Gündəm

Yeni Laçın yolu: biz niyə orada yoxuq? - NƏ BAŞ VERİR?

MUMtv.az: - Hətta, Rusiyanın müxalif ekspert icması arasında da belə bir yanlış fikir formalaşıb ki, Laçın rayonu tamamilə Azərbaycanın nəzarətinə keçib, hökumətimizin əsasını qoyduğu və indi Rusiya sülhməramlılarının nəzarətində olan Xankəndini Ermənistanla birləşdirən yeni Laçın dəhlizi də bizim nəzarətimizdə olacaq. Belə ki, tanınmış politoloq Andrey Piontkovski hesab edir ki, Azərbaycan Türkiyə ilə birlikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna probleminin həllində vasitəçiliyi müqabilində, Laçını Putindən “hədiyyə” alıb.

Yeri gəlmişkən, Laçın rayonunun qaytarılması ilə bağlı belə bir anlayış Azərbaycanın özündə də mövcuddur. Amma hadisələrin eyforik qavrayışını bir kənara qoyub faktlara ayıq nəzərlə baxmağa dəyməzmi?

Bəli, Laçın şəhərinin özü, üstəlik, Zabux, Sus kəndləri, köhnə dəhliz bizə qaytarıldı. Amma bütün bunlardan sonra, “Vikipediya”ya görə, Laçın rayonu ərazisində daha 118 kənd var ki, onlardan da bir hissəsi, eni 5 km, uzunluğu 60 km-ə qədər olan Laçın dəhlizinin ətraf ərazilərini əhatə edir. Bu, bütöv bir coğrafi ərazidir.

Gəlin görək, nəqliyyat dəhlizi nədir, onun eni adətən nə qədər olur? Təbii ki, magistral avtomobil yolu boyda. Magistral yolda hətta ən geniş zolaq 3,75 metrdən çox deyil, dünyanın ən geniş magistralının - Kanadadakı 22 zolaqlı avtomobil yolunun zolaqlarının eni isə 5,5 metrdir.

Təəssüf ki, problem hələ də son həllini tapmayıb. Azərbaycan tərəfinin tikdiyi yeni dəhliz yenidən qondarma sülhməramlıların nəzarətindədir: erməni əhalisi bu ərazilərdə yaşayır, nəqliyyat və insan axını bu dəhlizlə gedir, nəzarət prosesində isə Azərbaycanın iştirakı nəzərdə tutulmur.

Üstəlik, bu yolla nəzarətsiz silah tədarükü davam edəcək, terrorçular gələcək, Ermənistan rəsmiləri, ictimai xadimləri işğal altında olan Xankəndinə gələcək. Məsələn, separatçı qurumun “parlamentinin spikeri” Artur Tovmasyan sentyabrın ikinci yarısında Xankəndidə “Ermənistan-Artsax parlamentlərarası görüşü”nün keçiriləcəyini elan edib, onun gündəliyinə “Arsax problemi və təhlükəsizlik” daxildir.

Bəs erməni deputatlar Xankəndiyə hansı yolla gələcəklər? Cavab aydındır. Artıq “Hraparak” qəzetinin yazdığı kimi, Azərbaycanın çəkdiyi yeni marşrutu ilk dəfə Qarabağ separatçılarının rəhbərliyi sınaqdan keçirib.

“Dünən bu yolu keçən ilk sərnişinlər Artsax prezidenti Arayik Arutyunyan və Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan olub. Onlar saat 18:00 radələrində Stepanakertdən çıxıblar, bu yol ilə Qoris rayonunun Tex kəndinə gediblər, sonra geri qayıdıblar ki, yolun təhlükəsiz və yararlı olduğundan əmin olsunlar. Saat 20:00-dan etibarən Artsaxın digər sakinləri də bu yol ilə hərəkət edə biləcəklər. Rusiya sülhməramlıları artıq müvəqqəti yola yerləşdirilib və yol hərəkətinin təhlükəsizliyinə nəzarət edirlər”, - deyə qəzet yazır.

Belə çıxır ki, biz bu yolu erməni separatçıları üçün, onların ərazilərimizdə siyasi fəaliyyətini legitimləşdirmək üçün çəkmişik?

Gəlin özümüzü aldatmayaq, baş verənlər günün reallıqlarıdır: biz ya separatçı rejimin Rusiya sülhməramlı qüvvələrinin tam və birmənalı dəstəyi ilə ərazilərimizdə mövcudluğu ilə barışmalıyıq, ya da bu ərazilərə nəzarət etmək üçün siyasi səylər göstərməliyik. Hətta ruslarla birlikdə olsa belə...

Axı biz Qarabağa tam nəzarətin ruslara verilməsinə razı olmadıq, onlar bu ərazilərin sahibləri kimi deyil, yalnız sülhməramlılar kimi, hətta bundan sonra da müvəqqəti olaraq dəvət edilmişdilər. Oraya kimin girib-çıxacağına, kimin yaşayacağına qərar vermək onların işi deyil, onların funksiyası yalnız həm ermənilərin, həm də azərbaycanlıların təhlükəsizliyini təmin etməkdir.

Təəssüf ki, müharibədən demək olar ki, iki il keçsə də, biz hələ də orada deyilik və hətta ora gedə də bilmirik. Əslində, biz bu vəziyyətlə razılaşaraq, hələ də işğaldan azad edilməmiş ərazilərdə erməni əhalisinin sayının artırılması, 44 günlük müharibədə məğlub olmuş silahlı birləşmələrin bərpası və onların maddi-texniki bazasının gücləndirilməsi ilə razılaşmış oluruq.

Üstəlik, onların istifadəsi üçün yeni yol da çəkmişik. Və separatçı rejimin Qarabağın dağlıq hissəsində ən azı üç illik zəmanətli, onları hər cür dəstəkləyən rus qoşunları var.

İndiki şəraitdə “miatsum” və separatizm ideologiyasının dirçəlişinin qarşısını almağın yeganə yolu Rusiya tərəfi ilə istisnasız olaraq bütün Dağlıq Qarabağ üzərində birgə nəzarət və silahlı birləşmələrin tərksilah edilməsi barədə razılığa gəlməkdir. Təbii ki, eyni vaxtda Ermənistan əhalisinin tədricən Azərbaycanın sosial-iqtisadi həyatına eyni vaxtda cəlb edilməsi ilə, bütün vətəndaşlarımızın malik olduğu hüquqların təmin edilməsi ilə paralel.

Əks halda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda separatçıların hərbi hədəflərini məhv etmək üçün növbəti hərbi əməliyyatı qaçılmaz olacaq. Separatçılar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad edilmiş Kəlbəcərdə dağ xüsusi təyinatlıları qarşısında çıxışı zamanı dediyi sözləri xatırlamalıdırlar: “Dəmir yumruq yerindədir, qoy bunu heç kim unutmasın”.//AYNA//


Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər