Gündəm



Mətbuat konfransında “Müasir İnternet Resurslarının İnkişafı”İctimai Birliyinin sədri Zamin Zeynal, Birliyin sədr müavini şair-publisist Sərvaz Hüseynoğlu, “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyi idarə heyətinin sədri Elvin Abbasov, AMEA-nın İnformasiya Texnologiyaları İnistutunun şöbə müdiri Rasim Mahmudov, “Dayaq” Vətən müharibəsi Əlilləri və Şəhidi Ailələrinə Dəstək Təşkilatınən sədri Qalib Əliyev sədri müavini Məcid Məmmədov, tanınmış ictimayət nümayəndələri, QHT sədrləri iştirak edərək çıxış ediblər.

Mətbuat konfransında Müasir İnternet Resurslarının İnkişafı”İctimai Birliyinin sədri Zamin Zeynal çıxış edərək qeyd edib ki, 44 günlük Vətən müharibəsində xalqımızın tarixi qəlbə Zəfərinin qazanmasını qürurla qeyd edirik.Dünyada baş verən hadisələrə nəzər salsaq görərik ki, bu bizi heçdə arxayınlaşdırmamalıdır. Çünki Qarabağ müharibəsinin bitməsi informasiya savaşının sona çatması demək deyil. Bu prosesin illərlə davam etməsi qaçılmazdır.Ona görə ki, işğalçı erməni qəsbkarlarının Azərbaycana qarşı işğalçılıq, terrorçuluq, separatçılıq niyyətlərinin hələdə qalması bizə onu deməyə əsas verir ki, hər zaman nəzarətləri altında olan informasiya vasitələrinin imkanlarından bəhrələnərək yalançı, iftira dolu məlumatlarla dünyanı inandırmağa çalışırlar.
Birlik sədri post-müharibə dövründə bəzi faktlara diqqət çəkərək bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan və ermənipərəst dairələrin əsasən “facebook” sosial şəbəkəsi və “Telegram” kanalı üzərindən ölkəmizlə bağlı yalan və iftira xarakterli məlumatlar paylaşmasına geniş təsadüf olunmuşdur. Müxtəlif ölkələrdə yaşayan ermənilər şəxsi “Telegram” kanalları üzərindən Azərbaycana qarşı məkrli təbliğat aparmış, Dağlıq Qarabağdakı qondarma, iflasa uğramış marionet rejimi və qondarma “status” məsələsini qabartmağa çalışmışlar.
Azərbaycan tərəfi isə “Telegram” kanalında fəal iş apararaq müəyyən informasiya təhdidlərinin zərərsizləşdirilməsini təmin etmişdir.
Qurum rəhbəri onu da xüsusi olaraq vurğulayıb ki, dünyada gedən informasiya müharibəsi fonunda Azərbaycanda vətəndaş cəmiyyəti İnstitutları bütün informasiya platformalatına hər an gözü açıq olmalıdır. Nəzərə alsaq ki, dünyada Azərbaycanın artan nüfuzunu, Cənab Prezident İlham Əliyevin diplomatik müstəvidəki aparıcı mövqeyini və layiqli liderliyini gözü götürməyən qüvvələr ayrı-ayrı informasiya vasitələri ilə müxtəlif istiqamətlərdə olduğu kimi informasiya təhlükəsiziliyimizə də zərbə vurmağa cəhdlər edirlər.Daha yaxşı olar ki, Vətəndaş məsuliyyətimizi dərk edərək informasiya cəmiyyətinin fədakar informasiya savaşıçıları olaq. Birsözlə, aidiyyəti üzrə Dövlət qurumlarımıza ictimai dəstək verməklə ölkəmizə qarşı yönələn bütün informasiya təxribatlarının vaxtında qarşısını alaraq informasiya təhlükəsizlimizi birlikdə təmin edək.
Konfransında çıxış edənlər bildiriblər ki, informasiya müharibəsi yeni texnoloji vasitələrlə davam edir. 44 günlük Vətən müharibəsi dövründə Müharibənin təkcə hərbi ön cəbhədə deyil, eyni zamanda siyasi – diplomatik müstəvidə, informasiya platformasında həyata keçirildiyinin şahidi olduq. 44 günlük müharibə dövründə Azərbaycan cəmiyyətinin əksər hissəsinin informasiya təhlükəsizliyinin qorunması, informasiyanın düzgün ötürülməsi və həqiqətlərin təbliği istiqamətində yetkinlik nümayiş etdirməsi təqdirəlayiq idi.
Çıxışçılar onu da bildiriblər milli vətənpərvər ruhda olan bütün Sosial şəbəkə istifadəçiləri informasiya müharibəsində Azərbaycanın milli maraqlarını qorumağa xidmət etmək əzmində olmalıdır.

Son xəbərlər

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Epilepsiya tutması zamanı nə etmək lazımdır?

Daha 35 ailə Füzuliyə yola salındı

Rayon Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab

Ukraynanı son terrorda günahlandırması Rusiyaya baha başa gələ bilər - ISW

Bakıda məşhur ticarət mərkəzi niyə boşaldılıb? (Açıqlama)

Xankəndiyə ilk köç bu əraziyə olacaq (VİDEO)

Həkim əllərin titrəməsinin səbəblərindən danışdı

Sabahdan Azərbaycanda tətil başa çatır

Bütün xəbərlər