Gündəm

"Atəş açılan mövqelər darmadağın edilməyənə qədər..." - Hərbi ekspert

"İlk dəfədir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonunun Gığı yaşayış məntəqəsi istiqamətindən mövqelərimizi atəşə tutur. Bununla yanaşı, uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd edən erməni silahlıları son günlərdə atəşkəs pozuntularının miqyasını və coğrafiyasını genişləndirib".

Bunu "MUMtv.az"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, Azərbaycan tərəfi mövcud əməliyyat şəraitini nəzərə alaraq atəşkəs pozuntusuna yol verən düşmən mövqelərinin birdəfəlik susdurulması üçün adekvat və təsirli addımlar atmalıdır.

"Onların fortifikasiya qurğularını quraşdırmağa cəhd edən heyət və texnikası məhv edilməlidir. Bu tədbirlər sərt şəkildə həyata keçirilməyənə, atəş açılan mövqelər darmadağın edilməyənə və bu mövqelərin üzərində Azərbaycan bayrağı, həmin mövqelərdə isə əsgərimiz yerləşməyənə qədər düşmən təxribatları sona çatmayacaq. Görülən tədbirlərin effektivlik dərəcəsinin artırılmasına ciddi zərurət var. Yaxın perspektivdə Azərbaycan Ordusunun "Qisas-3" və ya digər təmizləmə əməliyyatlarını həyata keçirməsi üçün kifayət qədər münbit şərait yaranıb".

Qeyd edək ki, iyulun 10-da 17:10-dan saat 20:30-dək Ermənistan silahlı qüvvələri Naxçıvan, Xocalı və Xocavənddə yerləşən mövqelərimizi atəşə tutub.

Son xəbərlər

Yararsız əti Azərbaycana kimlər gətirir və harada satır? - MÖHTƏKİR MARAĞI...

"AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası olub

Bakının yolları nədən BU GÜNDƏDİR? - Cavabını Əvəz müəllim yaxşı bilir...

Dövlət büdcəsindən talanan milyonlara Vüqar Əhmədovla Kamil Hüseynovdan başqa daha kimlər şərikdir

Azərbaycanda aylıq minimum əməkhaqqı ilə bağlı yenilik ola bilər

BDU 136 boş vəzifəni müsabiqəyə çıxardı

Azərbaycanda yeni növ radarlar — Qayda pozduğunuzu dərhal biləcəksiniz

Nazir Baş İdarənin rəisini işdən çıxardı

Paşinyanın impiçmenti ilə bağlı hakim partiyadan AÇIQLAMA

Mamayı məscidinin açılışı oldu

"Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib" - Mirzoyan

Qarabağa girişi məhdudlaşdırılıb? - DİN-dən açıqlama

Pensiya və maaşlarda artım olacaq? - AÇIQLAMA

Prezident və xanımı Üzeyir Hacıbəylinin ev-muzeyində

Prezident və xanımı Şuşada

YAP parlament seçkilərinə hazırlaşır

Gələn ay Şuşada "ASAN xidmət" mərkəzi açılacaq

Ərdoğan Amerikaya gedəcək

"Qəbzlərin ölüm təhlükəsi var" - XƏBƏRDARLIQ

Şənbə günü 25° isti olacaq

Azərbaycanda üç bədii, iki sənədli və bir cizgi filmi çəkiləcək

"Bravo"dan yemək aldı, içindən dırnaq çıxdı - ŞOK görüntülər !

Bakının bu ərazisində evlər plana düşdü: Kompensasiya nə qədər olacaq?

Azərbaycanlı İŞİD-çi qohumlara hökm oxundu - Ağır cəza

İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad - VİDEO

Veteran pulları ilə bağlı təklif: 160 manat olsun!

Maqnit qasırğası gözlənilir

Komitə sədrindən boşanmalar və erkən nikahlarla bağlı AÇIQLAMA

DİN-in rəhbər heyəti Heydər Əliyevin məzarını ziyarət etdi

İrəvan günə etirazlarla başladı - VİDEO

İlham Əliyev və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR

Bütün xəbərlər