Gündəm

Buralarda dövlətin qanunları işləmir... ÇİM GETSİN! - İDDİA

MUMtv.az: - Hamam mədəniyyətdir. Hər bir xalqın folklorunda hamamla bağlı xeyli maraqlı fikirlər tapmaq olar. Məsələn, bizim folklorda “Köhnə hamam, köhnə tas”, “Dəvə dəlləklik eylər köhnə hamam içində” və s. Bir də dahi Üzeyir bəyin dünyaca məşhur “O olmasın, bu olsun” filmindəki Məşədi İbadın toy məsələsi yada düşür.

Ümumiyyətlə, hamamlar azərbaycanlılar üçün bir ünsiyyət məkanıdır. Hətta yüz illər öncə azərbaycanlı kişilər həftə sonunu hamamda keçirməyi, pürrəngi çay içə-içə qəlyan çəkməyi, nərd oynamağı seviblər. Qadınlarda hamamda vaxt keçirməyi, oradan -buradan söhbət etməyi seviblər. Hətta XIX əsrin sonu, XX əsrin əvvəllərində qışda hamamlarda ədəbi-bədii məclislər qurulurmuş. Qəzəlxanlar, meyxanaçılar öz şeirlərini deyirmiş.

Düzdür indi bu ənənələr sıradan çıxıb. Amma hamama getmək həvəsi heç də insanlarda azalmayıb. Hamamların sayının artması da bunu təsdiqləyən mənzərədir. Bir daha qeyd edirik ki, hamam mədəniyyətinin tarixi çox-çox qədimlərdən başlayır. Amma dünyada ilk hamamın harada yaradıldığı barədə dəqiq məlumat yoxdur. Amma əksər araşdırmalarda ilk hamamın yaradılması ideyasının Şərqə mənsub olduğu iddia olunur.

İndi isə bu qısa ekskursdan sonra keçək bu günümüzə. Məlumdur ki, sovet dövründə Bakı şəhərində hamamlar çox az sayda idi. Amma son on illərdə Bakı şəhərində hamamların sayı durmadan artır. Amma hamam məsələsində də bir pərakəndəlik var. Məsələn, Bakıdakı ən məşhur hamamlardan biri Atilla hamamıdır.

Məlumdur ki, Atilla dünyada məşhur türk imperatoru olub. Onun adını hamama vermək heç bir məntiqə uyğun gəlmir. Son illərdə istifadəyə verilən müasir hamamlar həm də kompleks istirahət mərkəzləridir. Bu mərkəzlərdə giriş pulu, çimmək pulu, masaj pulu, kisələnmək pulu, çay pulu, pivə pulu və s ödəməlisən. Yəni müasir hamamlar kasıb təbəqənin cibinə uyğun deyil. Buralarda daha çox icra başçıları, nazirlər, deputatlar və digər imkanlı şəxslər istirahət edir. Paytaxt Bakıda, dənizin kənarında fəaliyyət göstərən müasir-modern hamamlardan biri də “HamamBath”dır. Bu hamam da müasir istirahət kompleksidir. Məqaləni yazarkən Bakıdakı məşhur hamamların qiyməti ilə bağlı xırda bir araşdırma apardıq. Məlum oldu ki, bu hamamların arasında ən bahalısı “HamamBath”dır.

Təsəvvür edirsinizmi, bu hamama qadınların daxil olması 150, kişilərin daxil olması isə 50 manatdır. Hansı ki başqa hamamlarda daxil olma pulu 25-30 manatdır. Biz hələ “HamamBath”dakı masajın qiymətindən, hovuzun qiymətindən, süpürgənin qiymətindən, bir çaynik çayın qiymətindən və s danışmırıq. .

Görəsən, bu hamamda qiymətlərin 4-5 dəfə baha olmasının səbəbi nədir..? Bir məsələ də maraqlıdır.

Görəsən vətəndaşlara bu qədər baha qiymətə qulluq edən “HamamBath” istirahət kompleksi dövlətin büdcəsinə nə qədər vergi ödəyir..?

Bu artıq dövlət qurumlarının səlahiyyətinə aiddir. Ümid edirik ki, İqtisadiyyat nazirliyi, Dövlət Vergi Xidməti bu məsələ ilə maraqlanacaq. //gundelik-baku.com//


Son xəbərlər

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

“Azərsu”da kütləvi ixtisarlar başlandı

Şərurlu İsfəndiyar saxlanıldı – Təfərrrüat

80 manat alan neçə müharibə veteranı var? — Rəsmi CAVAB

"Ermənistan rus qoşunlarına ehtiyac olmadığını elan edib" - Xandanyan

Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ

Taksilərdə minimal gediş haqqı 4,5 AZN olacaq? — AÇIQLAMA

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edildi

Lavrov səhvən Putinə "uzunqulaq" dedi - VİDEO

Pənah Hüseyn namizəd olacağı dairəni açıqladı

Mirzoyan Avropa Şurasının sessiyasında delimitasiyadan DANIŞDI

Cavanşir körpüsü sökülür - RƏSMİ

Pakistanda qızlar məktəbinə bombalı hücum

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı

Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı- SƏBƏB

Şuşanın Baş planı barədə məlumat verildi

Alimlərin maddi təminatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənistan Peskovun dediklərini təkzib etdi

Bütün xəbərlər