Hadisə
Hadisə
Bərdədə qoyun-keçi oğruları tutulub
Bərdədə xırdabuynuzlu heyvanlar oğurlanıb.
Mumtv.az DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən bildirir ki, bir qrup rayon sakini rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus xırdabuynuzlu heyvanlarının oğurlanması barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Süleyman Şükürov, Şəmistan Hümbətzadə, Fuad İsazadə, Vüqar Vəliyev və Miri Hümbətov saxlanılıb. Araşdırmalarla onların 15 baş xırdabuynuzlu heyvanları oğurlamaqla sakinlərə 4500 manat civarında ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxslər törətdiyi cinayət əməllərini etiraf edib.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Onların digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.