Gündəm
Gündəm / Cəmiyyət
Azərbaycan bayrağına hörmətsizlik edən şəxsin görüntüləri yayıldı
Bərdədə Azərbaycan bayrağına qarşı hörmətsizlik edən şəxsin görüntüləri yayılıb. Belə ki, görüntülərdə şəxs Azərbaycan dövlət bayrağını sərt şəkildə çəkərək asılı olduğu yerdən qopardıb masanın üzərinə atır. Daha sonra isə o ərazidən uzaqlaşır. Daxili İşlər Nazirliyi Bərdə rayonunda Azərbaycan Bayrağına qarşı edilmiş hörmətsizliklə bağlı hadisəyə reaksiya verib.
"MUMtv.az"ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, qeyd edilən görüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb. Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib.
Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.