Gündəm

 

“Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir” Layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının inzibati binasında “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək” adlı tədbir keçirib.Millixəbər.az-ın məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, “Müasir İnternet Resursların İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri Zamin Zeynal, Birliyin sədr müavini Sərvaz Hüseynoğlu, Hüquq departamentinin rəhbəri Nicat Cəfərov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 38 saylı Vəkil Bürosunun rəhbəri Orxan Mahmudov, büronun vəkili Elşad Daşdəmirov, ictimai-siyasi fəal şəxslər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları iştirak edərək çıxış ediblər.

Çıxış edənlər bildiriblər ki, Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə daima şəhid ailələri və müharibə iştirakçılarına diqqət və qayğı ilə yanaşıb. Sevindirici haldır ki, hazırda bu ictimai-siyasi kurs Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanın Əliyeva tərəfindən Şəhid ailələri müharibə iştirakçılarına dövlət qayğısı və dəstəyi uğurla davam etdirilir.
Natiqlər onu da deyiblər ki, “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin Şəhid ailələri müharibə iştirakçılarına hüquqi dəstək yönümündə həyata keçirdiyi layihə dövlət QHT münasibətlərin inkişafı fonunda olduqca faydalı, səmərəli vətəndaş cəmiyyəti təşəbbüsüdür. Bu cür ictimai, hüquqi dəstək yönümündə maarifləndirmə işlərinin gələcəkdə də davamlı şəkildə keçirlməsi olduqca vacibdir.
Tədbirlə bağlı “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri Zamin Zeynal çıxışında qeyd edib ki, “Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir” layihəsini həyata keçirməkdə əsas məqsəd qalib Prezident Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasətə ictimai, hüquqi dəstək göstərməkdir.
Birlik sədri deyib ki, sözügedən layihənin icra planına uyğun olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 38 vəkil bürosunun vəkilləri ilə birlikdə Binəqədi rayonunda şəhid ailələrinin və müharibə iştirakçılarını narahat edən sosial, hüquqi problemlərə kömək olmaq məqsədilə hüquqi maarifləndirmə tədbiri keçiriblər.
MİRİİB sədri onu da xüsusi olaraq vurğulayıb ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin layihəsi əsasında reallaşdırılan şəhid ailələrinin və müharibə iştirakçılarına hüquqi dəstək adlı kitabça çap edilib ki, bu kitabçalar İmişli, Abşeron, Binəqədi rayonlarında Birlik tərəfindən keçirilən tədbirlərdə hüquqi maarifləndirmənin daha da faydalı olması üçün şəhid ailələri və müharibə iştirakçılarına təqdim edilib.


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər