Gündəm

Yeni Laçın yolundan 2 sentyabrda terrorçular keçəcək? - NƏ ETMƏLİ?

MUMtv.az: - Yeni Laçın yolu 1 sentyabrdan istifadəyə veriləcək. Köhnə dəhlizdəki rejim təzəsində də qüvvədədir. Hələlik belədir. Rusiyanın Ermənistandakı səfirliyinin məsul əməkdaşı Maksim Seleznyov da, Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya hərbi kontingentinin komandanı Aleksandr Volkov da köhnə rejimin davam edəcəyini açıqlamalarında bildiriblər. Laçın rayon mərkəzinin, Zabux və Sus kəndlərinin bizim nəzarətimizə keçməsi bu işin vacib tərəfidir və Qarabağ torpaqlarının azad edilməsi prosesinin növbəti mərhələsi olaraq Azərbaycanın strateji siyasi qələbəsidir. Düşmən ağır psixoloji zərbə alıb, amma təəssüf ki, aramızda bu hadisəyə kölgə salmaq cəhdləri ilə də rastlaşırıq. Qarabağ münaqişəsi 34 ildir davam edir, bu münaqişənin əsas hissəsinin hərbi müstəvidə həlli 44 günə başa çatsa da, diplomatiya yolu ilə son nöqtənin qoyulması mürəkkəb proseslərdən keçir və zaman alır. Əlbəttə, yeni yolda sərhəd nəzarət məntəqəsinin olması 34 illik münaqişənin diplomatik yolla həllini çox sürətləndirə bilərdi, amma Cənubi Qafqazda qlobal dünya güclərinin maraqlarının toqquşması, konkret olaraq Rusiyanın münaqişənin tezliklə bitməsini istəməməsi, bizim istəklərimizlə üst-üstə düşmədiyi üçün, şimal qonşumuzla ehtiyatlı siyasət aparıb, zamanla milli maraqlarımızı həyata keçirməliyik, Laçına nəzarətimizi bərpa etdiyimiz kimi.

Yeni Laçın yoluna hələ nəzarətimizin olmamasının ilk fəsadlarını, elə yolun açılışının ilk günlərindən görə bilərik. Xankəndindəki separatçı rejim sentyabrın 2-də qondarma rejimlərinin elan olunmasının 31 illiyini qeyd etmək niyyətindədir. Keçən il ağır məğlubiyyətdən sonra 30 illik qondarma yubileylərini yas mərasimi kimi keçirib, qəbristanlığı ziyarət etməklə kifayətlənən ermənilər bu il 2 sentyabrı “bayram tədbirlərinin keçirilməsi” kimi qeyd etməyi planlaşdırırlar. Tədbirlərdə iştirak etmək üçün İrəvandan siyasilərin də gəlişi gözlənilir, xüsusilə parlament üzvlərinin iştirakı barədə artıq bəzi mövqelər mediada müzakirə olunur. Erməni parlament üzvləri Qarabağa gəlməkdə həvəsli görsənməsələr də, təxribat naminə müxalif fraksiyadan bəzilərinin gəlməsi barədə fikirlər səslənib, baxmayaraq ki, elə həmin gün İrəvanın Fransa meydanında müxalifət mitinq keçirəcəyini elan edib.

2 sentyabrda siyasilərin gəlişi sual altında olsa da, Paşinyan hakimiyyətinə müxalif daşnakların təxribat xarakterli səfərləri mütləq olacaq və Qarabağ ermənilərinin beyinlərinə minalar yerləşdirib yalançı ümidlərlə “mübarizəyə davam” təbliğatını aparcaqlar. Bu gəlişləri ilə yeni yolun onlar üçün maneə olmadıqlarını sübut etməyə çalışacaqlar. Vaxtilə Norayr Mirzoyan nəzarət məntəqəmizə qumbara atdığı kimi, daşnakların da belə bir silahlı diversiya törədəcəyi bu günlər üçün tamamilə mümkün variantlardan biri ola bilər. Buna görə də, Azərbaycan Rusiya sülhməramlılarının komandanlığına xəbərdarlıq etməli, sentyabrın ilk günlərində sərhəddə xüsusi rejim tətbiq edilməsini, hətta üç gün ərzində yalnız birtərəfli çıxışa icazə verilməsini tələb etməlidir. Səbəb isə terrorçuların həmin günlərdə Xankəndinə gəlib diversiya törətmək planları barədə əməliyyat məlumatlarına malik olmamızla əlaqələndirilməlidir. Hesab edirəm ki, bu günlər məhdud giriş-çıxış rejimi tətbiq edilərsə gələcək təxribatlardan qismən sığortalanmış olarıq və psixolji təsir öz effektini göstərmiş olar.

31 avqust Brüssel görüşünü də qısqanclıqla qarşlayan qüvvə və tərəflər məhz bu görüşün pozitivliyinə xələl gətirmək məqsədilə də həmin günlər təxribatlar törətməyə cəhd edə bilərlər. Bir sözlə, yeni yolun istifadəyə verilməsinin ilk günlərində yeni problemlərin qarşısını almaq üçün Azərbaycanın Rusiya hərbi kontingentini xüsusi xəbərdar etməsi məqsədəuyğundur.

İlham İsmayıl //moderator.az//

Son xəbərlər

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Qubad İbadoğlu siyasətdən getdi

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Müsavatda növbəti seçki - Namizədlər açıqlandı

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? - AÇIQLAMA

Sülhlə bağlı danışıqlar Ermənistan-Azərbaycan sərhədində keçirilə bilər

Azərbaycan-Belarus sənədləri imzalanıb

Pensiyalar nə qədər artıb?

Qara sarımsağın faydaları

Vardanyanın həbs müddəti uzadıldı

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanıldı

Ermənistan hökuməti bu kəndə görə Azərbaycandan vaxt istədi

Ermənistan sərhədçilərini delimitasiya olunmuş ərazilərə yerləşdirdi

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb

ABŞ yönümlü təriqətlər Ərdoğana qarşı sui-qəsd planlaşdırıblar - KİV

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

Tələbə qızı öldürüb dostu ilə birlikdə basdıran şəxs SAXLANILDI

Sərhədçilərimiz bu tarixdə Qazaxın 4 kəndinə yerləşdiriləcək

Ermənistanla sərhədimiz bu xəritələr əsasında delimitasiya olunur

Bu günə olan valyuta məzənnələri

Sülhməramlılar Xocalıdan belə yola salındı - VİDEO

Hərbçimiz vəfat etdi

Putin və Si Cinpinin məhdud tərkibdə görüşü keçirilir

Sərhədçilərin Ermənistan və Azərbaycan sərhədinə yerləşdiriləcəkləri vaxt bəlli oldu

Bu, dizlərinizi sağlam saxlayır

Bu gün demarkasiya-delimitasiya protokolu imzalana bilər

Daşaltı şəhidi Sabir Mustafayev dəfn olundu

Bütün xəbərlər