Gündəm

DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

"MUMtv.az" xəbər verir ki, müraciətdə deyilir:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, sabah səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı bəzi yerlərdə güclü külək əsəcəyi ehtimal edilir.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı və yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir.

Yağışlı havada yol örtüyünün yaş olması səbəbindən avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməli və kifayət qədər ara məsafəsi saxlamalıdırlar. Bununla yanaşı, nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalı, şüşə silgəcləri və şüşəyuyanların, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməlidirlər.

Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər.

Piyadalar da ehtiyatlı olmalı, səki ilə hərəkət etməklə avtomobil yoluna çıxmamalı, yolları onların rahat hərəkəti üçün ayrılmış piyada keçidlərindən keçməlidirlər".

Son xəbərlər

Qeyri-adi məxluq alimlərin diqqətini çəkdi - FOTO

Oliqarx-başçı ilə bağlı qərar verilir… – Ramiz Mehdiyevin yadigarıdır…

Son bir ildə Azərbaycanda tibbi xidmətlər nə qədər bahalanıb? – Siyahı

İsrail Fələstin ərazisinin ən böyük hissəsini ələ keçirib

İlham Əliyev Cozef Baydeni təbrik edib

Laçının yenilənən Sus kəndi… - VİDEO

Nazirlər Kabinetindən dəmiryol nəqliyyatı barədə QƏRARLAR

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib – XƏBƏRDARLIQ

Bildiyiniz abidələrin – Bilinməyən tərəfləri

Şahzadə Harri kral ailəsi ilə barışmaq üçün üzr istəməlidir

"ABŞ-də buna görə müharibə olacaq" - Keçmiş Pentaqon rəsmisi

Adil Vəliyevin buralardan XƏBƏRİ VARMI? - Zabratın bitməyən "zibil dərdi"...

Gənclər və idman nazirliyində nüfuz savaşı? - İLGİNC İDDİA

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Məhkəmə Ələsgər Məmmədli barəsində qərar verdi

Zaur Mikayılovdan İŞÇİLƏRƏ ŞOK ZƏRBƏ... - MAAŞLAR AZALDILIR...

Anar Bayramovun 72 minlik mebel aldığı şirkət görün kimə məxsusdur... - Ortaqlardan biri aşpaz bloger, digəri...

Prezident Pakistana səfər edəcək

Səbuhi Abbasov Mingəçevirdən namizəd olacağını açıqladı

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq (RƏSMİ)

Paşinyan ABŞ senatoru ilə sülh müqaviləsini müzakirə etdi

Pulları Cəsarət Valehovun tapşırığı ilə almışam” – Rahil Nəcəfovun cinayət işi // FOTO

Azərbaycanda məmurun qulağını KƏSDİLƏR – FOTO

AHİK-də 50 milyonluq korrupsiya: müəllimlərin pulu, “putyovka” biznesi və “domik” satışı… – ARAŞDIRMA

"Aİ Ermənistan-Azərbaycan münasibətlərinə dəstək verməyə çalışır" - Səfir

Sabah 36 dərəcə isti olacaq

Bakı-Şamaxı-Yevlax yolunda sürüşmə oldu - VİDEO

İctimai nəqliyyatda həftəlik və aylıq kartlar tətbiq edilsin - TƏKLİF

Ali Məhkəmənin hakiminə yeni vəzifə verildi

İlham Əliyev Qazaxıstana səfər etdi

Ərdoğan Qazaxıstana getdi

Övladlarını vətənə qurban verənlər, övladlarına xaricdə lüks həyat yaşadan məmurların qapılarında boynubükük qalıblar - VİDEO

Bütün xəbərlər