Gündəm

Azərbaycanda robotu "doğuzdurdular" — FOTOLAR
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Bu gün Azərbaycan Tibb Universitetində ölkəmizdə ilk dəfə olaraq robot mulyajları – ADAM X HPS robot simulyatoru və SMART MOM avtomatik doğuş simulyatorlarının təqdimatı keçirilib.


ATU-dan MUMTV.az-a verilən məlumata görə, mərasimin əvvəlində çıxış edən ATU rektoru professor Gəray Gəraybəyli bildirib ki, ölkədə dövlət səviyyəsində aparılan hərtərəfli islahatların kursuna uyğun olaraq Tibb Universitetində də islahatlar aparılır: 


"Məqsəd tədris prosesinin keyfiyyətini artırmaq, ölkəmiz üçün yüksək ixtisaslı peşəkar həkimlərin hazırlanması işini dərinləşdirməkdır. Bütün dünyada istər ümumi təhsil, istərsə də tibb təhsilində geniş islahatlar gedir. Dünən istifadə edilən formatlar bu gün köhnəlmiş hesab olunur. Bizim də universitetdə tədris prosesinin formatının mahiyyətinin dəyişdirilməsidir”.


Rektor G.Gəraybəyli qeyd edib ki, tibb tədrisinin effektiv olmasında praktiki biliklərin aşılanması mühüm rol oynayır. Bu baxımdan tələbələr üçün simulyasiyon təhsil avadanlıqlarının tətbiqi əhəmiyyətlidir. Professor G.Gəraybəyli qeyd edib ki, bu gün təqdimatı keçirilən robot simulyatorlar da ən son nəsil avadanlığa aiddir və onlar yüzlərlə xəstəliyin düzgün müalicəsini tələbələrə öyrətmək üçün gözəl vasitədir.


Sonra iki cür mulyaj – "ADAM X” – robot simulyatoru və "SMART MOM” adlı doğuş simulyatoru nümayiş etdirildi. Təqdimat mərasimi ATU-nun Tədris Treninq şöbəsinin rəhbəri dos. Elmar Şərifov və ATU-nun Tədris Terapevtik Klinikasının reanimaiya şöbəsinin müdiri ass. Emil Qasımov tərəfindən aparılıb.


Qeyd edildi ki, SMART MOM doğuş simulyatoru ABŞ-ın "Simulaids” şirkətinin məhsuludur. Bu robot reallığa yaxınlaşdırılmış son nəsil cihazlara aiddir. SMART MOM simsiz rabitə (wifi) əsasında fəaliyyət göstərir. Həm "ananın”, həm də "dölün” fizioloji parametrlərini monitora yönləndirir.


Bu robotdan ürək-damar sisteminin göstəricilərindən "ananın” arterial təzyiqini, nəbzini, ürək tonları, müxtəlif ürək patologiyalarını əks etdirən çoxsaylı EKQ-qrammalar klinik ssenarilərin yaradılmasında istifadə olunur. Qeyd edilən göstəricilər əllə idarə oluna və klinik ssenarilərə uyğunlaşdırıla biir.


SMART MOM-da tənəffüs sisteminin göstəricilərindən tənəffüs tezliyi, normal və patoloji tənəffüs küyləri, O2 saturasiyası, kapnometriya kimi parametrlər monitorda izlənir və təlimatçı tərəfindən klinik ssenariyə uyğunlaşdırıla bilir. Əgər robot anada tənəffüs dayanarsa, onda orotraxeal intubasiya, eləcə də defibrillyasiya həyata keçirmək mümkün olur.


Digər robot – ADAM X mulyajı Danimarkanın MEDİCAL-X şirkəti tərəfindən istehsal olunub. Bu, reallıq göstəricilərinə görə son 5-ci nəsil insan simulyatorudur. Bu avadanlıq real xəstənin fiziologiyasını özündə tam əks etdirir. Simsiz fəaliyyət göstərən bu robot insanın real sümük-əzələ strukturuna uyğun hazırlanıb. Və insanın xarici görünüşünü maksimum əks etdirir.


ADAM X robotu ürək-damar, tənəffüs sistemlərinin demək olar bütün fizioloji və patoloji parametrlərini özündə əks etdirməyə qadirdir. Həyat göstəriciləribin dəyişdirilməsi və klinik ssenarilərə uyğunlaşdırılması mexaniki olaraq həyata keçirilir. Bu simulyatorda istənilən təxirəsalınmaz patologiyanın ssenariləşdirilməsi mümkündür. Yəni, robot bilərəkdən xəstələndirilir və sonra müalicə edilir. Təlimatçı düzgün və ya səhv icra olunan diaqnostik müayinə və müalicə proseduru haqqında distansion və simsiz rabitə ilə məlumatlandırılır.


Təqdimat mərasimində ATU-nun anesteziologiya və reanimasiya kafedrasının müdiri İsfəndiyar İsmayılov, I mamalıq-ginekologiya kafedrasının müdiri Elmira Əəliyeva, ümumi cərrahlıq kafedrasını müdiri Elçin Ağayev və digərləri çıxış edərək robot mulyajların tədris prosesində tətbiqinin üstünlüklərindən danışıblar. Qeyd olunub ki, bu robotların ATU-da tədris prosesində tətbiqi tələbə və rezidentlərin yüzlərlə xəstəlik haqqında ətraflı və canlı şəkildə məlumat alması, xəstəyə təxirəsalınmaz yardım göstərilməsi, düzgün müalicə və müdaxilə metodunun seçilməsi və digər məsələlərdə mühüm rol oynayacaq.


Qeyd edək ki, canlı insana çox bənzəyən robotların dərisi də insan dərisinə uyğunlaşdırılıb. Bu mulyajlar ağrı zamanı qışıqrıb inildiyə bilir, gözlərini qırpır və digər əməliyyatlar yerinə yetirir. Mərasimdə SMART MOM robotunda doğuş prosesi nümayiş etdirildi, doğuş zamanı müşahidə olunan bəzi ağırlaşmalar və onların aradan qaldırılması yolları göstərildi. ADAM X robotunun tənəffüsündə yaşanan problemlərlə bağlı bəzi patologiyalar nümayiş etdirildi./Demokrat.az

 

Son xəbərlər

Mövlana haqqında mübahisə yaradacaq iddia: Bu kəlamlar ona məxsus deyilmiş

Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

"Azərbaycan Tayvanın müstəqilliyini tanımır" - XİN

Kamran Əliyev Xankəndiyə prokuror təyin etdi

Mədəniyyət Nazirliyində yeni təyinat

Azərbaycanda düyü bahalaşacaq? - AÇIQLAMA

Onlar məmurdur, yoxsa biznesmen ?

Kredit götürən şəxs ölərsə, borcu hansı halda silinir?

Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatdı - VİDEO

"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA

Bakıda bəzi parklanma yerləri ləğv edilir

Bu fürsətlər taleyinizdə dəyişikliklərə səbəb olacaq - BÜRCLƏR

Aviasiya qəzalarında həlak olan dünya liderləri

İran hökuməti Rəisinin ölümü ilə bağlı təcili bəyanat yaydı: Əmin edirik ki...

Rəisinin ölümü ilə bağlı şok fakt: Qəza yerindən qaçan adamlar görüntüləndi - VİDEO

Azərbaycan XİN İrana başsağlığı verdi

Bu gündən Bakıdakı əsas körpülərdən biri bağlanır

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı - FOTO

Prezident Rəisinin ölümü ilə bağlı başsağlığı verdi

DİN əməliyyat keçirdi - 20 nəfər saxlanıldı

İran prezidentinin vəzifəsini bu şəxs icra edəcək

Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İran hökumətinin iclasında Rəisinin masası diqqət çəkdi

Möhsün Mənsuri İbrahim Rəisinin ölümünü təsdiqlədi

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var…

Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya

Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?

Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi

Rusiyada azərbaycanlı biznesmen qəfil vəfat etdi - FOTO

Bütün xəbərlər