Gündəm
Gündəm / Cəmiyyət
Yol polisindən pişiklərlə bağlı sürücülərə XƏBƏRDARLIQ
“Soyuq qış aylarında pişiklər isti yer axtarırlar. Adətən onlar üçün belə yerlərdən biri avtomobil mühərrikinin daxili hissəsidir”.
"MUMtv.az" Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin paylaşdığı məlumatda bildirilib.
Qeyd olunub ki, çöldə yaşayan pişiklər və kiçik heyvanlar üçün rahat yataq yeri tapmaq o qədər də asan deyil. Ona görə də pişiklərə daha çox avtomobil mühərriklərində rast gəlinir.
"Diqqətli olaq ki, həmin avtomobil işə salındıqda kiçik dostlarımıza xəsarət yetirməyək”, - məlumatda vurğulanıb.