Gündəm

Vergi idarəsinin “burnunun ucunda” qanunsuz çörək sexi aşkarlanıb


Ölkəmizdə ən çox istifadə edilən ərzaq növü olan çörəyin istehsalında, daşınmasında və satışında sanitar-gigeyenik normaların pozulmasının kifayət qədər geniş miqyas aldığı çoxdan bəllidir. Təkcə bölgələrdə deyil, eləcə də paytaxtda yol kənarlarında üst-başı çirkli qadınların işlədiyi, heç bir sanitar-gigeyenik normalara uyğun gəlməyən təndirlər, yaxud qida istehsalı üçün normal şərait yaradılmayan kiçik çörək sexləri, çörəyin sınıq-salxaq maşınların yük yerlərində daşınması və çörəyin piştaxtalara çatdırılanacan dəfələrlə insan əli ilə təması-bunlar hamının çoxdan vərdiş elədiyi adi situasiyadır.

Qaydaların pozulduğu çörək sexlərindən biri də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 5 ünvanda fəaliyyət göstərir. Faiq Qapanzadə adlı şəxsə məxsus bu sexdə xammalın (unun) saxlanılması qaydaları pozulur ki, bu da məhsulun keyfiyyəti və təhlükəsizliyində problemlər yaradır. Un yüksək temperaturda saxlanıldıqda emalı zamanı içərisindəki mikroorqanizmlərin çoxalması baş verir. Unun ələnməsində, xəmirin yoğrulmasında da nöqsanlar aşkar müşahidə olunur. Un çox zaman xüsusi cihazla deyil, əllə yoğrulur, bu isə yolverilməzdir. Sözügedən sexin sertifikatı yoxdur (görünən yerdə asılmayıb), sexdə işçilərlə müqavilə bağlanmayıb, onlar vaxtaşırı həkim müayinəsindən keçmirlər. Təbii ki, bu cür qanun pozuntularına yol verilən sexin sahibi vicdanlı vergi ödəyicisi ola bilməz.

Qəribədir ki, internetdə sexin yerləşdiyi ünvanın qonşuluğunda ərazi vergi ödəyicilərinə xidmət mərkəzinin də olduğu göstərilib.//azerinfo.az



Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər