Gündəm

Ulduzlar bu gün nə deyir

22 YANVAR 2021-ci il

Qoç - İstənilən çətinliyin, hətta ən mürəkkəb problemin öhdəsindən gələ bilərsiniz. Sizi və yaxınlarınızı çoxdan bəri narahat edən suala cavab tapmaq ehtimalı az deyil. İntellektual potensialızın səviyyəsi yüksəkdir. Əla ideyalardan birini reallaşdırın. Ünsiyyət, yeni müttəfiqlərin axtarışı üçün əlverişli zamandır.

Dostlarla təmaslar və romantik görüş yaxşı keçəcək.

Günün ikinci yarısında hər hansı iş alınmazsa, ruhdan düşməyin, pərişanlığa qatılmayın. Yaxınlarınızla münasibətlərdə güzəştə meylli olun. Belə davranış münaqişə və ixtilafların qarşısını alacaq.

Buğa - Rəvan olmayan, gərgin gündür. Mühüm qərarları müstəqil şəkildə, yaxın ətrafınızdakı insanların məsləhətlərinə əsaslanmadan, intuisiyanıza güvənərək qəbul etsəniz, yanlışlıqlara yol verməyəcəksiniz. Kommersiya fəaliyyəti, anlaşma və sövdələşmələr, alış-veriş üçün əlverişli gün deyil.

Səfər və səyahət, ailə üzvləri, yaşlı qohumlarla istirahət üçün axşam saatları əlverişlidir. Sevdiyiniz insanla münasibətlərdə anlaşılmazlıq yarana bilər. Narahat olmayın, ciddi münaqişə yaranmayacaq.

Əkizlər - Bəxtə və uğura bel bağlamayın. Bu gün əldə edəcəyiniz hər şeyə görə qətiyyət, iradə və əzminizə minnətdar olmalısınız. Təhsil, informasiya, bilik və bacarıq əldə etmək üçün yaxşı gündür. Dünyagörüşünüzü artırın. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Cari işləri başa çatdırın.

Şəxsi münasibətlərdə dəyişikliklər ola bilər. Yaranmış situasiyanı dürüst qiymətləndirin, doğru qərarlar qəbul edin, yaxınlarınızla ünsiyyətdə gərəkli sözləri deyin.

Sizinlə müqayisədə daha az həyat təcrübəsi olan insanlar sizdən yardım istəyəcəklər.


Xərçəng - Bir çox problemlərin həlli üçün əlverişli zamandır. İntizamlı, ciddi, xırdalıqlara və detallara diqqətli olun. Mühüm məsələni unutmayın. Aktual məsələlər və planları yaxınlarınızla müzakirə etmək olar. Yaxın perspektivə hesablanmış ideyaları təhlil edin. Bu gün yaranacaq tanışlıqlardan biri yaşamınızda mühüm rol oynaya bilər.

Yeni məqsədə çatmaq asan olmasa da, yeni təcrübə əldə edəcək, mövqelərinizi möhkəmləndirəcəksiniz. Yaşlı qohumlarla ünsiyyət, ailəvi tədbirlər üçün əlverişli zamandır.

Şir - Bir sıra məsələlərin həlli üçün əlverişli gündür. Sürətli, qətiyyətli, aktiv olun. Qarşınıza qoyduğunuz məqsədlərə çatın. İdeyalarınızı reallaşdırmaq üçün gərəkli insanları tapın. Alış-veriş üçün əlverişli zamandır. Amma bədxərclik etməyin.

Əla fiziki formada olun, çünki sizi qarşıda çətin məsələlərin çözümü gözləyir. İşlər çox olsa da, yorulmayacaq və özünüzü əla hiss edəcəksiniz. Dostlarla keçirilən vaxt sizə xoş emosiyalar bəxş edəcək. Romantik görüşün təəssüratları uzun zaman unudulmayacaq.


Qız - Əlverişli, münasib gündür. Müsbət təmayüllərin təsiri güclənir. Enerjinizi məntiqli istiqamətə yönəldin. Etibarlı müttəfiqlərə bel bağlaya bilərsiniz. Onlar sizə dəstək verəcək, məsləhətlərini əsirgəməyəcəklər.

Diqqət və enerjinizi sizə gərəkli istiqamətə yönəldin. İkinci dərəcəli məsələləri təxirə salın və ya başqasına həvalə edin.

İstək, niyyət, zəifliklərin əsiri olmayın. Mümkünsüzü tələb etməyin. Tənbəllik və ətalətin öhdəsindən nə qədər tez gəlsəniz, bir o qədər yaxşıdır. Nüfuzlu insanla görüş, mühüm hesab etdiyiniz istənilən məsələnin müzakirəsi üçün əlverişli zamandır.


Tərəzi - Karyeranızın inkişafının asılı ola biləcəyi insanlarla qeyri-formal şəraitdə ünsiyyətdən imtina etməyin. Belə şəraitdə qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yarada bilərsiniz. İncə zövqlü, əla tərbiyəli insan təsiri bağışlamağa çalışın. İctimai həyatda iştirak, dəvət aldığınız tədbirə qatılmaq üçün yaxşı zamandır. Diqqət mərkəzində olmağa çalışın.

Hüquqi məsələlərin həlli, qanunların öyrənilməsi, vəkillərlə məşvərət üçün əlverişli zamandır. Alış-veriş etmək, daşınmaz əmlak almaq olar. Yaxşı gəlir əldə edə bilərsiniz.

Əqrəb - Enerji potensialı səviyyəniz yüksəkdir. Bir yerdə duruş gətirə bilmirsiniz. Daim nə işləsə məşğul olmaq istəyirsiniz. Həmin işlərin faydalı olmasına çalışın. Vaxtınızı və qüvvənizi sərf etmək üçün səhih istiqaməti sizə deyə biləcək insan yanınızda olarsa, əladır.

Köhnə dostlar və ya uzaq qohumlardan xoş xəbərlər ala bilərsiniz.

İstənilən yeni işə başlamaq üçün əlverişli gündür. Şəxsi münasibətlərdə yaxşılığa doğru ciddi dəyişiklik ehtimalı az deyil. Yetər ki, təşəbbüskar olasınız.

İmiclə eksperimentlər, yeni obraz axtarışı üçün münasib zamandır.

Oxatan - Mühüm işləri təxirə salmayın. Bu gün başladığınız bütün işlərdə uğura nail ola bilərsiniz. Hansı layihənin perspektiv olduğunu, hansının isə diqqətə layiq olmadığını intuisiyanız sizə deyəcək. Ünsiyyət, yeni müttəfiqlərin aranması, dostlarla təmaslar və romantik görüş üçün əlverişli zamandır.

Özünüz olun. Bu, qarşı tərəfdə xoş təəssürat yaratmaq üçün yetərlidir.

Axşam saatlarına yaxın işlərin aktivliyini bir qədər azaldın. Yaradıcılıq potensialının səviyyəsi aşağı düşəcək. Başqalarının ideyalarından yararlana bilərsiniz.

Oğlaq - Qaydalara riayət etməyə, ənənələri pozmamağa çalışın. Sınanmış, etibarlı yolla gedin. Risk etməyin. Belə taktika məntiqidir, səhvlərə yol verməməyə imkan verir. Amma uğurun sürətlə əldə olunacağını düşünməyin. Bahalı, statuslu əşya ala bilərsiniz. Geyim almaq fikrindəsinizsə, klassik stilə üstünlük verin.

Böyük məbləğdə pul əldə edə bilərsiniz. Bizneslə məşğul olursunuzsa, kommersiya layihənizi reallaşdırmaq üçün investor tapa biləcəksiniz. Yaxınlarınızla münaqişə yaratmayın. Cari işlərə diqqəti əsirgəməyin. Həssas və sərvaxt olun.

Dolça - Risk etməkdən çəkinməyin. Qətiyyət və əzmkarlıq sizə uğur vəd edir. Sizi tənqid etməyən, dəstəkləyən insanlarla daha çox ünsiyyətdə olun. Bədbin insanlarla təmasları minimuma endirin. Kiçik gəlirlər ola bilər. Alış-verişdə bədxərclik etməyin.

Şəxsi münasibətlərdə təşəbbüskar olun. Hisslərinizi etiraf edin, yaxınlaşma istiqamətində ilk addımı siz adın. Səfər və ya səyahət yaxşı alınacaq. Yeni, maraqlı tanışlıq ola bilər.

Balıqlar - Günün ilk yarısı uğurludur. Bu zaman ərzində nə qədər çox faydalı iş görə bilsəniz, o qədər yaxşıdır. Müsbət təmayüllərin təsiri tədricən azalır. Axşam saatlarına yaxın problemlər yarana bilər. Səhhətinizdə problemlərin yaranması, yuxusuzluq istisna deyil.

Yaxınlarınızla münasibətlər davranış və sözlərinizdən asılıdır. Nə isə alınmırsa, günahkarlar aramayın, öz davranışınızı təhlil edin. Ailə əmlakı və maliyyə məsələlərini müzakirə etmək məsləhət deyil. Pul üstündə münaqişə yarana bilər.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər