Gündəm
Gündəm / Siyasət / Dünya
"Putin, bu, sizin günahınızdır" - Klinton"Putin, bu, sizin günahınızdır" - Klinton
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Rusiya prezidenti Vladimir Putinə adı ilə müraciət edərək, NATO-nun genişlənməsini Rusiya siyasətinin nəticəsi adlandırıb.
"MUMtv.az" xəbər verir ki, onun sözlərini "Reuters" sitat gətirib.
“Təəssüf ki, Vladimir. Bu, sizin öz günahınızdır. İnsanlar NATO-ya qoşulmağa məcbur edilmir".
Daha əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Vladimir Putin münaqişənin NATO-nu zəiflədəcəyinə ümid edərək Ukraynanın hərbi qüvvələrini lazımi səviyyədə qiymətləndirməyib, lakin əvəzində alyans yeni üzvləri qəbul edir. O qeyd edib ki, bu, blokun bütün iştirakçılarının birliyindən xəbər verir.