Gündəm

Hər kilometri təqribən 3 milyon manata başa gələn dəmir yolunu kimlər tikir? - ARAŞDIRMA

MUMtv.az: - Təxminən 30 il ərzində Horadiz stansiyasına gəliş olub, amma buradan irəliləyiş olmayıb. Qarabağ azad olunandan sonra Füzulinin Horadiz şəhərindən Zəngilanın Ağbənd qəsəbəsinə qədər irəliləmək üçün dəmir yolu xətti çəkilir.

Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli 2021-ci ilin fevralın 14-də qoyulub. Xəttin uzunluğu 110,4 km olacaq. Layihə çərçivəsində 9 stansiyanın, 3 tunelin, 41 körpünün, 3 qalereya, 7 yolötürücünün tikintisi planlaşdırılır.

Prezidentin sərəncamları ilə yolun inşasına 312 milyon 700 min manat vəsait ayrılıb. Di gəl ki, həmin sərəncamlarla bağlı heç bir rəsmi mənbədə məlumat tapmaq mümkün deyil.

Layihəni Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Türkiyənin “Kalyon” şirkəti icra edir.

"Kalyon" şirkəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yaxınlığı ilə tanınır. Şirkətin Azərbaycandakı nümayəndəliyi 2021-ci ilin martın 4-də dövlət reyestrində qeydiyyatdan keçib və cəmi bir ay sonra tendersiz Qarabağda milyonluq investisiya layihələrinə qoşulub.

Ərdoğan və Kalyoncu ailələri arasında isti münasibətlər var. Hətta o dərəcədə ki, Ərdoğan holdinqin sahibi Cemal Kalyoncunun oğlu Mehmet Kalyoncunun nikah şahidi olub.

“Kalyon” şirkətinin layihə meneceri Eftal Gökcə ilə müsahibə zamanı o bildirib ki, tenderlə bağlı sualları Azərbaycan Dəmir Yollarından soruşaq. Çünki sifarişçi onlardır.

“Kalyon” şirkətinin Horadizdəki ofisində olduq. Şirkətin rəsmi nümayəndəsi Eftal Gökcə layihə ilə bağlı açıqlama verməkdən imtina etdi. O, tenderlə bağlı suallarımızı podratçı təşkilatın nümayəndəsi Mirzə Səfərova ünvanlamağımızı məsləhət görsə də, o da açıqlama vermək səlahiyyətinin olmadığını dedi.

2021-ci ilin dekabrında Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi məlumat yaydı ki, onların şirkətləri Qarabağdakı layihələrdə iştirak etmək üçün Azərbaycana 14 ərizə göndərib.

Nazirlik açıqlayıb ki, "İNNOPRO" şirkəti Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi layihəsində iştirak edir. Şirkətin müqavilə üzrə xidmət haqqı isə 12 milyon manatdır. Bundan başqa, Rusiya şirkəti “Rail-Trans Service” MMC ilə birlikdə dəmir yolları üçün siqnalizasiya istehsalı müəssisəsi yaradacaq.

2021-ci ilin mayında “Rail Trans Service” MMC dəmir yolu xəttinin Rabitə və İşarəvermə sistemlərinin layihələndirilməsi üçün müqavilə bağlayıb.

Şirkətin təchizat şöbəsinin rəhbəri Nəzrin İbadova bizimlə söhbətində müqaviləni hansı şirkətlə bağladıqlarını və dəyərini açıqlamaqdan imtina edib:

"Sifarişi hansı şirkətdən almısınız?

- Vallah onu sizə deməyə icazəm yoxdur.

Müqavilənin dəyəri nə qədər olub?

- Oyy, onu ümumiyyətlə sizə deyə bilmərəm.

Bizim müqavilə məbləğimizi sizə deməyə icazəmiz yoxdur. Çünki bu, iki şirkət arasında olan sirrdir. Kommersiya sirridir. Bu, alıcı ilə satıcı arasında xidmət göstərən və sifarişçi arasında bir kommersiya qaydasıdır. Bunu üçüncü nəfərin bilməsi müqavilə şərtlərinin pozulması deməkdir".

"İNNOPRO" şirkəti də suallarımızı cavablandırmaqdan imtina edib.

Layihənin sifarişçisi olan Azərbaycan Dəmir Yollarının mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova isə bildirib ki, Qarabağla bağlı sualların cavabını Əlaqələndirmə Qərargahı ilə razılaşdırıb verəcəklər. Əlaqələndirmə Qərərgahı 2020-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Qərərgah işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati məsələləri həll etməlidir. Qərərgaha Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev başçılıq edir.

Amma nə Natəvan Bayramova, nə də Əlaqələndirmə Qərərgahı dəmir yolunun çəkilişi üçün ayrılan vəsait, hansı şirkətlərin və necə seçilməsi ilə bağlı suallarımıza cavab verməyib.

İqtisadçı-ekspert Toğrul Vəliyev bildirir ki, Horadiz-Ağbənd yolunun tikintisi üçün ümumilikdə nə qədər vəsaitin ayrıldığını rəsmi qurumlar bəyan etmir. Bu barədə bəzi məlumatları ancaq Rusiyanın dövlət orqanlarının açıqlamalarından öyrənə bilirik.

Rəsmilər bildirir ki, bu dəmir yolu Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında birbaşa əlaqənin yaradılmasına imkan verəcək. Bu xətt ilə qatarların 2023-cü ilin sonundan yola düşəcəyi gözlənilir. İndiyə qədər açıqlanan rəsmi rəqəmlərlə dəmir yolu xəttinin hər kilometri dövlət büdcəsinə 2 milyon 836 min manata başa gələcək. //AbzasMedia//


Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər