Gündəm

Y.Stoltenberq: Rusiya müharibəni davam etdirmək istəyir

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, bu gün NATO-dan Rusiya lideri Vladimir Putinin bəyanatlarına çox sərt reaksiya gəlib.

MUMtv.az” CNN-ə istinadən bildirir ki, NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Yeni START sazişində iştirakını dayandırmasını bütün silahlara nəzarət arxitekturasının dağılması kimi qiymətləndirib və Rusiyanı öz qərarına yenidən baxmağa çağırıb.

Stoltenberq NATO-nun mənzil-qərargahında Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışıb.

Rusiya prezidenti Vladimir Putinin Yeni START razılaşmasını dayandırmaq qərarını dəyərləndirən Stoltenberq bu qərarından təəssüfləndiyini bildirib.

"Son illərdə Rusiya əsas silahlara nəzarət razılaşmalarını pozub və ya tərk edib" - deyə, Stoltenberq bildirib.
"Yeni START ilə bağlı bugünkü qərarla bütün silah idarəetmə arxitekturası çökdü. Mən Rusiyaya öz qərarını yenidən nəzərdən keçirməyi və mövcud razılaşmalara hörmət etməyi şiddətlə tövsiyə edirəm".

Putin bugünkü çıxışında bildirib ki, Rusiya qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyan ABŞ-la Yeni START-da iştirakını dayandıracaq.

Stoltenberq Putinin Qərb ölkələrini günahlandıran bəyanatlarından da aydın danışıb.

"Heç kim Rusiyaya hücum etmir" dedi Stoltenberq. Rusiya təcavüzkardır. Putin gərginliyi artırır. “Putin bu gün göstərdi ki, o, müharibəni davam etdirmək istəyir.

MUMtv.az
N.Məmərli



Son xəbərlər

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bütün xəbərlər