Gündəm

Hacı Məhərrəm puluyla qanunlara meydan oxudu: Yeznənin qurtuluşu… - FOTO

MUMtv.az: - Azərbaycanda pulun və nüfuzun qanunlara qalib gəlməsinin daha bir faktı bəlli olub. İki il öncə 14 iyun 2021-ci il tarixdə saat 00:20 radələrində sərxoş halda özünə məxsus “Land Rover” markalı avtomobillə 90 km/saat sürətlə Binəqədi-Novxanı yolu ilə hərəkətdə olarkən Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillə toqquşaraq “Daewoo Damas”ın sürücüsü M.Ziyadov, sərnişinləri – Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov ölümünə səbəb olan Elşad Kəlbəliyev azadlığa çıxıb. Bu ilin fevral ayında Ali Məhkəmənin hökmü ilə E.Kəlbəliyev 9 il azadlıqdan məhrum edilmişdi. Daha sonra məhkum bu hökmlə razılaşmayıb və apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, E.Kəlbəliyevin apellyasiya şikayəti qismən təmin olunub. Belə ki, onun cəzası 9 ildən 8 ilə endirilib. Amma, iş bununla da yekunlaşmayıb. Bu günlərdə Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək, dörd nəfərin ölümünə səbəb olan iş adamı Elşad Kəlbəliyevin cəzası azaldılıb. Məhkəmə hökmü ilə 8 il azadlıqdan məhrum edilmiş MTK şefinin kürəkəni barəsində apelyasiya şikayəti əsasında 3 il həbsindən azaldılıb. Tribunainfo.az bildirir ki, Kəlbəliyevin cəzası 5 ilə endirilib. Məhkəmə belə qərara gəlib ki, təqsirləndirilən şəxs hadisə vaxtı içkili olmayıbmış. Cumhuriyyet.az-a daxil olan məlumata görə, bunun ardınca isə islah əmək düşərgəsində təcili məhkəmə keçirilib və E.Kəlbəliyev “həbs müddətində nümunəvi davranışına görə” cəzasının qalan hissəsindən azad edilib. Bir sözlə, SƏRXOŞ VƏZİYYƏTDƏ 4 NƏFƏRİN ÖLÜMÜNƏ SƏBƏB OLAN ŞƏXS AZADLIQDADIR!!! Qanuna və insanlığa açıqdan açığa bu şəkildə meydan oxunmasının isə tək səbəbi var: E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir!

Hacı Məhərrəm puluyla qanunlara meydan oxudu: Yeznənin qurtuluşu… - FOTO

Qeyd edək ki, Məhərrəm Novruzovun adı zamanla mediada qalmaqallarda hallanan şəxsdir. Onun biznesi yalnız tikinti işi ilə yekunlaşmır. Bir neçə il öncə “Bağçalı evlər” şirkəti Şabran rayonunun Rəhimli kəndində müasir istixanalar qurub. Artıq şirkət tərəfindən 0,13 hektar ərazidə müasir damcı üsulu ilə tərəvəz yetişdirən istixana fəaliyyətə başlayıb. Şirkət tərəfindən 4 hektar ərazidə yeni istixana kompleksi quraşdırılıb. “MY BEACH” hotel və restoranı da “Bağçalı evlər” kompleksi də Hacı Məhərrəm Novruzova məxsusdur. Xatıradaq ki, yerli KİV-lərdə ara-sıra Novxanıda yerləşən “My Beach” adlı çimərlikdə yaşanan soyğunçuluq haqda reportajlar dərc edilib. Dərc edilən xəbərlər arasında Məhərrəm Novruzovun pandemiya və karantin dövründə, hətta novruz bayramı dönəmində bəzi ailələrin dolanışığına müdaxilə etməsi halları da baş verib ki, bunun nəticəsində “Hacı”nın evinin qarşısında intihara cəhd də edilib.//siam.az

Son xəbərlər

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var…

Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya

Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?

Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi

Rusiyada azərbaycanlı biznesmen qəfil vəfat etdi - FOTO

Cəzaçəkmə müəssisində aclıq edən Cahangir Hacıyevin vəziyyəti pisləşib - vəkil

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? — DOSYE

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu

Prezident “Zəngilan” və “Şayıflı” SES-lərinin açılışını etdi

Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO

Bazar gününə olan hava proqnozu

Prezident 4 yeni kəndin təməlini qoydu

254 hektardan çox ərazi minalardan təmizləndi - VİDEO

Siyasi münasibətlər yeni müstəvidə

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Bütün xəbərlər