mumtv.az
mumtv.az

Gəncədəki bu çörək sexi bağlandı, rəhbərliyi... - FOTO

6-10-2021, 17:11

Gəncədəki bu çörək sexi bağlandı, rəhbərliyi... - FOTO

MUMtv.az: - Gəncə şəhəri, N.Nərimanov prospekti 360 ünvanında fəaliyyət göstərən, Ələsgərova Xatirə Şərif qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sonxeber.az-a verilən məlumata görə, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, burada normativ hüquqi aktların, sanitariya-gigiyena qaydalarının tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.
Müəssisədə istehsal prosesində istifadə olunan avadanlıqların vaxtlı-vaxtında təmizlənib, dezinfeksiya olunmadığı, istifadə olunan unun antisanitar vəziyyətdə saxlanıldığı, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub.

Aşkar edilən nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Gəncədəki bu çörək sexi bağlandı, rəhbərliyi... - FOTO

Gəncədəki bu çörək sexi bağlandı, rəhbərliyi... - FOTO

Gəncədəki bu çörək sexi bağlandı, rəhbərliyi... - FOTO

Gəncədəki bu çörək sexi bağlandı, rəhbərliyi... - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA