Gündəm

“İnşaat-Servis 2” MMC-nin tender oyunları - Milyonlar hara gedir?

Azərbaycanda keçirililən tenderlərdə qalib gələn şirkətlərin böyük əksəriyyətinin arxasında birbaşa vəzifəli şəxslərin dayanması heç kimə sirr deyil. Fəaliyyəti qeyri-şəffaf olan belə şirkətlərin milyonluq tenderderlərdə qalib elan edilməsi isə həmin şirkətlərin hansısa məmura məxsus olması və ya şərik olması barədə deyilənlərin bir daha əyani sübutudur.

"MUMtv.az" "Azərbaycan Reallığı"na istinadən xəbər verir ki, belə şirkətlərdən bir də “İnşaat-Servis 2” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Mətbuatda yazılanlara görə “İnşaat-Servis 2” MMC vaxtilə Beyləqan, Zərdab və digər bu kimi rayonlarda icra hakimiyyətlərinin keçirdikləri bəzi tenderlərdə qalib elan edilib. Fəaliyyət profili, işçi qüvvəsi barədə heç bir məlumat verilməyən "“İnşaat-Servis 2” MMC-nin ulduzu əsasən Beyləqan rayonunun sabiq icra başçısı Vaqif Abdullayevin və Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun rəhbərliyi dövründə “parlayıb”.

Beləqan rayon İH-nin sabiq başçısı Vaqif Abdullayevin rayonda “cari təmir”, “təmir-tikinti” üzrə nə tender varsa hamısını “İnşaat-Servis 2” MMC-yə ötürdüyü, sonradan isə pulun bir hissəsinin “otkad” formada geri aldığı deyilir. “İnşaat-Servis 2” MMC ilə olan “işbirliyi” sonradan Beyləqan rayon İcra Hakimiyyətinin yeni başçısı Asif Ağayev davam etdirib.

Qeyd edək ki, “İnşaat-Servis 2” MMC 2020-ci ilin yanvar ayında Beyləqan şəhərində 36 mənzilli yaşayış binasının tikintisi üçün 1.9 milyon manat, 2020-ci ilin aprel ayında Zərdab rayonunda yolların təmiri üçün 619 min manat, həmin tarixdə Zərdab rayonunda abadlıq üçün 549 min manat, 2020-ci ilin oktyabr ayının 29-da (Vətən müharibəsinin ən şiddətli dövründə) Beyləqan rayonunda yolların əsaslı təmiri üçün 453 min manat olan tenderlərdə qalib elan edilib.

Məlumata görə “İnşaat-Servis 2” MMC-nin rəhbəri Vüqar Aslanovla Vaqif Abdullayevin "səmərəli işbirliyi" sonradan dostluğa çevrilib və Vaqif Abdullayev münasibəti olan vəzifəli şəxslərdən “İnşaat-Servis 2” MMC-ni tender vasitəsi ilə iş verməyi xahiş edib.

Vaqif Abdullayev vəzifədən azad edildikdən sonra isə sabiq icra başçısı paytaxt Bakıda fəaliyyət göstərən böyük dövlət qurumlarından şəxsi kanalları hesabına “İnşaat-Servis 2” MMC üçün "tender ovu"na çıxıb.

Məlumata görə Vaqif Abdullayev xüsusi kanalları vasitəsi ilə şəriki olduğu “İnşaat-Servis 2” MMC-yə milyonlarla tender qazandıra bilib.

Belə ki, Vətən müharibəsindən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ermənistanın müharibə dövründə Gəncə şəhərində dağıtdığı fərdi yaşayış evlərinin və obyektlərin bərpası üçün 2021-ci ilin iyul ayında “İnşaat-Servis 2” MMC-yə 1.6 milyonluq tender verib.

Bu tenderdən 3 ay sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzi “İnşaat-Servis 2” MMC-yə Gəncədə Ermənistanın dağıtdığı fərdi evlərin və obyektlərin bərpası üçün 2.1 milyon manatlıq tender verib.

Ərazi Tikinti Planlaşdırma Mərkəzi 2022-ci ilin mart ayında Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri üçün “İnşaat-Servis 2” MMC-yə 3.5 milyon manatlıq daha bir tender verib.

Ərazi Tikinti Planlaşdırma Mərkəzi bu tenderdən 3 ay sonra 2022-ci ilin iyun ayının 7-də eyni məqsəd üçün 2 milyon manatlıq daha bir tender verib.

Fəaliyyət profili barədə heç bir məlumat verilməyən “İnşaat-Servis 2” MMC ilə Ərazi Tikinti Planlaşdırma Mərkəzinin işbirliyi 2023-cü ildə də davam edib. Belə ki, yenə də eyni məqsədlər - Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri üçün “İnşaat-Servis 2” MMC-yə Mərkəz tərəfindən 1.6 milyon manatlıq tender verilib.

İki il ərzində eyni lot üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və onun tabeliyində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən fəaliyyəti barədə açıq-aydın məlumat olmayan “İnşaat-Servis 2” MMC-yə 10 milyon manatdan artıq tender verilməsi şübhəli məqamlarla zəngindir.

Maraqlıdır ki, bu illər ərzində tender vasitəsilə milyonlar axıdılan işlərin hansı mərhələ aparılması, necə aparılması barədə heç bir məlumat yoxdur.

Adi bir əyalət təşkilatının - “İnşaat-Servis 2” MMC-nin birdən-birə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi kimi ciddi dövlət qurumunun ardıcıl olaraq milyonluq tenderlərində qalib elan edilməsinin arxasında isə ciddi nüfuz sahiblərinin, məmur marağının dayandığı ehtimalını artırır.

Məsələ ilə bağlı “İnşaat-Servis 2” MMC-dən mövqe öyrənə bilmədik.

Mövzunu davam etdirəcəyik.


Son xəbərlər

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib - İDDİA

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR... - "ƏMİN" ƏLLƏRDƏDİR...

Keşlə bazarı sökülür? - Rəsmi açıqlama

"Meliorasiya və Su Təsərrüfatı"nın 2 idarəsi birləşir

Azərbaycanlı müğənni kamerunlu bəylə evlənib - VİDEO

Məhkəmə onlarla bağlı qərar VERDİ

Rəhmon Putini miqrantlar məsələsini müzakirə etməyə dəvət EDİB

Xocalıda insan qalıqları TAPILDI

Dövlət Su Ehtiyatları Agentliyinin daxilində gərgin anlar yaşanır - ŞOK məlumat

İlin sonuna kimi Cəbrayıla 712 ailə köçürüləcək - VİDEO

Bu Avropa ölkələri Fələstinin müstəqilliyini tanıya bilər

Sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq

Ermənistanda Azərbaycanla sərhəddə Rusiya hərbi və sərhəd postları yığışdırılacaq

Baş müstəntiq rəis müavini təyin edildi

Naxçıvanın incəsənət xadimlərini təltif olundu

Ukraynada məhkumlar səfərbərliyə cəlb ediləcək

Anar Kərimovun qaynının şirkətindən nazirliyə transfer - Sahil Babayev müşavir təyin etdi - FOTO

Bakının bu küçələri bağlı olacaq - Sürücülərin nəzərinə

NATO Ukraynaya qoşun göndərməyəcək

Sabah Bakıda 23 dərəcə isti olacaq

Bəzi incəsənət xadimlərinə Prezidentin mükafatları verildi

Bu şəxslərə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM

Prezidentdən Ömər Eldarovla bağlı SƏRƏNCAM

Rusiya səfiri Yaponiyanın ABŞ-ın atom bombası ilə bağlı siyasətini ikiüzlülük adlandırdı

Prezident və xanımı Həzi Aslanovun məzarını ziyarət etdi

İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım edildi

“WhatsApp”da yenilik

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Putin Paşinyanla təhlükəsizlik məsələlərini bağlı qapılar arxasında müzakirə etmək İSTƏDİ

Paşinyan Putinin təklifini qəbul etmədi - "Bunu danışmışıq"

Alman faşizmi üzərində qələbənin 79-cu ili

Bütün xəbərlər