Gündəm

“Su qiyməti”nə satılan duru yağların ENDİRİM KAMPANİYASI - “Mağaza sahibləri ilə təchizatçılar arasında...”

“Təchizatçılar nağd pul ödəyərək daxil olduqları marketlərin sahiblərindən asılıdırlar”.

MUMtv.az: - Gündəlik qida rasionumuzda duru yağların istifadəsi əsas yer tutur. Mağazalarda isə istənilən adda mənşəyi bilinməyən həmin məhsullar satışa çıxarılır.

Yenicag.az-ın əməkdaşı paytaxtın müxtəlif marketlərində “endirim” şərtləri ilə ucuz qiymətə alıcılara təklif olunan, lakin tərkibi şübhə doğuran duru yağlarla bağlı araşdırma aparıb.

Marketlərdə apardığımız müşahidələrə əsasən, “Zateya” yağlarının 1 litri 2 manat 49 qəpiyə, 2 litri isə 4 manat, 89 qəpiyə, “Final” və ya “Möcüzə” günəbaxan yağlarının 1 litri uyğun olaraq 4.20 və 5 manat, 2 litrlik qarğıdalı yağlarının qiyməti 8 manat 99 qəpik və 12 manat 63 qəpiyə satılır.Marketlərdə “endirim” şərtləri ilə daha çox təklif edilən duru yağlar sırasında “Zateya” (2 manat 49 qəpik), “Yurdum” (2 manat 79 qəpik), “Maslova” (2 manat 39 qəpik), “Tac” (2 manat 45 qəpik) üstünlük təşkil edir. Eyni zamanda, Türkiyə istehsalı olan “Qidam” 6.29 manata, “Hünner” qarğıdalı yağı isə 6.29 manata satılır. Bununla belə, alıcılar üçün cəlbedici qiymətə satılan bu duru yağların keyfiyyəti ilə bağlı təbii ki, suallar yaranır.Həmin yağların keyfiyyəti qiymətlə nə dərəcədə uyğun gəlir?

DİA.AZ xəbər verir ki, bu barədə Yenicag.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, marketlərdə endirimli şərtlərlə satılan duru yağların 80 faizinin keyfiyyəti sual doğurmasa da, həmin məhsulların təqribən 20 faizinə yönəlik şübhələr ola bilər:

“Azərbaycanda bu işlərə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. O baxımdan, alıcılar duru yağların keyfiyyətindən şübhələnməməlidir. Endirim kampaniyasının mahiyyəti istehlakçını dükana gətirmək və onun daha çox alış-veriş etməsinə şərait yaratmaqdır.

Bizdə olan məlumatlara görə, endirim kampaniyalarının təşkili istehsalçı şirkətlərin yox, öz satış həcmlərini artırmaq istəyən mağazaların işidir. Onlar bununla bağlı tədarükçülərə təzyiq edirlər və bu səbəbdən, onların arasında gərginlik yaranır. Çünki bu məsələni tənzimləyən müvafiq qanunvericilikdə müəyyən boşluqlar var.

Təchizatçılar nağd pul ödəyərək daxil olduqları marketlərin sahiblərindən asılıdırlar. Market sahibləri onların qarşısında “mən kampaniya təşkil edirəm və sən mənə tabe olmalısan” şərtini qoyur. Əks halda, həmin təchizatçını şəbəkədən çıxara bilərlər.

Bu gün satılmış malların pulunun ödənilməsi ilə bağlı cox ciddi problemlər yaşansa da, təchizatçılar səslərini çıxarmağa qorxurlar. Lakin bu məsələdə market sahibləri ilə təchizatçılar arasında ziddiyyətlər olsa da, istehlakçılar endirimli şərtlərlə satılan duru yağları qorxmadan ala bilərlər”.


Son xəbərlər

Dövlət Xidməti Prezidentin fərmanlarından xəbərsizdir?

Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR... - FOTOFAKT

Nazir rüşvət almaqda təqsirləndirilən Saleh Novruzini işdən çıxardı - Yerinə onu gətirdi

"Bolt" qiymətləri qaldırdı - RƏSMİ

İtləri panda adı ilə turistlərə təqdim etdilər - VİDEO

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edildi

30 il sonra dəfn olundu - FOTO

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

Rasim Balayev deputat olacaq?

Hindistan vətəndaşlarını Ukraynadakı müharibəyə göndərən şəxslər saxlanıldı

Taksi sayına məhdudiyyət qoyulması sıxlığı azaldacaq? - AÇIQLAMA

Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO

Sabah bu küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Zaur Mikayılov onları özünə müşavir təyin etdi

Məhkəmə Anar Məmmədlini ev dustaqlığına buraxmadı

İlham Əliyev və Rumen Radev arasında Bəyannamə imzalandı

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

Azərbaycanda bu imtahanlar elektron formatda keçiriləcək

Şans bu gün sizin tərəfinizdədir - BÜRCLƏR

Bakı metrosunda iş rejimi dəyişdirilir

Bu gün Paşinyan Moskvada Putinlə görüşəcək

Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi - FOTO

Azərbaycan bu ölkə ilə birgə silah istehsal edəcək

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu

İsraili hər zaman dəstəkləyəcəyik - Bayden

Nazirlik hər kəsə 200 AZN verir? - AÇIQLAMA

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Bütün xəbərlər