Gündəm

Balakəndə Sahil Babayevin adından istifadə edən KİMDİR? - Deyir ki, nazirin dostudur...

MUMtv.az: - Balakən rayon sakini Mamedov Qüdrət Həmid oğlu redaksiyamıza müraciət edərək bildirir ki, özünü əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin dostu kimi təqdim edən Abbasov Elburus Hüseyn oğlu tərəfindən dələduzluğa məruz qalıb.

"MUMtv.az" DİA.AZ-a istinaən bildirir ki, Qüdrət Mamedov 17 sentyabr 2022-ci il tarixində "Hüseyn Kəndli Fermer Təsərrüfatı" MMC ilə "birgə fəaliyyətə dair müqavilə" imzalayıb. Belə ki, Qüdrət Mamedov sözügedən MMC-nin rəhbəri Elburus Abbasova məxsus 100 ha torpaq sahəsini 97 min manat müqabilində 1 illik icarəyə götürüb. O daha sonra həmin torpaq sahəsində qarğıdalı əkmək məqsədilə 78 min manat məbləğində pulu qış gübrəsi (amafoz) alınması, texniki xərclər, torpağın əkinə hazırlanması, və s. üçün xərcləyib:

"Elburus Abbasov mənimlə tez-tez görüşdü. Bir neçə dəfə onunla razılaşmaq istəmədim. Mənə nazir dostlarının olduğunu, bu işə köməklik edəcəklərini dedi. Bundan sonra onunla müqavilə imzalamaq qərarına gəldim."

Lakin şikayətçi deyir ki, "Hüseyn Kəndli Fermer Təsərrüfatı" MMC-nin sahibi Elburus Abbasov və sözügedən MMC-nin əməkdaşları tərəfindən səpinin aparılmasına imkan verilmir. Qüdrət Mamedov bildirir ki, buna səbəb kimi Elburus Abbasovun başqa bir pambıq zavodu ilə ötən ilin dekabr ayında müqavilə bağlamasıdır.



Aprelin 22-də yenidən səpin işlərinin aparılması üçün sahəyə gedən Qüdrət Mamedovun qarşısını sözügedən MMC-nin rəhbəri Elburus Abbasov və onun əməkdaşları kəsib. Bu dəfə isə Elburus Abbasov müqavilə şərtlərinin pozulmasına səbəb kimi "2 ayda 3 nazirin dəyişməsi"ni göstərib.

Qüdrət Mamedov probleminin həlli üçün ölkə başçısından kömək istəyir. Deyir ki, 175 min manat pulu dələduzluqla mənimsənilib:
"Mən istədim ki, iş görəm, dövlətə faydam dəysin, mən də qazanım, burada işləyənlər də, dövlət də. Bu gün çıxılmaz vəziyyətdəyəm. Borc-xərc götürüb iş qurmaq istədim, daha da ziyana düşdüm. Ölkə başçısı tez-tez çıxışlarında fermerlərə dövlətin dəstəyindən danışır. Mən də bu dəstəkdən istəyirəm ki, aidiyyatı dövlət qurumları bu işdə mənə kömək eləsin."

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər