Gündəm


"Baku Steel Company” MMC-nin keçmiş sahibi Rasim Məmmədov barəsində başlanmış cinayət işi ilə əlaqədar digər zərərçəkənlərin ifadələri alınıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin oğlu Timur Mehdiyevin və kürəkəni İlham Əliyevin şikayəti əsasında həbs edilsə də, onun əməllərindən zərərçəkənlərin sayı çoxdur.

MUMtv.az - ın məlumatına görə, indi həmin zərərçəkənlər Dövlət Təhlükəsiz Xidmətinə (DTX) çağırılaraq dindirilir. Lakin onlar hələ ki, zəzərçəkən qismində tanınmayıblar.
Konkret olaraq keçmiş deputat Nazim Bəydəmirli artıq ifadə verib.

O, HİT.Az-a açıqlamasında məlumatı təsdiqləyib.

"Fevralın 1-də ilk ərizəmi yazmışam. Martın 2-də isə DTX-yə dəvət olunaraq ifadə vermişəm. Aprel ayının əvvəllərinə zərərçəkmiş kimi tanınmağım haqqında qərar gözləmək mümkündür", - deyə keçmiş deputat bildirib.

Rasim Məmmədovun həbsi barədə yanvarın 28-də məlumat yayılıb. Fevralın 1-də isə məlumat təsdiqlənib. Bəlli olub ki, "Baku Steel Company” MMC-nin keçmiş sahibinə Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Bu maddələrlə Rasim Məmmədovu uzun müddətli gözləyir. Zərərçəkənlərin sayı artdıqca isə cəza daha da ağırlaşa bilər.
Rasim Məmmədov Ramiz Mehdiyevin yaxınlarının şikayəti əsasında həbs edilsə də, uzun illər AMEA prezidentinin yaxın adamı kimi tanınıb. O, "Baku Steel Company” MMC-nin rəhbərliyinə keçdikdən sonra metallurgiya sahəsini monopoliyaya alıb. Kiçik müəssisəsələrin, zavodların fəaliyyəti müxtəlif üsullarla dayandırılıb. Rasim Məmmədovun şərtlərinə boyun əyməyən sahibkarlar təzyiq və təhdidlərlə üzləşib.

Onların müəssisələri "Baku Stee Company” MMC-nin keçmiş sahibinin nəzarətində olan qoçu dəstələri tərəfində yağmalanıb. Bütün bunlar barədə mediada kifayət qədər yazılıb. Lakin həmin vaxt Rasim Məmmədova "gözün üstdə qaşın var” deyən olmayıb. Onun toxunulmazlığı Ramiz Mehdiyev faktoru ilə izah edilib.

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər