Gündəm

Qanlarıyla tarix yazan QƏHRƏMANLAR - VİDEO + FOTO

Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqınm var ki, öyünüm,
AZƏRBAYCAN deyəndə.

Bəli, öyünmə haqqımızı daha da artıran, qüvvətləndirən, qüdrətləndirən o zəfərin artıq üçüncü ilini qeyd etməyə hazırlaşırıq.

Bir gözümüzdə yaş, bir gözümüzdə Zəfərin sevinci ilə noyabr ayının 8-nə doğru gedirik. Bu günlərdə, demək olar ki, hər gün tarixin ən şərəfli zəfərini yaşadan igidlərin anım günləri qeyd edilir.

"DogruXeber.az" xəbər verir ki, bu gün həmin qəhrəman şəhidlərimizdən olan Bəhruz Əhmədovun da anım günü qeyd olunub.

Bəhruz Əhmədov 27 iyun 1997-ci ildə Sabirabad rayonun Balakənd kəndində anadan olmuşdur. 2003-cü ildə Sabirabad rayonu H.Z.Tağıyev adına 6 saylı tam orta məktəbinin birinci sinfinə daxil olmuş, orta məktəbi bitirdikdən sonra Sabirabad rayon Peşə Liseyinə daxil oluşdur. Bəhruz Əhmədov 2015- ci ildə Sabirabad Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılır. Bəhruz, Tovuz rayonu “N”saylı hərbi hissəsində xidmət keçir. Özünün yüksək peşə hazırlığı, şəxsi keyfiyyətləri, verilən bütün tapşırıqları vaxtında yerinə yetirməsi ilə seçilib, komandanlığın dərin hörmətini qazanıb. Bəhruzun uşaqlıqdan idmana böyük həvəsi vardı. Cəldliyi, özünəməxsus döyüş texnikası, rəqiblərinin atacağı addımı duymaq bacarığı onun mükəmməl idmançı kimi yetişməsində önəmli rol oynamışdı. Bəhruz böyük arenalarda özünü sınadı, həmişə də qələbə ilə evə döndü.

Əsgəri xidmətini Tovuz bölgəsində başa vurub, 2017-ci ildə ordu sıralarından tərxis olunub. Bundan sonra öz üzərində ciddi çalışmaqla bir sıra uğurlara imza atıb. O,müxtəlif çəki dərəcələri üzrə Respublika Çempionatı və və Birinciliyində iştirak edib, diplomlarla mükafatlandırılıb. Tanınmış idmançı idmana həvəsi olan uşaqlara və gənclərə bu qədim döyüş növünün sirlərini öyrətməyə başlayıb. Bəhruz müəllimliklə yanaşı, öz üzərində ciddi çalışmaqda davam edib və 2019- cu ildə Bakıda keçirilən qaydasız döyüş növü üzrə Respublika birinciliyində birinci yeri tutub, ”qara kəmər”ustası adına layiq görülüb. 2020-ci il sentyabrın 27- də başlanan İkinci Qarabağ müharibəsində iştirak etmək üçün sentyabrın 28-də Sabirabad rayon Hərbi Komissarlığına gələrək könüllü olaraq ordu sıralarına yazılır.

Əhmədov Bəhruz oktyabrın 20-də Qubadlı uğrunda gedən şiddətli döyüşlərində ağır yaralanıb və şəhidlik məqamına yüksəlib. Doğulduğu Balakənd kəndində torpağa tapşırılan Əhmədov Bəhruz Səttar oğlu ölümündən sonar ölkə Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ”Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Qanlarıyla tarix yazan QƏHRƏMANLAR - VİDEO + FOTO

Qanlarıyla tarix yazan QƏHRƏMANLAR - VİDEO + FOTO

Qanlarıyla tarix yazan QƏHRƏMANLAR - VİDEO + FOTO


Abşeron rayonunun Qobu qəsəbəsində, şəhidin yaşadığı mənzildə qeyd olunan mərasimdə "DogruXeber.az" kollektivi olaraq biz, həmçinin Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri və şəhid anaları da iştirak edirdilər. İştirak edənlər, şəhidlərimizin ruhunu hörmətlə yad edərək, şəhid ailələrinə Allahdan səbr dilədilər.



Qeyd; Ailəsi tərəfindən redaksiyamıza göndərilən dəvətnamədə yol verilən yanlışlıq səbəbilə, biz də canlı yayım zamanı şəhidimizin doğum günü olduğunu qeyd etmişik.
Yaranmış yanlışlığa görə, izləyicilərimizdən üzr istəyirik !

Yeri gəlmişkən, bu gün Sabirabad rayon Surra kəndindən olan Mayılov Bəxtiyar İxtiyar oğlunun da anım günü qeyd olunub.

Qanlarıyla tarix yazan QƏHRƏMANLAR - VİDEO + FOTO


13.04.1995-ci ildə Sabirabad rayonu Surra kəndində anadan olmuşdur.Orta təhsilini Sabirabad rayon Şəfi Babayev adına Surra kənd tam orta məktəbində almışdır. Orta təhsillidir.
2013-cü ilin aprelində Sabirabad rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Əsgərliyi Ağdam rayon Quzanlı kəndindəki “N” saylı hərbi hissədə başa vurmuşdur. 2014-cü ilin oktyabrında hərbi hissədən tərxis olandan sonra Bakıda və digər rayonlarda tikinti işlərində fəaliyyət göstərirdi. Ali Baş Komandanın 27 sentyabr 2020-ci il tarixli əmri Bəxtiyarın həyat yolunda qəhrəmanlıq mərhələsinin başlanğıcı oldu. Könüllü olaraq ordu sıralarına yazılan Bəxtiyar 2020-ci 29 sentyabrda Sabirabad rayon Hərbi Komisarlığından Ağcabədi rayon istiqamətində cəbhəyə yollanır.Bəxtiyarın sonrakı döyüş yolu Füzuli və Zəngilan rayonlarından keçir, kənd və qəsəbələrin işğaldan azad olunmasında iştirak edərək döyüşlərdə xüsusi cəsarət və igidlik göstərir.Oktyabr ayının 20-də Qubadlı rayonunun Muradxanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirmək üçün yola çıxan bir qrup hərbi qulluqçu erməni hərbi dəstələri tərəfindən güclü atəşə məruz qalır. Erməni hərbiçilərinin əlində olan Muradxanlı yüksəkliyi vacib mövqe idi və komandanlıqdan verilən xüsusi tapşırığa əsasən Bəxtiyar da olmaqla bir dəstə zabit və əsgər həmin yüksəkliyi düşməndən geri almaq üçün piyada yola davam edir. Səngərin yaxınlığında ermənilərin qurduğu pusquya düşərək qeyri-bərabər döyüşə girməli olan döyüşçülərimiz son gülləyə qədər vuruşaraq düşməni geri oturda və yüksəkliyi ala bilir.

2020-ci il noyabrın 4 də Qubadlı istiqamətində gedən gərgin döyüşlərdə şəhid olur. Mayılov Bəxtiyar İxtiyar oğlu doğulduğu Surra kəndində dəfn edilmişdir.

Ölümündən sonra, "Hərbi xidmətlərinə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə, "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Şəhidin atası İxtiyar Mayılovun redaksiyamıza bildirdiyinə görə, bu gün Sabirabad rayonunda 4 şəhid - Bəhruz Səttar oğlu Əhmədov, Mayılov Bəxtiyar İxtiyar oğlu, Huseyinli Əfsun Mətləb oğlu və Əliyev Vahıb Ramiz oğlunun anım günü qeyd olunub.

Onlar dördü də döyüş yoldaşı olub, birlikdə vuruşub, bir gündə də birlikdə 4 noyablr 2020-ci il tarixində Qubadlının Muradxanlı kəndi yaxınlığında Yazı düzü ərazisində qəhrəmancasına vuruşaraq, sahib olduqları uca məqama yüksəliblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailəsinə səbr versin.

"DogruXeber.az" kollektivi olaraq, bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, qazi və veteranlarımıza can sağlığı arzulayırıq.

DogruXeber.az

Qanlarıyla tarix yazan QƏHRƏMANLAR - VİDEO + FOTO

Qanlarıyla tarix yazan QƏHRƏMANLAR - VİDEO + FOTO

Qanlarıyla tarix yazan QƏHRƏMANLAR - VİDEO + FOTO

Qanlarıyla tarix yazan QƏHRƏMANLAR - VİDEO + FOTO

Qanlarıyla tarix yazan QƏHRƏMANLAR - VİDEO + FOTO


Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər