Gündəm

Pedofil qalmaqallarında “boğulan” kilsə Azərbaycana qarşı

MUMtv.az: - Vatikan Azərbaycana qarşı hücuma keçib. Belə ki, oktyabrın 15-də Vatikanın Müqəddəs Pyotr meydanında bazar günü ayini bitdikdən sonra Papa Fransisk Qarabağdakı monastırların və dini ibadət yerlərinin qorunmasına və onlara hörmət edilməsinə çağırış edib: “Qarabağdakı böhranla bağlı narahatlığım səngiməyib. Qaçqınların ağır humanitar vəziyyəti ilə yanaşı, mən bu bölgədəki monastırların və ibadət yerlərinin qorunması üçün xüsusi müraciət etmək istərdim”.

Papa eyni zamanda ibadət yerlərinin yerli mədəniyyətin bir hissəsi, imanın ifadəsi və “fərqlərə baxmayaraq birlikdə yaşamağı mümkün edən” qardaşlıq əlaməti kimi hörmət görəcəyinə və qorunacağına ümid etdiyini bildirib.

Vatikan Ermənistanın işğalı zamanı Azərbaycanın Qarabağ bölgəsində İslam ziyarətgahlarının təhqir olunmasından xəbərdardır. 2022-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin rəhbərlik etdiyi, tərkibində Azərbaycanın apostol prefekti Vladimir Fekete və Rus Pravoslav Kilsəsinin arximandriti Aleksey Nikonorovun da daxil olduğu dinlərarası nümayəndə heyəti Vatikana səfər edib. Papa ilə görüş zamanı Paşazadə ermənilərin Qarabağdakı müsəlman məscidlərinə, eləcə də erməni kilsəsinə aid olmayan xristian dini abidələrinə qarşı vandalizm törətdiklərini əsas gətirərək, ermənilərin davranışını pisləyib.

Azərbaycan nümayəndə heyəti Vatikanın dövlət katibi Pietro Parolina və dövlət əlaqələri katibi Pol Riçard Qallaxerlə görüşlərdə də öz mövqeyini açıq şəkildə ifadə edib.

Amma bu səylərə baxmayaraq, Vatikan Qarabağdakı erməni vandalizmini hələ də pisləməyib, baxmayaraq ki, Papa Fransisk bu yaxınlarda Stokholmda müsəlmanların müqəddəs kitabı olan “Qurani-Kərim”in yandırılmasını pisləyib və qeyd edib ki, bu cür hərəkətlər onun qəzəbinə və ikrahına səbəb olur.

Fransisk 2016-cı ildə ölkəmizə səfəri zamanı Azərbaycanda xristian kilsələrinə nə qədər hörmətlə yanaşıldığını öz gözləri ilə görə bildi. Bundan başqa, Azərbaycan dünyanın bir çox yerlərində, o cümlədən Vatikanda xristian dini abidələrinin bərpası ilə bağlı layihələr həyata keçirib. Belə ki, 2018-ci il sentyabrın 26-da Romada Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş Müqəddəs Sebastyan katakombalarının açılışı olub. Bərpa işlərinə 2016-cı ildə başlanılıb və yüksək səviyyədə aparılıb. Açılış mərasimində vurğulanıb ki, bu katakombalar bütün xristian dünyası üçün böyük əhəmiyyət kəsb edir. Onlar 1578-ci ildə aşkar edilib və buradakı bəzi abidələr III əsrə aiddir.

Prezident İlham Əliyevin 2020-ci ildə Vatikana səfərindən sonra isə tərəflər arasında Müqəddəs Komodilla katakombalarının bərpasına dair saziş genişləndirilib.

Papanın özü də İlham Əliyevlə görüşündə Heydər Əliyev Fondunun Vatikanda apardığı təmir-bərpa işlərini qeyd edib, Azərbaycan hökumətinə, xüsusilə də Fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. O vurğulayıb ki, Vatikan Heydər Əliyev Fondu tərəfindən burada aparılan bərpa işlərini heç vaxt unutmayacaq.

Vatikana bu səfəri zamanı Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyətin təbliğinə, o cümlədən, Müqəddəs Taxt-Tac qurumları ilə qarşılıqlı əlaqələrə verdiyi töhfələrə görə ən yüksək papalıq cəngavərlik ordenlərindən biri - IX Piy ordeninin Böyük Xaçı (Dama di Gran Croce dell'ordine Piano) ilə təltif edilib.

Görünürdü ki, yuxarıdakı faktlar Vatikanın Azərbaycan kimi müsəlman ölkəsinin xristian irsinə nə qədər hörmətli və diqqətli olduğunu anlamaq üçün kifayət idi. Lakin Papanın son sözləri böyük təəssüf hissi doğurur.

Son vaxtlar Roma Papası Fransisk, Müqəddəs Taxt-tac və müxtəlif beynəlxalq tədbirlərlə bağlı xəbərlər və materiallar dərc edən nüfuzlu “Vatican New” nəşri Azərbaycanla bağlı yalan və təxribat xarakterli məlumatlar yaymaqdadır.

Baxmayaraq ki, 2020-ci ilin noyabrında İlham Əliyev Qarabağdakı ərazilərdə xristian kilsələrinin taleyi ilə bağlı narahat olmamağa çağırıb və onların hamısının Azərbaycanın tarixi irsi olduğunu vurğulayıb. O, bir ildən sonra eyni sözləri təkrar edərək dedi ki, Azərbaycan ərazisindəki bütün dini məbədlər qorunur, dövlət tərəfindən tikilir və bunu bütün dünya bilir.

Lakin Roma Papasının son bəyanatına əsasən, görünür ki, sanki bir çox dünya xəbər agentlikləri tərəfindən yayılan açıq-aşkar erməni vandalizminə dair heç bir fakt, eləcə də Azərbaycanın tarixi-mədəni irsinin dağıdılması ilə bağlı UNESCO, İƏT, BMT, Avropa Şurası və İSESCO-ya təqdim edilmiş hesabatlar olmayıb.

Pedofil qalmaqallarına qərq olmuş katolik kilsəsi, xristian irsinə bu qədər diqqətlə yanaşan müsəlman ölkəsinin əzablarına kar və kordur... //AYNA//


Son xəbərlər

Mirzoyan Avropa Şurasının sessiyasında delimitasiyadan DANIŞDI

Cavanşir körpüsü sökülür - RƏSMİ

Pakistanda qızlar məktəbinə bombalı hücum

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı

Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı- SƏBƏB

Şuşanın Baş planı barədə məlumat verildi

Alimlərin maddi təminatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənistan Peskovun dediklərini təkzib etdi

Müzakirələrə səbəb olan vakansiyalar üzrə hansı tələblər qoyulur?

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Qubad İbadoğlu siyasətdən getdi

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Müsavatda növbəti seçki - Namizədlər açıqlandı

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? - AÇIQLAMA

Sülhlə bağlı danışıqlar Ermənistan-Azərbaycan sərhədində keçirilə bilər

Azərbaycan-Belarus sənədləri imzalanıb

Pensiyalar nə qədər artıb?

Qara sarımsağın faydaları

Vardanyanın həbs müddəti uzadıldı

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanıldı

Ermənistan hökuməti bu kəndə görə Azərbaycandan vaxt istədi

Ermənistan sərhədçilərini delimitasiya olunmuş ərazilərə yerləşdirdi

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb

ABŞ yönümlü təriqətlər Ərdoğana qarşı sui-qəsd planlaşdırıblar - KİV

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

Tələbə qızı öldürüb dostu ilə birlikdə basdıran şəxs SAXLANILDI

Bütün xəbərlər