mumtv.az
mumtv.az

"Azərbaycan Sənaye Korporasiyası”na məxsus şirkətin rəhbəri dəyişdirilib

18-09-2021, 15:10


MUMtv.az: - “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK İnşaat” MMC-nin sədri dəyişib.

“Report”un əldə etdiyi məlumata görə, bu vəzifə Nizaməddin Hüseynova həvalə edilib.

Bu vəzifəni əvvəl Fərhad Kərimov icra edib.

N.Hüseynov əvvəldə “Azərbaycan Sənaye Korporasiyası”ında çalışıb.

Xatırladaq ki, "ASK İnşaat” MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tikinti və tikinti məhsullarının istehsalı şöbəsinin funksiyasına uyğun olaraq aparılan layihələndirmə və tikinti-quraşdırma işlərinə texniki nəzarəti həyata keçirir. “ASK İnşaat” MMC-nin nizamnamə kapitalı 6 min 100 manat təşkil edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA