Gündəm
Gündəm / Cəmiyyət
Fədakarlıq nümunəsi
Bu bir yardım deyil!
"MUMtv.az" bildirir ki, bu, bir fədakarlıq, xeyirxahlıq, bir insan sevgisinin ən bariz nümunəsidir. Bu şəikil haqqında hər kəs öz fikrini yazır. Bu fikirləri yaradan bax, bu fədakar, bu xeyirxahlıq və bu içdən gələn ilahi bir sevginin gücüdür.
İnsanı düşündürən, təsirləndirən, mərhəmət hissini coşduran sevginin təlatümüdür.
Bəlkə də son ümidi olan paltarları bir yerə toplayıb başı üzərində tək- tənha. qorxmadan, çəkinmədən, enişli- yoxuşlu, qarlı- şaxtalı, dar bir cığırla uzaq yol gedib, yardım aparmaq heç bir xalqa nəsib olmayan böyüklüyün tükənməz mənəvi zənginliyinin və insanlığın təntənəsidir.
P.S. Bəs insanlıq adına şərəf, şöhrət gətirən, onu daha yüksəklərə ucaldan bu qadın kimdir?
Öyrəndik ki, bu fədakar xanım Yardımlı rayon Separadı kənd sakini Asudə Hüseynovadır. O, kənd orta məktəbində xadimə işləyir.
MUMtv.az
Nizami Təhməzov