Gündəm

Unudulmaz el yolunda canı qurban olanlar - FOTO

2020-ci il Azərbaycanın tarixində şərəfli olduğu qədər də, xalqın ürəyində ağrılı iz qoydu.

Üç mindən çox şəhid verdik, üstəlik də minlərlə qazi və o qanı, ölümü gözü ilə görüb, həyəcanı, dost, yoldaş itkisini, əsir verməmək, əsir düşməmək qorxusunu yaşayıb, ömrünün qalan 2020-ci ildən sonrakı hissəsini o hisslərin təsiri altında yaşayan qəhrəman gənclər və övlad, ər itirmək qorxusunu yaşayan analar, atalar, gəlinlər...

Həmçinin, bu gün də çox qurumlar və məmurlar tərəfindən davam edən diqqətsizlik...

Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər. (B.Vahabzadə)

El qeyrəti çəkən şəhidlərimizdin biri olan Anar Bahadurovun 26.06.2023-cü tarixində doğum günü qeyd olundu.

Şəhidin böyüdüyü evdə təşkil olunmuş tədbirdə Sabirabad rayonundan gəlmiş şəhid ailələri, müxtəlif QHT sədrləri və "DogruXeber.az" kollektivi iştirak edirdi.

İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.

Video ümün bu yazıya toxun !

Videonun davamı üçün yazıya toxun !

Unudulmaz el yolunda canı qurban olanlar - FOTO

Unudulmaz el yolunda canı qurban olanlar - FOTO

Unudulmaz el yolunda canı qurban olanlar - FOTO


Bəli, torpağı vətən edən oğullardan biri olan Bahadurov Anar Süleyman oğlu, 26 iyun 1992-ci ildə Sabirabad şəhərində dünyaya gəlmişdir. Anar 1998-ci ildə Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 saylı şəhər orta məktəbin birinci sinfinə daxil olmuşdur. 7-ci sinfədək bu məktəbdə təhsil alıb. Elmə, xüsusilə humanitar fənlərə böyük həvəsi olmuşdur ki, bu da onu sinif yoldaşları və müəllimlərinin sevimlisinə çevirib. Anar Bahadurov 7-ci sinfi bitirəndən sonra 2005-ci ildə imtahan verərək Şirvan şəhər Özəl Türk Liseyinə qəbul olub. Yüksək göstəricilərlə bu təhsil ocağını başa vuraraq, 2009-cu ildə ali məktəblərə qəbul imtahanlarında 645 bal toplayaraq tələbə adını qazanıb.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə, 2013-cü ildə isə həmin ali məktəbin magistraturasına daxil olub. Lakin, təhsilini yarımçıq saxlayaraq, Vətən borcunu yerinə yetirməkdən üçün həqiqi hərbi xidmətə yollanıb. Hərbi borcunu Tovuz rayonundakı ”N” saylı hərbi hissədə başa vurub geri dönən Anar Bahadurov 2014-2016-cı illərdə Almaniyanın Köln şəhərində magistratura təhsili alıb. Bir neçə xarici dili öyrənməyə nail olan zəkalı gəncimiz ingilis dilində məşğələlərə davam edib. ”İELTS”proqramı üzrə sertifikat almağa nail olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Anar Bahadurov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlı, Cəbrayıl və Şuşa döyüşlərində iştirak edib. 8 Noyabr 2020-ci ildə Qubadlı-Şuşa istiqamətində gedən həlledici ağır döyüşlərdə şəhid olub.

Bahadurov Anar Süleyman oğlu 9 noyabr 2020-ci ildə Sabirabad rayonu Şəhidlik Xiyabanında dəfn olunmuşdur.

Ölümündən sonra, "Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə”medalları ilə təltif edilib.

Allah rəhmət eləsin !

DogruXeber.az

Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər