Gündəm
Gündəm / Siyasət
Putin MDB sammitindən əvvəl Paşinyanla danışdığını AÇIQLADI
Ermənistan Müstəqil Dövlətlər Birliyindən çıxmır.
"MUMtv.az" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
Rusiya dövlət başçısı MDB sammitinin yekunlarına dair mətbuat konfransında qeyd edib ki, MDB sammitindən əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla danışıb. Putin erməni həmkarının Bişkekdə keçirilən tədbirdə iştirak etməməsinin səbəblərini anlaşılan adlandırıb.