Gündəm

"Axundov Kitabxanası"nda şübhəli tenderlər: - Tender kralı olan QSC kimindir?

MUMtv.az: - Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası müxtəlif təyinatlı və müxtəlif ölçülü ləvazimatların satın alınması ilə bağlı tenderə yekun vurub.
Tenderin qalibi "Vest-LTD” Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub. Kitabxana ilə şirkət arasında imzalanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 733 473,08 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Vest-LTD” QSC 14 aprel 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2050 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cavad xan küçəsi, ev 51, mənzil 46-da yerləşir.
QSC-nin qanuni təmsilçisi Verdəliyev Şahin Əlimərdan oğludur.

"Vest-LTD” QSC əvvəllər Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi fəaliyyət göstərib. Sonradan təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrilib.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur. QSC-nin əlaqə telefonları və internet saytına da rast gəlinmir.

"Vest-LTD” QSC barəsində yerli mediada dərc olunan materiallarda şirkət tender kralı kimi təqdim edilir.

Araşdırmalrımız zaman məlum olub ki, QSC təkcə 2022-ci ildə maliyyə dəyəri 14 575 879 .02 AZN təşkil edən 23 satınalma müqaviləsi imzalayıb.
Müqavilələr əsasən Mənzil Kommunal Təsrrüfat İstehsalat Birlikləri, mədəniyyət idarələri və Təhsil Naziriliyinin Təsrrüfat Hesablı Tikinti və Təchizat İdarəsi ilə bağlanıb.

Barəsində heç bir məlumat olmayan, biznes dairələrində tanınmayam, şübhəli bir şirkətin iri məbləğli tenderlərdə hansı meyarla qalib elan edildiyi bəlli deyil.

Yeri gəlmişkən Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası 2022-ci ildə "Vest-LTD” QSC ilə üç satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 200 815,59 AZN olan birinci müqavilədə cari təmir işlərinin satın alınması, maliyyə dəyəri 104 123,91 AZN təşkil edən ikinci müqavilədə kommunal və kommunikasiya işlərin satın alınması, nəhayət, 520.239,58 manatlıq üçüncü müqavilədə əməkdaşların xidməti istifadəsi üçün lazım olan texniki ləvazimatların satın alınması nəzərdə tutulub.

Beləliklə, aydın olur ki, kitabxana təkcə bir ildə "Vest-LTD” QSC-yə 825 179,58 manatlıq sifariş verib.

Bu şirkət haqqında trirajlanan iddialardan biri də onun Hacı Ramazan Mirzəyev adlı şəxsə məxsus olmasıdır.

Bu şəxs tender kralı kimi təqdim edilir. "Yukon-K”, "Astok-5”, "Foodr 21”, "Vinsfud”, "Vertus 2018”, "Local LLC”, "Green SS”, "Ardo-2017”, "Təchizat Servis-18”, "Hermes-R Group”, "Staples Holding”,”Aztex-NN Servis”, "Gibernes MM”, "Katlos 2020”, "Local LLC”, "Forvard-SS”, "Olimpic HH”, "Kross Good”, "Faraon 200”, "Rudel Marketing” MMC- kimi şirkətlərin də ona məxsus olduğu iddia olunur.//Qaynarinfo


Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər