Gündəm

Zaman Novruzovun “Azərsu”dan “Dəmir Yolu”na uzanan yolu… - Milyarderlər Sulutəpədə it boğuşduranda Zamanın orada rolu nə imiş..?
Kanal14.az: - Bu yazıda haqqında bəhs edəcəyimiz Zaman Novruzovun avtobioqrafiyasına ötəri nəzər salaq ki, söhbətin nədən getdiyi məlum olsun. Zaman Novruzov 1958-ci ildə doğulub. Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1980-1988-ci illərdə "Azərneftquraşdırma” trestində müxtəlif vəzifələrdə çalışıb. 1988-1990-cı illərdə "Azərneftkimyaquraşdırma” trestinin 2 saylı Sumqayıt Quraşdırma İdarəsinin rəisi, 1990-1996-cı illərdə Bakı Quraşdırma İdarəsinin rəisi vəzifələrində işləyib. 1996-2001-ci illərdə Abşeron Regional Su Səhmdar Cəmiyyətinin "Su tikinti” birliyinin rəisi, Abşeron Regional Su Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2001-2005-ci illərdə "Su satış” müəssisəsinin direktoru vəzifələrində çalışıb. 2005-2011-ci illərdə "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti vəzifəsini tutub. 2011-2015-ci illərdə "Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin müşaviri və vitse-prezidenti vəzifələrində çalışıb. 2015-2016-cı illərdə "Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri vəzifəsində işləyib. 2016-cı ildə "Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin edilib.
Burada bir maraqlı məqama nəzər salaq. Yaxından tanıyanlar gözəl bilir ki, 1996–2005-ci illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin prezidenti vəzifəsində çalışmış, 2004-2005-ci illərdə "Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti olmuş Oqtay Əsədovla ilk gündən onunla birgə çalışmış Zaman Novruzov çox yaxın münasibətdə olublar. Və tam məsuliyyətlə deyə bilərik ki, Oqtay Əsədov Zaman Novruzovu öz yerinə, yəni varisi kimi hazırlayıb. Bu ailəni yaxından tanıyanlar qeyd edir ki, zərrə qədər şübhə etmirdik ki, yaxın zamanda Zaman Novruzov Azərsu-nun prezidenti olacaq. Amma... Əmması odur ki, şahidlərin dediyinə görə, bir məclisdə Oqtay müəllimin ayaqqabısının burnunun biraz tozlu olması və Zamanın buna diqqət göstərməməsi, eyni zamanda Nizaməddin Rzayevin cəld cibindən dəsmalını çıxardıb....
Sözün qısası, xırda görünən bu detal Zamanın suyun prezidenti olmaq arzusunu gözündə qoyub, Nizaməddin Rzayev isə heç kimin gözləmədiyi halda Azərsu-nun prezidenti olub. Bildiyimizə görə, bu təyinata görə, Oqtay müəllimdən doğmaları da möhkəm inciyib. Ki, niyə bizim Zamanı deyil, Nizaməddini sədr qoydun..?
Sözün qısası, Zaman Novruzov SU-da birinci şəxs ola bilməyib. Amma... Əmması odur ki, bilənlər bilir ki, Zaman Novruzov həmişə Azərsu-nun ən bahalı, milyonluq layihələrini ələ keçirib. Bu adam sözün həqiqi mənasında SU satmaqla, həm də Azərsu-dakı milyonluq tikinti layihələrinə görə, milyoner yox ee, milyarder olub.
Bəli, Zaman o zaman idi ki, ( söhbət Zaman müəllimdən getmir haa ) Sulutəpə ilə Əriklik deyilən sahə arasında milyarderlər ( milyonçular yox haa...) it boğuşdurmaqla məşğul idilər. Bu yerdə Zaman Novruzovdan soruşmaq istəyirik ki, sən orada neyləyirdin. Sənin oradakı rolun nə idi, ay Zaman Novruzov..?
Bəli, Oqtay Əsədov Milli Məcclisin sədri olduğu dönəmdə Zaman Novruzov Azərsu-ya dövlətin ayırdığı milyonları talamaqla məşğul idi. Ancaq 2011-ci ildə Azərsu-nun rəhbərliyi dəyişiləndə Zaman Novrzovu vəzifədən çıxardı. Və Zaman Novruzov özünü tələm-tələsik "Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin müşaviri və sonra isə vitse-prezidenti vəzifəsinə "qaynaq” edə bildi. İşlədiyi 5 il müddətində ASC-nin imkanlarından, resurslarından istifadə edərək Bakıda xeyli göydələn binalar tikib satdı və sərvətini artırdı. 2015-2016-cı illərdə isə Zaman Novruzov özün güc-bəla ilə "Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri vəzifəsinə pərçim elədi, 2016-cı ildən bu günədək isə, "Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavinidir. Tam məsuliyyətlə demək olar ki, Azərbaycan Dəmir Yollar QSC-nin bütün maliyyə resursları Zaman Novruzovun əlində cəmlənib. Yəqin ki, tez-tez əməliyyat keçirən orqanların yolu Zaman Novruzov tərəfə də düşəcək. Bax, onda demək olacaq ki, Zaman o zaman idi... Ardı var...Tərəflərin mövqeylərini dərc etməyə haızırıq.gundelik-baku.com

Son xəbərlər

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında torpaq qalmaqalı davam edir

AQTA vəzifəsinin öhdəsindən niyə gəlmir? İDDİA

Göycayda qeyri-iş vaxtı işə çıxardılan fəhləni ilan sancdı... İDDİA

İbrahim Nehrəmlinin Oğuzun Mollalı kəndində 10 ha qoz bağını məhv etdirməsinə ETSN-də niyə göz yumurlar

Elçin Yusubovu təhdid edənlər kimdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı – VİDEO

“AzerGold” QSC-nin növbəti qızıl sikkəsi Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub

“Ziyəddinoğlu” MMC məhkəmə qərarını icra etmir – əziyyət çəkən isə əlil və qazidir//FOTO

Qalmaqallı tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir-Nəsimi rayonunda qalmaqal

Oliqarx İsmayılov gəlinini həbslə hədələyir – ŞOK AİLƏ DRAMI

Taleh Kazımov bu qadını direktor təyin etdi - FOTO

Sükan arxasında heç kim özünü aldatmasın - DYP-dən müraciət

Mirzoyana Bayramovun BMT-dəki çıxışı ilə cavab verildi

Azərbaycanda İİV-lə yaşayan şəxslərin sayı açıqlandı

Gənclər arasında işsizlik dinamikası təhlil ediləcək

Bakıda obyekt sahibi ağacları kəsdi

Bu qadınların maaşları artırıla bilər

Azərbaycan I Liqasında ilk dəfə VAR sistemi tətbiq olunacaq

Xocalı Rayon Məhkəməsinə sədr təyin edilib

Prezident onları hakim təyin etdi - SƏRƏNCAM

İlham Əliyevdən sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN

"Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasında maraqlıyıq" - Mirzoyan

Minimum əməkhaqqı nə qədər artırıla bilər? - AÇIQLAMA

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar açıqlandı

Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI

Prezident qəbul keçirdi

Prezident Zakir Həsənova yeni müavin TƏYİN ETDİ - FOTO

ATƏT-in fəaliyyətdə olan sədri İrəvandadır

Daşaltıda seysmoloji stansiya qurulur

Türkiyə-Azərbaycan Universitetinin binası ilə bağlı AÇIQLAMA

Qarabağ Universitetinə qəbul planı təsdiqlənib

İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul etdi

Məzuniyyət hüququ beynəlxalq normalara uyğunlaşdırılacaq

Bütün xəbərlər