Gündəm

"AMEA üzvləri Ramiz Mehdiyevi istefaya göndərməlidir” - Musa Qasımlı

MUMtv.az: - Bir sıra elm adamları, ictimai xadimlər və seçicilərim mənə tez-tez müraciət edərək AMEA-da baş verən hadisələrə münasibət bildirməyimi xahiş edirdilər, indi də edirlər. Həmin şəxslərə deyirdim ki, şəxsi məsələlər, intriqalar olan yerdə mən yoxam və onlara münasibət bildirmək mənim işim deyil, amma AMEA-da yaranmış vəziyyətə dair mövqeyimi yazaram. Aşağıda konkret, aydın və açıq mövqeyimi bildirirəm. Bəri başdan qeyd edim ki, yazının yazılmasında məqsəd AMEA prezidenti Ramiz müəllim Mehdiyevin keçmiş xidmətlərinə qətiyyən kölgə salmaq deyil, bilavasitə AMEA elminin son bir neçə ildə bərbad idarəçiliyi, düşmüş olduğu acınacaqlı vəziyyət və ondan çıxış yolları ilə bağlıdır.

Ramiz müəllim Mehdiyev 2019-cu ilin axırlarında AMEA prezidenti seçiləndən sonra akademiyada elmi mühit yox olmağa başlayıb, onun yerini inzibati-amirlik idarə üsulu, intriqalar, dedi-qodular, şəxsi haqq-hesabları çürütmək tutub. Bu isə elmlə məşğul olan adamları bezdirib.

Elmin təşkili və idarə edilməsində xaos yaranıb. Dünən institutlara göndərilən sərəncamdan bu gün imtina edilməsi, sabahısı gün ondan da imtina edilməsi az qala adi hala çevrilib. İslahat adı altında aparılan qarmaqarışıq və ziddiyyətli struktur dəyişiklikləri müasir çağırışlara cavab vermir.

Ramiz müəllim Mehdiyevin sərəncamı ilə institut direktorları hər hansı bir şəxsi işə qəbul etmək hüququndan məhrum edilib. Bununla da gənclərin elmə gəlməsinin qarşısı alınıb. Nəticədə akademiya sistemində doktorantura və dissertanturaya ayrılan yerlərin çoxu boş qalır. Ən dəhşətlisi odur ki, elmdə nəsillərin əlaqəsi və varislik yox olmaq üzrədir. Bu vəziyyətin qarşısı alınmasa, az sonra “əlvida Azərbaycan elmi” deyiləcək!

Hökm sürən acınacaqlı mühit ucbatından alimlərin bir qismi, xüsusən gənclər akademiya institutlarından çıxıb gedirlər. Həyatlarını elmə həsr edən fədakar insanlar isə gərgin psixoloji mühitdə boğulurlar.

AMEA-da əvvəllər ayrı-ayrılıqda mövcud olmuş müxtəlif elm sahələri üzrə elmi işlərin əlaqələndirmə şuralarının Ramiz müəllim Mehdiyevin sərəncamı ilə ləğv edilib bir əldə cəmləşdirilməsi nəticəsində Azərbaycan elminə ağır zərbə vurulub. Əvvəllər ayrı-ayrı şuraların iclaslarında daxil olan dissertasiya işlərinin mövzuları ciddiyyətlə müzakirə edilirdi. İndi acınacaqlı vəziyyət yaranıb. Bir-biri ilə bilavasitə əlaqəsi olmayan onlarla ixtisasdan olan dissertasiya işlərinin mövzularını bir şurada necə müzakirə etmək olar? Bu qədər ixtisasdan olan dissertasiya işləri mövzularının təkrar olub-olmadığını yoxlamaq fiziki cəhətdən mümkündürmü? Elə isə belə Əlaqələndirmə Şurasının yaradılması nəyə xidmət edir?

Ramiz müəllim Mehdiyev akademiya təsis edildikdən bəri heç bir zaman rast gəlinməyən bir addımı atmaqla Azərbaycan ictimai elminə sonuncu zərbəni vurdu. AMEA Rəyasət Heyətinin bu yaxınlarda keçirilən iclasında institutların 2021-ci il üçün elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatlarının müzakirəsinə institutların direktorları dəvət edilmədi. Bu addımın pandemiya şəraiti ilə heç bir bağlılığı yox idi. Çünki buna qədər çoxlu şəxsin iştirakı ilə onlarla iclaslar keçirilmişdi. Soruşulur: əgər institut nümayəndələri hesabatlarının müzakirəsinə dəvət olunmurlarsa, onda AMEA institutları nə üçün fəaliyyət göstərir? İllik hesabatları institut rəhbərlərinin iştirakı olmadan necə müzakirə etmək, problemlərini necə bilmək və aradan qaldırmaq üçün tədbirlər almaq olar? İnstitutlara belə münasibət nə ilə bağlıdır? Müasir çağırışlara cavab olaraq yaradılmış yeni institutlar nə üçün sıxışdırılır? Dünyanın böyük dövlətlərində və qonşu ölkələrdə Qafqaz regionunu öyrənən mərkəzlər, institutlar fəaliyyət göstərdiyi və yeniləri yaradıldığı bir zamanda nə üçün akademiya rəhbəri Qafqazşünaslıq İnstitutunu gözümçıxdıya salıb? Ümumiyyətlə, bu münasibət bizim milli-dövlət maraqlarımıza ziyan deyilmi?

Heç kimə sirr deyil ki, bu gün AMEA elmi cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ümumi inkişafından çox geri qalır, yedəyində sürünür.

AMEA-da yaranmış mövcud vəziyyəti aradan qaldırmaq mümkündürmü və yaranmış şəraitdən çıxış yolu varmı?

Yaranmış vəziyyət nə qədər böhranlı və ürəkağrıdıcı olsa da, ondan çıxış yolu heç şübhəsiz, var. Cənab Prezident İlham Əliyevin başlatdığı dərin və ölkəmizin on illər bundan sonrakı inkişafına hədəflənmiş konkret nəticə verən islahatlar AMEA-da da aparılmalı, Azərbaycan elminin nüfuzu özünə qaytarılmalı, buna mane olan amillər aradan qaldırılmalıdır. İlk növbədə, bu gün AMEA elminin inkişafında başlıca əngələ çevrilmiş Ramiz müəllim Mehdiyev istefa verməlidir. Əgər Ramiz müəllim Mehdiyev özü istefa verməsə, onda AMEA-nın həqiqi və müxbir üzvləri Azərbaycan elminin gələcəyi naminə Ümumi yığıncağa toplaşmalı və Ramiz müəllim Mehdiyevi istefaya göndərməlidir. Bunu elmimizin bu günü və gələcəyi tələb edir. Mövqe aydın, konkret və birmənalı olmalıdır...

Musa Qasımlı, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor, Qafqazşünaslıq İnstitutunun direktoru.
oxu.az

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər