Gündəm

Novruz Məmmədovun saxtakarlığı üzə çıxdı — Bir neçə məmur hərbi sənədə qanunsuz müdaxilə edibmiş
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Azərbaycanın Baş naziri Novruz Məmmədovun vəzifədən kənarlaşdırılmasının sirri açılır.


MUMTV.az-ın məlumatına görə, ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Novruz Məmmədovun istefasının səbəblərinə toxunarkən ilginc faktlar açıqlayıb.


Ü. Cəfərov sosial şəbəkədə yazıb ki, N. Məmmədov ölkənin Silahlı Qüvvələrinə qarşı imza atdığı bir sənədə görə vəzifəsindən kənarlaşdırılıb.


Ü. Cəfərov iddia edir ki, N. Məmmədov bir neçə nazir və güc strukturlarının rəhbərləri ilə (digərlərinin adı açıqlanmasa da, onların da vəzifədən kənarlaşdırılacağını yazır - red.) Prezidentin imzaladığı maaş artımı ilə bağlı sənədə qanunsuz müdaxilə ediblər. Bundan sonra məsələ ölkənin rəhbər şəxslərindən biri vasitəsiylə Prezidentə məruzə olunub və Novruz Məmmədovdan izahat istənilib. O da vəziyyətdən çıxmaq üçün minbir bəhanə və dəlil gətirməyə çalışıb. Ancaq N. Məmmədovun Baş nazir kimi imzaladığı 25/15-lə (Yəni 25 faiz maaşa, 15 faiz rütbəyə görə) Silahlı Qüvvələrin şəxsi heyətini bilərəkdən və ya bilməyərəkdən Ali Baş Komandandan və dövlətdən narazı salmaq kimi qiymətləndirilib. Bu səbəbdən də, N. Məmmədov Baş nazir vəzifəsindən kənarlaşdırılıb.

 

Image result for üzeyir cəfərov


Ü. Cəfərov hesab edir ki, ölkə başçısı onu təkcə vəzifədən deyil, 1 il 6 ay ərzində müharibə vəziyyətində olan ölkənin Baş naziri kimi bircə dəfə də olsun, hər hansı hərbi hissəyə və ya birləşməyə baş çəkmədiyinə görə cəzalandırmalıdır: "Bu adam, sanki hansı vəzifənin sahibi olduğunu unutmuşdu. İtə, qurda, giləmeyvəyə, ermənilərin dostu Şiraka vaxt tapsa da, hərbi hissəyə getməyə vaxt tapmaq istəmirdi.

Deməkdən dilim qabar oldu ki, ay Novruz Məmmədov, cənab tovariş, Silahlı Qüvvələrə diqqət və vaxt ayırın. Məsələn, ərzaqpulu kimlərsə tərəfindən artıq 6 ildir mənimsənilir. Əsgərə 128 manat, zabitə 64 manat ərzaqpulu verilir. Axı, "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 10-cu maddəsinin 5-ci bəndini heç kimin pozmağa ixtiyarı yoxdur.


Bildiyim qədər hörmətli Samir Şərifov maliyyə naziri kimi hər ay dövlət büdcəsindən məhz bütün hərbi qulluqçulara ərzaq üçün 128 manat ayırır. Ancaq həmin pul bəzi vicdansız və baz (yanlarında mamlı-matan saxlayan) general və rəhbər şəxslər tərəfindən mənimsənilir. Buna Baş prokuror da, Hərbi prokuror da göz yumur. Niyə?


Novruz Məmmədovu "pensioner"lər siyahısına yazmaqla doğru iş gördülər. Qoy, o da özbaşına, özündənrazı nazir Sahil Babayevin hansı hoqqalardan çıxdığının şahidi olsun.


Bunu yeni Baş nazir Əli Əsədovun da oxuması çox yaxşı olardı".

 

Related image


Ü. Cəfərov daha sonra yazır ki, onu tanıyanlar yaxşı bilirlər ki, heç vaxt yıxılana balta vurmayıb və bunu etik qaydalara zidd sayır. Ona görə də N. Məmmədovla bağlı yazdıqlarının düzgün qiymətləndirilməsini xahiş edir:


"Bacarırsansa, vəzifədə olan məmurun nöqsan və çatışmazlıqlarını üzünə de və ya tənqid elə. Necə ki, zabit kimi Müdafiə Nazirliyində xidmətdə olanda nazirlər Məmmədrəfi Məmmədov, Səfər Əbiyev və digər yüksək rütbəli şəxslərlə bağlı öz iştirakları ilə keçirilən mühüm tədbirlərdə nöqsanları açıq şəkildə Prezident və Ali Baş Komandanın qarşısında necə var, elə də təqdim eləmişəm. Bunu mənimlə o vaxtlar birgə xidmət etmiş onminlərlə zabit və ya əsgər yaxşı xatırlayır”, - Ü. Cəfərov qeyd edib.(Reyting.az)


Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər