Gündəm

Masallı rayonunda şəhid məzarına və bayrağa  HÖRMƏTSİZLİK - FOTO

Uca Allah belə buyurur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar.”( Ali-İmran, 3/169-171.)

Tanrı şəhidi bu cür qiymətləndirdiyi halda, onun məmur bəndələrinin şəhidlərə, şəhid ailələrinə, qazilərə etdiyi hörmətsizliklərinə, saymazlıqlarına qoymağa ad tapmaq mümkünsüz olur.

Uzun danışmayacam.

Fotoya diqqət !

Masallı rayonunda şəhid məzarına və bayrağa  HÖRMƏTSİZLİK - FOTO


"DogruXeber.az" bildirir ki, bu foto sosial şəbəkələrdə yayılıb.

Yəqin ki, məzarın üstü dağılsa da cırılmış parçanın kənarlarına diqqətlə baxdıqda yağışdan, günəşdən rəngi solmuş bayrağımız olduğunu anladınız. Hansı ki, o məzarda uyuyan oğlan, ikinci vətən müharibəsində o bayrağı daha ucaltmaq, 30 ildir həsrət qaldığımız torpaqlarımızda asmaq üçün qəhrəmancasına döyüşdü, canını fəda etdi.

Amma, bu gün onun bu vəziyyətdə olan məzarı kənd sakinləri tərəfindən çəkilib, sosial şəbəkələrdə paylaşılır və aşağısında da bu sözlər yazılır:

"Bu gördüyünüz məzar heç bilirsiniz kimin məzarıdır?
Bu məzarda yatan oğlan, mənfur ermənilərlə döyüşüb şəhid olan Azərbaycan oğludur.
Bu günkü kimi yadımdadır. Həmin bu şəhidimizin anası bu məsələ ilə bağlı dəfələrlə DSMF-yə, sonra isə Prezident aparatına gəlmişdir. Müraciətdə şəhidin anası bildirirdi ki, oğluma şəhidlik statusu verin və birdə mən kasıbam mənə və oğluma hörmətiniz varsa gəlin balamın qəbrinin üstünü götürün.
Amma bu şəhid anasına hələ ki, heç bir yardım edilməyibdir.
Ünvan.Masallı rayonu. Mollaiba kəndi .Babayeva Sürəyya müəllimə.Şəhidin anasıdır."


Bəli, bu birinci növbədə Masallı rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədovun, ikinci növbədə Araz Əhmədovun sayəsində bütün Azərbaycanın məsuliyyətsizliyi və utancıdır.

Yeri gəlmişkən, Araz Əhmədovun özünün də birinci Qarabağ savaşının iştirakçısı olduğu deyilir.

O döyüşün, o qanın-qadanın içindən çıxmış bir insanın - icra başçısının şəhid məzarına və Azərbaycan Bayrağına qarşı bu biganəliyi, "ögey" münasibəti sosial şəbəkələrdə çox böyük səs-küyə səbəb olub.

Torpaq uğrunda oğul vermiş ananın o məzara dikilmiş məzəmmətedici baxışları ürəkləri dağladığı qədər, üzləri də qızardır. Təbii ki, bunu dərk edənlər üçün.

Qeyd edək ki, Masallı rayon İcra Hakimiyyətinin məsələyə münasibətini öyrənmək üçün aparat strukturunun rəsmi internet səhifəsində qeyd edilən nömrələrinin demək olar hamısına zəng etsək heç bir dəstəyi qaldıran olmadı.

Biz, sosial şəbəkələrdə "populyar" olan bu görüntülərlə bağlı Masallı rayon İcra Hakimiyyətinin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az
Jalə Asiman


Son xəbərlər

"Bravo" cərimələnsədə, yenidən vaxtı keçmiş məhsul satır- Video- Foto

“İlğım” şirkəti ilə bağlı daha bir qalmaqal: İşçilər üsyan edir…

Azərbaycanın keçmiş səfiri buna görə Londonda həbs olundu

İNHİSARÇI OLİQARXLARA QARŞI YENİ “SAVAŞ” BAŞLAYIR? - "Görünür, hökumət vəziyyəti dəyişmək istəyir”

"Dövlət qurumlarının "ötür-ötür" oyunları böyük narazılıq yaradır"- Sakinlər Prezidentə müraciət etdilər

Milli Onkologiya Mərkəzinin 50 minlik tenderi ləğv olundu

Paşinyanı Münhendə qarşılamağa alman məmurlardan heç kim getməyib

Rusiya Çernobılı vurmayıb - Kreml təkzib etdi

Azərbaycanda bu cərimələr artırılır

Cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək

Bu şəxslər Azərbaycanda müvəqqəti olma müddətini elektron kalkulyatorla yoxlaya biləcəklər

Bu cərimənin məbləği artırılır

İranlılar və livanlılar arasında qalmaqal

Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılır

Onlara təhsilinə görə birdəfəlik müavinət veriləcək

Putin Mariupol sakinlərini ilə bağlı qərar verdi

Nəm salfetlərin satışı qadağan edilir

Rəna Soltanovanın klinikasının lisenziyasının ləğv edilməsi ilə bağlı nazirliyə müraciət olundu

Azərbaycanda bu obyektlər təhlükəli hesab ediləcək

Daşdan pul çıxardanlar iş başında - "Uşaqda fərasətə bax" // VİDEO

AQTA benzin satır? - Qurum özü ilə satınalma müqaviləsi bağlayıb

General yüksək vəzifəyə təyin edildi

“Karayev City” MTK, “Vesta Construction” tikinti şirkətlərində insan həyatı üçün təhlükə- Video

Xıdırlı kəndində insan sümüklərinin qalıqları aşkarlandı

Avro və rubl bahalaşdı

Martda bu 3 bürcün həyatı tamamilə dəyişəcək: Sevgi, pul, karyera...

Somali Prezidentinin Azərbaycana səfəri başa çatdı

Bu gün Arayik və digər erməniəsilli şəxslərin məhkəməsi keçiriləcək

Qazaxıstanda qədim türk artefaktı aşkarlandı

MSK bu gün bələdiyyə seçkilərinə yekun vuracaq

Azərbaycanda məşhur müğənni həbs olundu - ANBAAN GÖRÜNTÜLƏR

Nə üçün birinci Putinə zəng etdi? - Trampdan açıqlama

Bütün xəbərlər