Gündəm

Rayonlarda 20 qəpiyə, Bakıda isə 1 MANATA – Soğan qiymətlərindəki kəskin fərqə SƏBƏB NƏDİR?

MUMtv.az: - Paytaxtda mövsümi meyvə və tərəvəzlərin qiyməti ucuzlaşsa da soğanın qiyməti dəyişməz qalıb. İlk təəssüratdan belə qənatə gəlmək olar ki, soğan istehsalı bu il az olduğuna görə qiymətlər sabit qalıb. Ancaq araşdırdıqda səbəbin bununla bağlı olmadığını, məhsulun sahələrdə qalacaq qədər bol olduğunu görürük.

Bakıda kiloqramı az qala bir manata satılan soğan, bəzi rayonlarda su qiymətinədir. Ağdaş, Şəki, Oğuz, Qəbələnin Nic bazarlarında və bir çox rayonlarda bir kisə soğan 5 manata satılır. Yəni bir kiloqramı, orta hesabla 20 qəpiyə...

Bəs, məhsul boldursa, niyə şəhərdə qiymət bu qədər bahadır?

Mövcud vəziyyətin səbəbini öyrənmək üçün Bizim.Media iqtisadçı-ekspert Akif Nəsirlinin fikirlərini öyrənib.

Onun sözlərinə görə, məhsulu yetişdirən fermerin şəhər bazarına birbaşa çıxışı olmadığı üçün bu işlə məşğul olan “alverçilər” bazara nəzarət edir ki, bu da kəskin qiymət fərqinə səbəb olur:

“Bu hal təkcə soğanda müşahidə olunmur. Kənd təsərrüfatı mövsümü irəlilədikcə digər məhsullarda da bu bolluq müşahidə olunacaq. Bunun səbəbi rayonlarda bolluğun olması, Bakıda isə şəhərdəki bazarların demək olar, hamısının inhisarda olmasıdır ki, bu da fermerlərin bazarlara birbaşa girişinin qarşısını alır. Ona görə də fermerlər məhsullarını Bakıya gətirməkdə və ya ölkənin digər böyük şəhərlərinə aparmaqda maraqlı deyillər. Bilirlər ki, bazara məhsul gətirmək, rayonda 3 qat aşağı satacağı qiymətdən də daha səmərəsiz başa gələcək. Belə satış etməkdən ehtiyatlanaraq, fermerlər öz məhsullarını Bakıya gətirə bilmirlər”.

Akif Nəsirli qeyd edib ki, bunu aradan qaldırmaq üçün hökumət şəhərin müəyyən yerlərində real yarmarkalar təşkil etməlidir:

“Digər tərəfdən kənd təsərrüfatı məhsulları mövsümündə müəyyən qurumlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən idarə edilməlidir. Əvvəlcədən məhsuldarlıq bəlli olmalıdır. Həmin məhsulun bazardakı həcmi, bazardaki xüsusi çəkisi tapılmalıdır. Bazarlar arasında məhsullar elə bölüşdürülməlidir ki, fermerin məhsulu sabit qiymətə satılsın.

Bunun üçün aqrar sahənin dövlət tərəfindən tənzimləmə proqramı həyata keçirilməlidir. Dünyanın inkişaf etmiş ölkələrində bu proqram həyata keçirilir. Azərbaycanda isə həmin proqramı öyrənib tətbiq etmək lazımdır.

Məsələn iyun ayında soğan su qiymətinədir, bir neçə ay əvvəl bundan da baha idi. Çünki ölkədə soğan qıtlıği yaranmişdi ,calışirdilar ki yüksək qiymətə satılsın. Həmçinin fermerlər uçun anbarların yaradılması da saydığımız vacib olan şərtlərdən biridir. Bununla da anbara qoyaraq istədiyi vaxt fermerə istədiyi qiymətə satmaq üçün imkan yaradıla bilər”.


Son xəbərlər

İyul ayının ən şanslı bürcləri

Bu bölgəyə köçən insanlara 30 min avro veriləcək

Prezident “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib

İşə qəbul olmaq istəyən müəllimlərin NƏZƏRİNƏ

Türk bayrağını endirərkən vuruldu - İnternet kəsildi

Dağıstanda niqab qadağan ediləcək

Cəlil Nəzərov azadlığını qorusa da, “Qamo”nu itirdi – FOTO

Şirvan şəhərində 13 hektar ərazini Orxan İbrahimov ələ keçirib? -İLGİNC FAKTLAR

Qalmaqallı iş adamı ilə Quba RİH arasında nə baş verir?

Göyçayda məhkəmə hakimi qanunları saymır-Şikayət

“Atlant” İstirahət Mərkəzindən natəmizlik baş alıb gedir – ŞİKAYƏT

Sənədsiz evlər düyünü çözülür? - Azərbaycanda böyük "əmlak amnistiyası" gözlənilir

Nail Abdullayev yeni vəzifəyə təyin olundu

Çağırışçıların tibbi müayinəsi nazirliyə keçdi

Paşinyan bunun üçün referendumun keçirilməsini yersiz adlandırdı

Bu istiqamətdə yeni marşrutlar istifadəyə verildi

Bu gündən Rəqabət Məcəlləsi qüvvəyə minib

İlham Əliyev ona general rütbəsi verəcək – İDDİA

"Putinlə danışıqlar mümkündür" - Zelenski

Makronun partiyası ilk turda məğlub oldu

Bu gündən qadınların pensiya yaşı 64 olub

İlqar İsbatov XALQIN DÜŞMƏNİ rolunda… – BUNUN BAŞQA ADI YOXDUR…

Bu liderlər dünya sabitliyini pozurlar

Bu gündən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minir

Kiyevə raket zərbələri endirildi

Agentliyin regional şöbəsində kadr dəyişikliyi

Azərbaycan sərbəst güləş millisi Avropa çempionu oldu

Bəzi şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq

İşıqforun qırmızı işığında keçən və "protiv" sürənlərin cərimələri ARTIRILIR

Prezident Belarusla bağlı protokolu TƏSDİQLƏDİ

Bu tibb müəssisəsində rüşvət faktı - VİDEO

Abşeronda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

Bütün xəbərlər