərəcə isti olacaq

Bəzi incəsənət xadimlərinə Prezidentin mükafatları verildi

Bu şəxslərə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM

Prezidentdən Ömər Eldarovla bağlı SƏRƏNCAM

Rusiya səfiri Yaponiyanın ABŞ-ın atom bombası ilə bağlı siyasətini ikiüzlülük adlandırdı

Prezident və xanımı Həzi Aslanovun məzarını ziyarət etdi

İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım edildi

“WhatsApp”da yenilik

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Putin Paşinyanla təhlükəsizlik məsələlərini bağlı qapılar arxasında müzakirə etmək İSTƏDİ

Paşinyan Putinin təklifini qəbul etmədi - "Bunu danışmışıq"

Alman faşizmi üzərində qələbənin 79-cu ili

KTMT-dən Ermənistanın maliyyələşdirməni dayandırmasına REAKSİYA

Dövlət Xidməti Prezidentin fərmanlarından xəbərsizdir?

Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR... - FOTOFAKT

Nazir rüşvət almaqda təqsirləndirilən Saleh Novruzini işdən çıxardı - Yerinə onu gətirdi

"Bolt" qiymətləri qaldırdı - RƏSMİ

İtləri panda adı ilə turistlərə təqdim etdilər - VİDEO

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edildi

30 il sonra dəfn olundu - FOTO

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

Rasim Balayev deputat olacaq?

Bütün xəbərlər