Gündəm

Cavid Qurbanov məhkəməyə çəkildi - 1.5 milyon dollar borc, 553 min dollar faiz...

MUMtv.az: - 7 il öncə "Dəmiryolservis" şirkətinin "Dəmirbank"dan götürdüyü 4 milyon 880 min dollarlıq kreditdən qalmış 1.5 milyon dollardan artıq əsas borc və cəriməsi indi "Azərbaycan Dəmir Yolları" QSC-dən tələb olunur. Çünki o zaman şirkət kredit götürəndə bu qurum kreditin qaytarılacağına zamin durub. Ona görə də indi şirkətlə yanaşı, "Azərbaycan Dəmir Yolları" da məhkəməyə çəkilib.

"Dəmiryolservis" MMC krediti 2015-ci il fevralın 24-də götürüb. Kreditin müddəti 31 dekabr 2017-ci ildə başa çatıb. Elə həmin ərəfədə - dekabrın 22-də "Dəmirbank"ın lisenziyası ləğv olunub.

Bankın kreditlərinin toplanmasıyla məşğul olan Əmanətlərin Sığortalanması Fondu həm "Dəmiryolservis" şirkətindən, həm də "Azərbaycan Dəmir Yolları"ndan pulu tələb etməyə başlayıb. Ödənilməyəndə isə Fond məhkəmədə 2 milyon 279 min dollarlıq iddia qaldırıb. Bu məbləğin 1.5 milyon dolları qalan kreditdir. 553 min 500 dollar cərimə hesablanıb. Həmçinin faiz borcu və s. məbləğlər də iddiaya daxildir.

Bakı Kommersiya Məhkəməsi Fondun iddiasını qismən təmin edib. "Azərbaycan Dəmir Yolları" və şirkətin üzərinə 1 milyon 750 min dollar ödəmək öhdəliyi qoyub. Bunun 1.5 milyonu əsas borc, təxminən 111 min dolları faiz borcu, 23 min dolları cərimə, 115 min dollar da bir neçə il ərzində gecikməyə görə faiz borcudur.

"Azərbaycan Dəmir Yolları" QSC bu qərardan narazı qalıb. Bu qurumun nümayəndəsi apellyasiya şikayətində göstərib ki, "Dəmirbank"da "Dəmiryolservis" şirkətinin hesabı vardı. Həmin hesabda da yetərincə vəsait olub. 2016-cı ilin iyununda şirkətin nümayəndəsi banka məktub göndərib ki, sözügedən hesabdakı vəsait 1.5 milyon dollarlıq kreditin bağlanmasına yönəldilsin: "Həmin məktub banka çatıb qəbul edilsə də, ona cavab verilməyib. Nə məktuba cavab verilib, nə də pul silinib. Hesab edirik ki, hesabdan pulun silinməməsi borcluya əlavə faiz və dəbbə pulu hesablamaq məqsədi daşıyıb".

Bugünlərdə "Azərbaycan Dəmir Yolları"nın apellyasiya şikayətinə baxılsa da, təmin edilməyib. Bakı Kommersiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.//Azpolitika.info

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər