Gündəm
Gündəm / Siyasət
İlham Əliyev və Putin görüşünün vaxtı dəqiqləşdi
Azərbaycan lideri İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə görüşünün vaxtı dəqiqləşib.
"MUMtv.az" xəbər verir ki, görüş Bakı vaxtı saat 18:00-da (Moskva vaxtı ilə 17:00) Bişkekdə baş tutacaq.
Qeyd edək ki, Putin Rusiya Enerji Həftəsinin plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirməyi planlaşdırdığını demişdi.