Gündəm

Romantik təmaslara aldanmayın - BÜRCLƏR

Qoç - əvvəl başladığınız işləri başa çatdırmaq üçün bu rahat və rəvan zamandan istifadə edin. Tələskənlik yolverilməzdir. Düşünülməmiş addımlar və qərarlar aradan qaldırılması xeyli vaxt tələb edəcək fəsadlar yaradacaq. Köhnə dostlarla yanaşı, yeni tanışlardan yardım almaq olar.

Müttəfiqlər sizi tək qoymayacaqlar.

Günün ikinci yarısı romantik təmaslar üçün əlverişlidir. Təşəbbüskar olun. Yaşlı qohumlara laqeyd yanaşmayın. Onların diqqət və qayğıya ehtiyacları var.

Buğa - peşəkar fəaliyyət müstəvisində eksperimentlər üçün əlverişli zamandır. Yeni işlərə başlamaq olar. Onların öhdəsindən gələcəksiniz. Həmkarlarınız ideya və təkliflərinizi dəstəkləyəcəklər. İşdə həmkarlarınızın dediklərinə diqqət verin. Amma unutmayın ki, yanlışlıqlar və uğursuzluqlara görə məsuliyyəti siz daşımalı olacaqsınız. Başqasının işini bir daha yoxlamağa tənbəllik etməyin.

Günün ikinci yarısında yaxınlarınızla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq. Romantik təmaslar pozitiv hisslər bəxş edəcək. Axşam saatlarında əsəblər gərilə bilər. Yaxınlarınız sizi anlamırlar.

Əkizlər - çətin, məşəqqətli gündür. Problemlərdən qurtulmağa çalışsanız da, onlar sizdən əl çəkmir, həllini tələb edirlər. Yaxın ətrafınızdakı insanlardan yardım və ya məsləhət gözləməyin. Hər kəs öz maraqlarını təmin etməyə çalışır. İşdə rəhbərliklə xoşagəlməz söhbət istisna deyil.

Günün ikinci yarısında işgüzar tərəfdaşların sizə ciddi iradları olacaq.

Son qərar verməzdən əvvəl yaranmış situasiyanı dürüst qiymətiləndirin. Sağlam məntiq və intuisiya sizi kobud səhvlərdən qoruya bilər.

Xərçəng - mürəkkəb, hadisələrlə zəngin gündür. Yaşananları dərhal dəyərləndirmək mümkün deyil. Ehtiyatlı davranın, sayıq olun. Ən kiçik səhvin ciddi fəsadları ola bilər. Hər şeyə rəğmən səhvlərdən qurtulmaq mümkün deyil.

Ağır problemləri mümkün qədər tez həll etməyə çalışın. Bunun üçün bəzi planlara dəyişikliklər etməli, bəzi niyyətləri unutmalı olacaqsınız.

Günün ikinci yarısında kiçik uğursuzluqlar və xoşagəlməz hadisələrə sakit yanaşın. Cibinizdə böyük məbləğ olmasın. Bahalı əşya, mühüm sənəd və ya dəyərli nəsnəni unuda, yaxud da itirə bilərsiniz.

Şir - çətin gündür. Hətta ən kiçik nailiyyətləri əldə etmək üçün ciddi səylər göstərmək gərəkdir. Böyük qələbə şansı azdır. İndiyədək birlikdə çalışdığınız və dil tapdığınız insanlar hazırda sizdən narazıdır. Onlar yeni iradlar irəli sürür, kiçik məsələlərə görə inciyirlər.

Günün ikinci yarısında emosional fonun qeyri-stabil olması sizə mane olmamalıdır. Qeyri-standart situasiyalarda düzgün qərarlar qəbul edin. Hisslərə aldanmayın.

Alış-verişdə çox pul xərcləməyin. Sövdələşmələr, borc almaq və ya kredit götürmək üçün əlverişli gün deyil. Səfər və ya səyahətə yollanırsınızsa, yaşı hazırlaşın. Hər şeyi taleyin ümidinə buraxmayın.


Qız - mənfi təmayüllərin təsiri güclüdür. Günün ilk yarısı xüsusilə çətin olacaq. Ən kiçik işlərin öhdəsindən gəlmək problem yaradacaq. Lakin saatlar keçdikcə doğru taktikanı formalaşdıra biləcəksiniz.

Günün ikinci yarısında ilk uğurlara nail olacaqsınız. Nailiyyətlər böyük deyil, amma əhvalınızı yaxşılaşdıracaq.

Yeni ideyalar yaranır. Onları təhlil edin. Bəzi ideyaları reallaşdırmağa başlamaq olar. Yaxınlarınız sizi xoş sürprizlərlə sevindirəcəklər. Çoxdan bəri gözlədiyiniz xəbəri alacaqsınız.
Ətraflı

Tərəzi - həqiqətin gözünə dik baxın. Problemləri etiraf etmək xoşagəlməz olsa da, zəruridir. Ətrafınızda baş verənləri nə qədər tez anlasanız, gərəkli fəaliyyət modelini bir o qədər tez formalaşdıran bilərsiniz.

Yalnız öz qüvvənizə bel bağlayın. Müttəfiq və ya tərəfdaşlar yalnız işin başa çatmasına az qaldığı vaxtda peyda olacaqlar.

Günün ikinci yarısı müzakirələr, ünsiyyət və danışıqlar üçün əlverişlidir.

Alış-verişə yollanmaq olar. İmicdə köklü dəyişikliklər etməyin. Nəticə sizi pərişan edə bilər.

Əqrəb - yaşam prinsiplərinə sadiq qalın, təmkinli olmağı unutmayın. Soyuqqanlı darvansanız, yolunuzdakı bütün maneələri dəf edə bilərsiniz. Yeni işlər və ya riskli layihədə iştirak maliyyə durumunuza zərbə vura bilər. Mübahisələrə qatılmayın. Söz güləşdirmək sizi qıcıqlandıracaq, qüvvənizi alacaq.

Günün ikinci yarısında məişət qayğılarına fikir verin. Rahatlığın təminatı çox səlyər və xərclər tələb edir. Məişət texnikası və avadanlığın təmirində çətinliklər yarana bilər.

Oxatan - nə isə yanlış alınır. Problemi araşdırmağa çalışır, amma bir nəticə hasil edə bilmirsiniz. Yaxın ətrafınızdakı insanlara verdiyiniz çoxsaylı suallar onları qıcıqlandırır. Adi günlərdən fərqli olaraq müraciətlərinizə verilən mənfi cavabların sayı çoxdur.

Günün ikinci yarısında yaxınlarınızla mübahisə etməyin.

Maliyyə fonu yaxşı deyil. Pul qıtlığı yaranıb. Bu səbəbdən də xərcləri azaldın. Axşam saatlarında səhhətinizdə problemlər yarana bilər. Xroniki ağrıların kəskinləşməsi istisna deyil.

Oğlaq - əlverişli və yaxşı gün deyil. Çətin problemlərin yaranmasına imkan verməməyin ən yaxşı yolu aktivliyi bir qədər aşağı salmaqdır. Yaşam prinsiplərini dəyişməyin. Qarşınızda yaxşı perspektivlər yaranır. Yeni imkanlardan yararlanmaq üçün qətiyyətli, əzmkar, iradəli olun.

Günün ikinci yarısında populyar olmağa çalışmayın. Tənqidlərə sakit reaksiya verin. Bu gün başqalarının səhvlərinə görə cavab verməli olacaqsınız. Belə situasiya sizi önəmli təcrübə sahibi edəcək.

Mübahisələrə qatılmayın, münasibətləri ayırd etməyə və haqlı olduğunuzu göstərməyə çalışmayın. Möveqlərinizin haqlı, ədalətli olduğunu yaxın ətrafınızdakı insanlar anlayacaqlar.

Dolça - səhhətinizdə kiçik problemlər ola bilər. Travma riski var. Gününüzü dəqiq planlaşdırın. Enerji potensialınızın səviyyəsinin yüksək olmadığını unutmayın. Ağır işləri azaldın. Adi günlərlə müqayisədə daha çox istirahət edin.

Günün ikinci yarısı mühüm qərarların qəbul edilməsi üçün əlverişli deyil. Uzaq qohumlar və ya yetərincə yaxşı tanımadığınız insanlarla görüşləri təxirə salın. Hər təsadüfi qarşılaşmanı taleyin hökmü saymayın. Romantik təmaslara aldanmayın. Belə münasibətlərin heç bir perspektivi yoxdur.

Balıqlar - çətinliklər və problemlər az olmasa da, uğursuz gün deyil. Yaşananları drüst dəyərləndirin. Nə isə alınmayanda təlaşa qapılmayın. Kiçik problemlərə görə əhvalınızı pozmayın. Ağıllı və məntiqi davranın, soyuqqanlı olun. Belədə yaxın ətrafınızdakı insanlar sizi təkrarlamağa çalışacaqlar.

Günün ikinci yarısında yaxınlarınız məsləhətlərinizə qulaq asacaqlar. Yanlış yol göstərmirsiniz. Yaxşı əməllərinizə görə sizi tərifləyəcəklər.

Axşam saatlarında aktiv istirahəti seçin.//Milli.Az

Son xəbərlər

254 hektardan çox ərazi minalardan təmizləndi - VİDEO

Siyasi münasibətlər yeni müstəvidə

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

“Azərsu”da kütləvi ixtisarlar başlandı

Şərurlu İsfəndiyar saxlanıldı – Təfərrrüat

80 manat alan neçə müharibə veteranı var? — Rəsmi CAVAB

"Ermənistan rus qoşunlarına ehtiyac olmadığını elan edib" - Xandanyan

Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ

Taksilərdə minimal gediş haqqı 4,5 AZN olacaq? — AÇIQLAMA

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edildi

Lavrov səhvən Putinə "uzunqulaq" dedi - VİDEO

Pənah Hüseyn namizəd olacağı dairəni açıqladı

Mirzoyan Avropa Şurasının sessiyasında delimitasiyadan DANIŞDI

Cavanşir körpüsü sökülür - RƏSMİ

Pakistanda qızlar məktəbinə bombalı hücum

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı

Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı- SƏBƏB

Şuşanın Baş planı barədə məlumat verildi

Bütün xəbərlər