Gündəm
Gündəm / Siyasət / Sosial
Deputatın oğlu dövlət qurumuna 1 milyon manatlıq ofis icarəyə verdi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 1 il müddətinə ofis və anbar kompleksi icarəyə götürüb.
MUMtv.az-ın Ölkə.az-a istinadən xəbərinə görə, icarə xidmətinin satın alınması üzrə keçirilmiş təkliflər sorğusu prosedurunun qalibi fiziki şəxs Cavanşir Orxan Cavanşir oğlu olub.
Agentlik ilə fiziki şəxs arasında 09.08.2021-ci il tarixində 1,176 mln manat məbləğində satınalma müqaviləsi imzalanıb.
İcarəyə götürülən obyektin sahibi Orxan Cavanşir oğlunun deputat Cavanşir Feyziyevin oğlu olduğu qeyd olunur.