Gündəm

Laçının Ağcakənd kənd sakini Suraxanıda intihar etdi - Səbəbi...


Bu il fevralın 28-də Suraxanı rayonu ərazisində Laçının Ağcakənd kənd sakini Zamanov İntiqam Binnət oğlunun asılmış vəziyyətdə meyiti aşkar olunmuşdur. Onun intihar etdiyi bildirilir.

"MUMtv.az" BİA.az-a istinadən  xəbər verir ki, yaxınlarının və kənd sakinlərinin dediyinə görə hadisəyə səbəb Binə qəsəbəsindəki ailəyə məxsus 2 otaqlı evin İntiqam Zamanovun oğlu Elgün və həyat yoldaşı Məlahət tərəfindən satmaq istəmələri olmuşdur. Buna İntiqam Zamanov qəti etiraz etmişdir. Ona görə də ana və ogul İntiqam Zamanovu biabırcasına şərləmək qərarına gəlmiş və ondan Suraxanı rayon polis idarəsinə şikayət etmişlər.

Suraxanı rayon polis idarəsində araşdırma aparılmış, heç bir dəlil və sübut olmadıgından o, sərbəst buraxılmışdır.

Geri qayıdan İntiqam Zamanov oğlu Elgün və həyat yoldaşı Məlahət tərəfindən evindən qovulmuşdur. Qohumlarının evində gecələyən İ. Zamanov 15.11.2022-ci il tarixdə Space TV-nin "Gəl, Danış Amil Xəlil ilə" verilişinə çıxmışdır.

Ondan sonra o, bacısı Diləfruza zəng edərək oğlu Elgün və həyat yoldaşı Məlahət tərəfindən bu şəkildə şərlənməyinə və evinin əlindən alınmasına dözə bimədiyini bildirmişdir. Elə meyiti aşkar ediləndə də cibindən həmin mövzuda məktub cıxmışdır.

Hazırda həmin istintaq işini Suraxanı rayon prokurorluğu aparır. Mərhumun yaxınları bildirirlər ki, istintaq başdansovdu aparılır, bütün məlumatı olan şəxslərdən ifadə alınmır. Ona görə də ölkənin Baş prokuroru cənab Kamran Əliyevdən xahiş edirlər ki, bu cinayət işinin xüsusi nəzarətə götürülməsinə göstəriş versin.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər