Gündəm

“Qisas” antiterror əməliyyatından bir il ötür

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilən “Qisas” antiterror əməliyyatından bir il ötür.

"MUMtv.az" xatırladır ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq 2022-ci il avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqeləri qurmağa cəhd göstərib.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. Ardınca bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülüb.

“Qisas” əməliyyatı çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb. Həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Son xəbərlər

Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir -TƏFƏRRÜAT

“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK

Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?

İlham Əliyev sərəncam imzaladı

Ermənistanla Azərbaycan arasında sonuncu sərhəd dirəkləri quraşdırılıb

Mövlana haqqında mübahisə yaradacaq iddia: Bu kəlamlar ona məxsus deyilmiş

Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

"Azərbaycan Tayvanın müstəqilliyini tanımır" - XİN

Kamran Əliyev Xankəndiyə prokuror təyin etdi

Mədəniyyət Nazirliyində yeni təyinat

Azərbaycanda düyü bahalaşacaq? - AÇIQLAMA

Onlar məmurdur, yoxsa biznesmen ?

Kredit götürən şəxs ölərsə, borcu hansı halda silinir?

Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatdı - VİDEO

"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA

Bakıda bəzi parklanma yerləri ləğv edilir

Bu fürsətlər taleyinizdə dəyişikliklərə səbəb olacaq - BÜRCLƏR

Aviasiya qəzalarında həlak olan dünya liderləri

İran hökuməti Rəisinin ölümü ilə bağlı təcili bəyanat yaydı: Əmin edirik ki...

Rəisinin ölümü ilə bağlı şok fakt: Qəza yerindən qaçan adamlar görüntüləndi - VİDEO

Azərbaycan XİN İrana başsağlığı verdi

Bu gündən Bakıdakı əsas körpülərdən biri bağlanır

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı - FOTO

Prezident Rəisinin ölümü ilə bağlı başsağlığı verdi

DİN əməliyyat keçirdi - 20 nəfər saxlanıldı

İran prezidentinin vəzifəsini bu şəxs icra edəcək

Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İran hökumətinin iclasında Rəisinin masası diqqət çəkdi

Möhsün Mənsuri İbrahim Rəisinin ölümünü təsdiqlədi

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Bütün xəbərlər